Icma.az
close
up
RU
TDT nin 12 ci Zirvə Görüşü Türk dünyasının birliyi naminə mühüm mərhələ oldu ŞƏRH

TDT nin 12 ci Zirvə Görüşü Türk dünyasının birliyi naminə mühüm mərhələ oldu ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyi və gələcəyi naminə mühüm mərhələ oldu. Bu Zirvə Görüşü təkcə siyasi toplantı deyil, eyni zamanda, ortaq tarixə, mədəniyyətə və milli kimliyə söykənən güclü həmrəyliyin təzahürü idi. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Türk dünyasının gələcəyinə strateji baxışı ortaya qoymaqla yanaşı, ölkəmizin bu birlikdəki lider mövqeyini bir daha təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinin, qarşılıqlı siyasi etimadın gücləndirilməsinin, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Dövlətimizin başçısının mesajları, Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyən edən, real təkliflərə və aydın vizyona əsaslanan çıxış idi.

“Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəal üzvü olub və bu birliyin daha da möhkəmlənməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür. Prezident İlham Əliyevin Zirvə Görüşündə verdiyi mühüm bəyanatlar Türk dövlətlərinin inteqrasiya proseslərini sürətləndirəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında toxunduğu əsas məsələlərdən biri də Türk dünyasının beynəlxalq aləmdə daha fəal, daha güclü və daha çevik siyasi birlik kimi çıxış etməsi idi. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri və çağırışları digər üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirildi.

“Prezident İlham Əliyev ötən il Şuşada qəbul olunmuş Qarabağ Bəyannaməsinə istinad etməklə, bu sənədin Türk dövlətlərinin təhlükəsizlik və əməkdaşlıq baxımından ortaq maraqlarını əks etdirdiyini bir daha gündəmə gətirdi. Qarabağda əldə olunan Qələbə və regionun tam suverenliyinin təmin olunması Azərbaycanın milli maraqları ilə yanaşı, Türk dünyasının strateji mövqelərini də möhkəmləndirir. Təhlükəsizliyin təminində Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, ortaq müdafiə və informasiya siyasətlərinin gücləndirilməsi vacibdir. Prezident İlham Əliyevin bu istiqamətdə çağırışları Türk dünyasının qlobal miqyasda güc mərkəzinə çevrilməsi üçün ideoloji və strateji əsas yaradır.

Qəbələdə keçirilən bu Zirvə Görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal miqyasda söz sahibi olan mühüm güc mərkəzinə çevrilməkdədir. Azərbaycan bu prosesin önündə dayanır və Prezident İlham Əliyevin strateji liderliyi ilə bu yol davam etdirilir”, - deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri