Icma.az
close
up
RU
TDT nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib

TDT nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Təşkilatının  Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasına hazırlıq məqsədilə TDT-nin üzv və müşahidəçi dövlətlərinin ekspertlərinin iclası keçirilib.

TDT baş katibinin müavini Ömər Kocaman iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, daha sonra  iclasın Birgə Kommunike sənədinin müddəalarını diqqətə çatdıraraq təkliflərini verib.

İclasın moderatoru Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva qonaqları salamlayaraq, TDT-nin Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin və ekspertlərin 2-ci iclasının gündəlikləri barədə məlumat verib. C.Rəhmətullayeva daha sonra, ötən il İstanbul şəhərində keçirilən 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkəmizdə görülən işlər və həyata keçirilən dövlət ailə siyasətindən danışıb. O bu sahədə reallaşdırılan layihə və tədqiqatlar barədə məlumat verərək, onların xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.

Aparat rəhbəri qeyd edib ki, hazırda komitə tərəfindən bu sahənin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası” hazırlanır.

Çıxışının sonunda C. Rəhmətullayeva komitənin bu sahədə bütün tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Daha sonra ekspertlər 1-ci iclasda qəbul edilən Bəyannamənin bəndlərinə müvafiq olaraq ölkələrində görülmüş işlər barədə məlumatları diqqətə çatdıraraq, gündəlikdə duran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.

İclasın sonunda Birgə Kommunike sənədinə ekspertlər tərəfindən verilən təkliflər müzakirə edilərək, yekun sənəd razılaşdırılıb.

Z.HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri