Icma.az
close
up
RU
Türkiyəli tarixçi: Qəbələ Zirvə Görüşü TDT nin fəal regional və qlobal aktora çevrilməsinin göstəricisidir

Türkiyəli tarixçi: Qəbələ Zirvə Görüşü TDT nin fəal regional və qlobal aktora çevrilməsinin göstəricisidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Bu da toplantıda müzakirə olunan məsələlərin aktuallığı ilə bağlıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin Tarix fakültəsinin dosenti Tülay Aydın söyləyib.

Onun sözlərinə görə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkədə sammitin keçirilməsi TDT-yə üzv bütün dövlətlər üçün rəmzi məna daşıyır. Qəbələdə regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş sammit bölgə tarixində yeni bir səhifənin açıldığını nümayiş etdirdi. Bu hadisə həm Azərbaycanın mərkəzi rolunun, həm də Türkiyənin lider mövqelərinin qəbul edildiyini göstərdi.

Türkiyənin ali təhsil ocağının müəllimi Qəbələ sammiti platformasını “Türk dövlətləri ailəsinin birliyini nümayiş etdirmək üçün mühüm imkan” adlandırıb.

O, yüksəksəviyyəli görüş çərçivəsində aparılan müzakirələrin xüsusən də siyasi və müdafiə sahələrində daha geniş əməkdaşlığa təkan verəcəyinə ümid etdiyini bildirib: “Azərbaycanın irəli sürdüyü 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü TDT çərçivəsində sıx müdafiə əməkdaşlığına səyi göstərir. Beləliklə, Qəbələdə təkcə türk kimliyinin birliyi deyil, həm də türk dövlətlərinin hərbi gücünü birgə nümayiş etdirmək imkanının razılaşdırılması öz əksini tapdı”, – deyə T. Aydın qeyd edib.

Agentliyin həmsöhbətinin fikrincə, TDT addımbaaddım Avropa İttifaqına bənzər əhəmiyyətli bir status qazanır: “Bütün çağırışlara və təzyiqlərə baxmayaraq, türk dövlətləri həqiqi regional və qlobal aktora çevrilmək missiyasını həyata keçirməyə hazır olduqlarını nümayiş etdirir”, – deyə dosent vurğulayıb.

Ekspert Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın da iştirak etdiyi Qəbələ Zirvə Görüşünü Rusiya, İran və Çin kimi güclərə ünvanlanmış mühüm mesaj adlandırıb. O əlavə edib ki, Azərbaycanın ev sahibliyi etdiyi müzakirələr zamanı iştirakçılar Türk Dövlətləri Təşkilatının tarixi missiyası və geosiyasi strategiyası çərçivəsində vahid cəbhə ilə çıxış etməyə hazır olduqlarını göstərdilər.

Alim əminliklə bildirib ki, TDT liderləri təşkilatın regionda və dünyada daha fəal rol oynamasına yönəlmiş müasir reallıqları nəzərə alırlar.

Bununla bağlı o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına diqqət çəkərək, Türk Dövlətləri Təşkilatının beynəlxalq əlaqələrə və əməkdaşlığa açıq olduğunu vurğulayıb: “Prezident Ərdoğanın Suriya ilə bağlı bəyanatları Ankaranın TDT-nin regional proseslərdə daha aktiv iştirakına dair gözləntilərini göstərir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına yönəlmiş səylər də önəmlidir, çünki bu, Türkiyənin türk dövlətləri ilə əlaqələrini möhkəmləndirəcək və Orta Dəhlizin əhəmiyyətini artıracaq”, - deyə tarixçi qeyd edib.

O, həmçinin Azərbaycanın artan əhəmiyyətinə toxunaraq bildirib ki, ölkə “Cənubi Qafqazın ən mühüm siyasi və iqtisadi aktoruna çevrilib”.

“TDT-nin Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü türk dövlətləri blokunun artan gücünün və onun ticarət-iqtisadi sahədə də yüksələn rolunun göstəricisi oldu”, – deyə T. Aydın sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri