Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qəbələ Zirvə Görüşü TDT nin mədəni platformadan təhlükəsizlik sahəsində strateji aktora çevrilməsinin mühüm təkamülünü qeyd edir MÜSAHİBƏ

Türkiyəli ekspert: Qəbələ Zirvə Görüşü TDT nin mədəni platformadan təhlükəsizlik sahəsində strateji aktora çevrilməsinin mühüm təkamülünü qeyd edir MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Bu günlərdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə üzv ölkələr deyil, bütün Avrasiya üçün əlamətdar hadisə oldu. “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən bu mötəbər tədbirdə TDT təhlükəsizlik, iqtisadiyyat, kibertəhlükəsizlik və infrastruktur inteqrasiyası sahələrində irəli sürdüyü təşəbbüslər ilə mədəni birlikdən özünü təmin edən regional güc formalaşdırmağa doğru həlledici addım atır. Təşkilat bu gün getdikcə daha çox təhlükəsizliyin, iqtisadi qarşılıqlı fəaliyyətin və siyasi koordinasiyanın yeni regional arxitekturasının formalaşmasına təsir göstərə bilən müstəqil strateji aktor kimi qiymətləndirilir. Qlobal beynəlxalq münasibətlər sistemində artan qeyri-sabitlik, gərginləşən münaqişələr, geosiyasi rəqabət fonunda Türk dünyası dövlətləri müstəqil qərarlar qəbul etmək, sinxron fəaliyyət göstərmək, institusional səviyyədə özünü təmin etməyin gücləndirilməsi istəklərini nümayiş etdirir.

Avrasiya siyasəti və regional təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert və analitik Oral Toğanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Qəbələdə keçirilən TDT Zirvə Görüşünün əhəmiyyətini necə qiymətləndirirsiniz? İştirakçıların qarşısında duran əsas məqsədlər hansılardır? Regional təhlükəsizlik və əməkdaşlığın yeni arxitekturasının formalaşmasında bu təşkilatın rolu nədən ibarətdir?

- Qəbələ Zirvə Görüşü TDT-nin mədəni platformadan strateji təhlükəsizlik aktyoruna çevrilməsinin mühüm təkamülünü qeyd edir. “Regional sülh və təhlükəsizlik” mövzusu təsadüfən seçilməyib, belə ki, Türk dünyası hazırda öz təhlükəsizlik arxitekturasını yaradır. 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi təklifi Türk dünyası daxilində NATO və KTMT ilə rəqabət aparan deyil, onu tamamlayan müstəqil təhlükəsizlik əməkdaşlığı kanalının yaranmasından xəbər verir. Təşkilatın üzvləri, xüsusilə Türkiyə və Azərbaycan üçün bu, Qərb ölkələri ilə yaxşı münasibətləri qorumaqla yanaşı, Avrasiyada əsl platforma yaratmaqla Bakı və Ankaranın strateji manevr imkanlarını genişləndirir.

Zirvə Görüşündə səslənən Kibertəhlükəsizlik Şurası və “TDT+” formatının yaradılması ilə bağlı təkliflər təşkilatın simvolik jestlərlə deyil, konkret təhlükəsizlik həlləri hazırlamağa qadir struktura çevrildiyini nümayiş etdirir. Ukrayna böhranı və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda türk dövlətləri öz regional nizamını yaratmaq iradələrini bəyan edirlər. Bu yeni arxitektura qlobal güclərin hegemonluğuna qarşı tarazlaşdırılmış, əsl Avrasiya vizyonunu təmsil edir.

- Qəbələ Zirvə Görüşü Azərbaycanın regionda və TDT çərçivəsində artan təsirini necə əks etdirir? Burada başlanacaq və ya gücləndiriləcək ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı ilə bağlı gözləntiləriniz nədir?

- Azərbaycanın TDT-də uğuru sədrlik nümayiş etdirir və ölkə 2020-ci il hərbi Qələbəsinin diplomatik bəhrələrini görür. Bakı indi təkcə enerji təchizatçısı deyil, həm də Qafqazda yeni güc mərkəzidir. Azərbaycan ondan çox ölkəyə təbii qaz ixrac edir, Orta Dəhlizdə əsas həlqədir və Vaşinqtonda Ermənistanla sülh sazişi layihəsi üzrə ilkin razılığa gəlib. Azərbaycanın TDT-nin layihəsinə 2 milyon dollar ianə verməsi və Prezident İlham Əliyevin 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyini qeyd etmək təklifi onun liderlik keyfiyyətlərini vurğulayır.

Təbii ki, güclü Azərbaycan Ankaranın Qafqazda və Orta Asiyada təsirini artırır. Zəngəzur dəhlizinin açılması dönüş nöqtəsidir: Türkiyə ilə Mərkəzi Asiya arasında fasiləsiz quru əlaqəsi nəinki ticarət həcmini kəskin şəkildə artıracaq, həm də siyasi və hərbi əməkdaşlıq üçün zəmin yaradacaq. Belə ki, 25-dən çox müştərək təlimi özündə birləşdirən Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı ikitərəfli münasibətdən ziyadə, həm də regional təsirin güclənməsi faktoruna çevrilir.

- Müasir qlobal çağırışlar şəraitində Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı güclərinin maraqlarının tarazlaşdırılmasında hansı rolu oynaya bilər?

- Türk Dövlətləri Təşkilatının əsas üstünlüyü onun heç bir böyük güclə uzlaşmayan həqiqi müstəqil mövqeyidir. Türkiyə NATO-nun, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, Azərbaycan müstəqil siyasət aparır, Özbəkistan isə tarazlaşdırıcı güc kimi çıxış edir. Bu müxtəliflik təşkilatı ideoloji blok siyasətinin hüdudlarından kənarda saxlayır. Biz Vaşinqton-Moskva-Pekin üçbucağında heç bir tərəfin nə tam tərəfdarıyıq, nə də tamamilə əleyhinəyik. Bu, Türk Dövlətləri Təşkilatına çoxqütblü dünyada əhəmiyyətli çeviklik imkanı verir.

TDT Türkiyənin çoxvektorlu xarici siyasəti üçün əla vasitədir. Qərblə gərginlik yarananda, Avrasiya marşrutu işə düşə bilər; Rusiya ilə problemlər yarandıqda, Ankara NATO üzvlüyünə arxalana bilər; Çinin təsiri artdıqda Türk dünyasının həmrəyliyindən istifadə etmək olar. Orta Dəhliz bu balanslaşdırma strategiyasının konkret təcəssümüdür: o, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ deyil, lakin onun yeganə variant olmasını istisna edən marşrutu təmsil edir. Enerji, logistika və təhlükəsizlik sahələrində çoxlu seçimlərə malik olmaq əsl müstəqillik deməkdir.

- TDT-nin genişləndirilməsi, yeni üzvlərin və tərəfdaşların cəlb edilməsi perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

- Təşkilatın genişləndirilməsinə ehtiyatlı, lakin məqsədyönlü yanaşmaq lazımdır. Macarıstanın müşahidəçi statusu Avropaya açılan pəncərə kimi dəyərlidir, Aİ daxilində tərəfdaşlarının olması təşkilatın legitimliyini artırır. Türkmənistanın tamhüquqlu üzvlüyə keçməsi Xəzər regionunun tam inteqrasiyasına imkan verərdi. Bununla belə, real strateji potensial “TDT+” formatında - Tacikistan, Monqolustan və Əfqanıstan kimi ölkələrlə tərəfdaşlıq dialoqlarındadır. Bu, tam inteqrasiya tələb etmədən əməkdaşlıq sahələrini genişləndirir.

Təşkilatın prioriteti kəmiyyət deyil, keyfiyyət olmalıdır. Hər bir yeni üzv öz strateji maraqlarını təqdim edərək qərar qəbuletmə prosesini çətinləşdirir və ləngidir. Hazırkı beş üzv ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ümumi müdafiə doktrinalarının işlənib hazırlanması və gömrük ittifaqına doğru irəliləmək şişkin, lakin səmərəsiz strukturdan qat-qat dəyərlidir. Biz Aİ-nin erkən genişlənməsi prosesindəki səhvlərdən dərs almalıyıq, ilk növbədə, onun nüvəsini gücləndirməliyik.

- Türk Dövlətləri Təşkilatı tərəfindən dəstəklənən hansı əsas iqtisadi və infrastruktur layihələrini ən perspektivli hesab edirsiniz?

- Sözsüz ki, Orta Dəhliz ən mühüm layihədir. 2022-ci ildən yükdaşımalarda 90 faiz artımın olması yalnız başlanğıcdır: Zəngəzur dəhlizinin açılması ilə yükdaşıma qabiliyyəti eksponent olaraq artacaq. Bu, təkcə iqtisadiyyat deyil, həm də geosiyasətdir: Rusiyadan asılılığı azaldan, Çinə alternativ təklif edən və Türkiyəni Avropa ilə Asiya arasında ticarətdə əvəzolunmaz amilə çevirən marşrutdur. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Qazaxıstanın Aktau və Kurık limanları bir-biri ilə əlaqəli sistemin bir hissəsidir.

Yaşıl enerji dəhlizi uzunmüddətli perspektivdə daha da inqilabi xarakter daşıyır. Günəş və külək enerjisini Mərkəzi Asiyadan Qara dənizin dibindən dənizaltı kabellər vasitəsilə - Azərbaycandan və Gürcüstandan keçməklə Rumıniyaya və Macarıstana ötürmək planı yaşıl enerjinin inteqrasiyası istiqamətində konkret addımı əks etdirir, eyni zamanda, Xəzəryanı əlaqə layihələri uzunmüddətli hədəf olaraq qalır. Türkiyə həm enerji tranzit qovşağı, həm də təmiz enerji istehlakçısı kimi bundan faydalanır.

Bununla yanaşı, 600 milyon dollar ilkin kapitalla yaradılmış Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına indiyədək 20 milyard dollardan çox sərmayə qoyulub və Türkiyə bu vəsaiti alanlardan biridir. Real potensial Fondun resurslarından və ikitərəfli investisiya tərəfdaşlığından istifadə etməklə iştirakçı ölkələrdə irimiqyaslı infrastruktur layihələri üçün birgə maliyyələşdirmə modellərinin hazırlanmasındadır.

- Yaxın 5-10 ildə Türk Dövlətləri Təşkilatının qarşısında hansı strateji məqsədlər dayanır?

- Növbəti onillik üçün əsas məqsəd TDT-nin institusional mexanizmlərini və əməliyyat potensialını gücləndirməkdir. 2026-cı il üçün nəzərdə tutulan hərbi təlimlər başlanğıc nöqtəsi olmalıdır – onlar müntəzəm olarsa, Türk dünyasının orduları arasında qarşılıqlı fəaliyyət təmin ediləcək, ortaq doktrinaların hazırlanmasına və silahların standartlaşdırılmasına başlanılacaq.

Kibertəhlükəsizlik Şurasının yaradılması son dərəcə aktualdır, çünki rəqəmsal təhdidlər heç bir sərhəd tanımır – kəşfiyyat məlumatlarının mübadiləsi və ümumi kibermüdafiə sistemləri həyati əhəmiyyətə malikdir.

İqtisadi sahədə ən mühüm addım gömrük ittifaqına doğru hərəkət olacaq. Üzv dövlətlər arasında ticarət həcmi hələ də onların potensialından əhəmiyyətli dərəcədə aşağıdır; vahid elektron imza sistemləri, azad iqtisadi zonalar və investisiya təminatı mexanizmlərinə ehtiyac var. Türk dünyasının ortaq bazarı 160 milyon insanı əhatə edir, lakin bu potensial hələ də reallaşmayıb.

Mədəni inteqrasiya sahəsində ortaq 34 hərfli türk əlifbasının qəbulu tarixi hadisə idi; indi onu milli təhsil sistemlərinə inteqrasiya etməyin vaxtıdır. “2040 Vizyon”unu həyata keçirmək üçün konkret mərhələlər və hesabatlılıq mexanizmləri lazımdır.

- TDT çərçivəsində təşəbbüslərin inkişafı və onların beynəlxalq təşviqində Türkiyənin rolunu necə görürsünüz?

- Türkiyənin TDT daxilindəki rolu coğrafi körpüdən çox-çox kənara çıxır, ideoloji, institusional və operativ liderliyi təmin edir. TDT Baş Katibliyinin İstanbulda yerləşməsi təsadüfi deyil: Türkiyənin diplomatik təcrübəsi, Aİ ilə danışıqlar yolu ilə toplanmış institusional bilikləri və NATO-ya üzvlük vasitəsilə əldə edilmiş təhlükəsizlik təcrübəsi təşkilatını strukturlarının peşəkarlığının əsasını təşkil edir.

Türkiyənin çoxvektorlu xarici siyasəti, Ankaranın həm Qərb, həm də Şərqlə effektiv əlaqə qura bilməsi təşkilata digər üzvlərinə onların ehtiyacı olan çeviklik verir.

Türkiyə regional icmaların beynəlxalq səviyyədə tanınmasında da mühüm rol oynayır. TDT çərçivəsində Şimali Kiprə verilən müşahidəçi statusu Ankaranın uzunmüddətli strategiyasının bir hissəsidir və bu, Türk dünyası vasitəsilə tanınmağa alternativ yollar yaratmaq məqsədi daşıyır. Bu model oxşar status problemi ilə üzləşən digər regionlar üçün presedent ola bilər.

Türkiyənin televiziya seriallarından tikinti müqavilələrinə, dron texnologiyasından humanitar yardıma qədər sahələrdə yumşaq gücü TDT-nin qlobal arenada cəlbediciliyini artırır. Bununla belə, liderlik dominantlığa çevrilməməlidir: digər üzv dövlətlərin təşəbbüsləri üçün yer təmin etmək daha çox Türkiyənin uzunmüddətli maraqlarına uyğundur. Azərbaycan və Qazaxıstanın artan rolu təşkilat daxilində sağlam plüralizmin əlamətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri