Icma.az
close
up
RU
TDT nin Zirvə Görüşü Türk dünyasının qlobal gücə çevrilməsinin göstəricisidir

TDT nin Zirvə Görüşü Türk dünyasının qlobal gücə çevrilməsinin göstəricisidir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə türk dünyasının tarixində deyil, həm də qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Bu mötəbər tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi çıxış Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəttini, üzv ölkələr arasındakı əməkdaşlığın yeni istiqamətlərini və türk birliyinin qlobal arenadakı rolunu aydın şəkildə müəyyənləşdirdi.

Prezident İlham Əliyevin vurğuladı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır. Bu, Azərbaycanın və digər üzv dövlətlərin birgə səylərinin, qarşılıqlı etimadın, müştərək dəyərlərin və strateji hədəflərin nəticəsidir. TDT-nin beynəlxalq nüfuzu durmadan artır, onun siyasi çəkisi və diplomatik təsir dairəsi genişlənir. Bu prosesdə Azərbaycanın rolu danılmazdır. Ölkəmizin təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etməsi həm siyasi, həm də praktiki baxımdan TDT-nin institusional inkişafına töhfədir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, daxili sabitlik, iqtisadi dayanıqlıq, gənc və dinamik əhali, müasir nəqliyyat infrastrukturuna malik geostrateji mövqe Türk dünyasını qlobal siyasətin mühüm aktoruna çevirir.

Prezidentin çıxışının mərkəzində sülh və təhlükəsizlik məsələləri dayanırdı. Dövlət başçısı qeyd etdi ki, Təşkilatın əsas sənədi olan Naxçıvan Sazişi məhz bu prinsiplər üzərində qurulub. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə – beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir zamanda – türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan bir mühüm məqam da Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi oldu. 2020-ci il Vətən müharibəsində tarixi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin torpaqları üzərində dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi qələbə deyil, həm də ədalətin və beynəlxalq hüququn bərpası idi.

Qəbələ Zirvəsində Azərbaycan lideri nəqliyyat və kommunikasiya əlaqələrinin türk dövlətləri üçün strateji əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Orta Dəhliz və Zəngəzur dəhlizi artıq reallığa çevrilməkdədir. Bu layihələr türk dövlətlərinin iqtisadi və logistik əlaqələrini daha sıx şəkildə birləşdirəcək, Avrasiya məkanında yeni iqtisadi arteriyaların əsasını qoyacaq. Azərbaycan bu istiqamətdə konkret nəticələr əldə edib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz həm coğrafi, həm də iqtisadi baxımdan mühüm tranzit mərkəzidir.

Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərin ən böyük ticarət donanması, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti – bütün bunlar Azərbaycanın logistika imkanlarını regionun miqyasından çıxarıb qlobal səviyyəyə daşıyır. Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması həm Orta, həm də Şimal-Cənub marşrutları üçün alternativ və təhlükəsiz xətt yaradacaq. Bu dəhliz təkcə nəqliyyat layihəsi deyil, həm də siyasi və iqtisadi birləşmənin, türk dünyasının coğrafi birliyinin simvoludur.

Azərbaycan eyni zamanda TDT-yə üzv ölkələrlə birgə sərmayə fondları yaradıb. Bu fondlar çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə bir çox layihələrin icrası planlaşdırılır. Ümumilikdə isə, indiyədək Azərbaycan tərəfindən qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bu, iqtisadi inteqrasiyanın real ifadəsidir.

Prezident İlham Əliyevin çıxışında mədəni və mənəvi birliyə də geniş yer ayrıldı. Dövlət başçısı xatırlatdı ki, bizi birləşdirən təkcə iqtisadi maraqlar deyil, ortaq tariximiz, dilimiz, dəyərlərimiz və mənəvi köklərimizdir. Bu baxımdan, 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illik yubileyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi türk dünyasının elmi və mədəni inteqrasiyasına xüsusi önəm verir.

Prezident çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə təşəkkürünü bildirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan təhsil ocağı və bu gün təməli qoyulan Türkmənistanın hədiyyəsi – Füzuli məscidi – türk həmrəyliyinin rəmzinə çevrilib. Qardaş Türkiyənin şirkətləri tərəfindən inşa edilən körpülər, tunellər və yollar isə azad edilmiş torpaqlarda birliyin canlı izidir. Qəbələ Zirvəsi bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal əhəmiyyətə malik siyasi mərkəzə çevrilib.

Prezident İlham Əliyevin çıxışı isə bu təşkilatın gələcək strategiyasını, prioritetlərini və güc istiqamətlərini aydın şəkildə ortaya qoydu: sülh, təhlükəsizlik, enerji dayanıqlığı, iqtisadi inteqrasiya və mədəni həmrəylik. Həmin çıxış təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün yeni mərhələnin ideoloji və strateji əsas sənədi kimi dəyərləndirilə bilər. Bu baxımdan, dövlət başçısının Qəbələdə səsləndirdiyi mesajlar türk xalqlarının birliyini möhkəmləndirəcək, regionda sabitliyin və rifahın təmin olunmasına xidmət edəcək.

Əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin Zirvə çıxışı Türk dünyasının birliyinin, həmrəyliyinin və qlobal güc potensialının bariz ifadəsidir. Dövlətimizin başçısının çıxışı Türk Dövlətləri Təşkilatının gələcək inkişaf strategiyasını müəyyənləşdirən yol xəritəsidir. Bu, həm siyasi müdrikliyin, həm də türk dünyasına olan sarsılmaz inamın təntənəsidir. Qəbələdən səslənən bu strateji mesajlar türk xalqlarının sabahına işıq tutur.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri