Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

TDT və Rusiya

TDT və Rusiya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud Qazaxıstan liderinin təklifi və mövcud geosiyasi reallıqlar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) ötən həftə Ankarada keçirilmiş XIII Zirvə görüşündə Rusiyanın təşkilatla əməkdaşlığa cəlb olunmasının vacibliyindən söz açıb. O, Moskvanın “Türk Dövlətləri Təşkilatı+” formatına qoşulmasını və ya təşkilatda müşahidəçi status almasını təklif edib. Qazaxıstan lideri deyib ki, TDT-nin nüfuzunun artırılması məqsədilə Rusiyanın niyyətinə müsbət yanaşmaq, ona bu formata qoşulmağı, yaxud qurumda müşahidəçi qismində iştirakı təklif etmək düzgün və ədalətli qərar olardı.

Əlbəttə, cənab Tokayevin fikrini əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər var. Prezidentin fikrincə, Rusiya əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxlayıb, ərazisində tarixən çoxsaylı türk xalqları yaşayır, Moskva “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini irəli sürür, habelə rus dilində türk mənşəli çoxsaylı sözlər mövcuddur. Nəhayət, onun fikrincə, Rusiyanın türk dövlətlərinin bir hissəsinə çevrilməsi bütün üzv dövlətlərə fayda gətirə bilər.

***

Qazaxıstan liderinin təklifi TDT-nin coğrafi və siyasi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi baxımından diqqətəlayiqdir. Üstəlik, prinsipcə “TDT+” formatında iştirakla təşkilata üzvlük eyni anlayışlar deyil. Bəs Rusiya özü qurumda ikinci dərəcəli iştirakçılığa razı olarmı? Bu sualdan çıxış edərək Tokayevin təklifi təsadüfən səsləndirmədiyini ehtimal etmək mümkündür. Hər halda, mahiyyət dəyişmir. Üzvlük, yaxud müşahidəçilik statusu gerçəkləşərsə, Rusiyanın TDT ilə ciddi institsional bağlılıq telləri yaranacaq ki, buna dair ayrıca məqamlar var. Əvvəlcə, onu deyək ki, Şimal qonşumuzun TDT-də iştirakçılığı məsələsinə ehtiyatla yanaşmaq üçün kifayət qədər ciddi siyasi, geosiyasi və təhlükəsizlik əsasları var. Tarixi və etnik reallıqları inkar etmək niyyətindən uzağıq. Amma əsas meyar kimi Rusiya ərazisində çoxsaylı türk xalqlarının yaşaması götürülə bilməz. Çünki başlıca məsələ Rusiyanın TDT-yə hansı məqsəd və şərtlər altında, necə bir siyasi məramla yaxınlaşmaq istəməsidir.

TDT beynəlxalq əməkdaşlıq platforması olmaqla yanaşı, ortaq dil, tarix, mədəniyyət və türk kimliyi əsasında formalaşıb. Qurumun əsas məqsədi türk dövlətləri arasında həmrəyliyi və çoxtərəfli əlaqələri gücləndirməkdir. Təşkilatın rəsmi sənədlərində də bu prinsiplər təsbit olunub. Rusiya isə türk dövləti deyil. Ərazisində tatarlar, başqırdlar, saxalar, tuvalılar və digər türk xalqları yaşasa da, bu amil ona yalnız çoxmillətli və çoxkonfessiyalı dövlət statusu qazandırır. Yəni türk xalqlarının yaşaması Rusiyanı türk dövlətinə çevirmir. Eynilə Türklərin kompakt şəkildə yaşadıqları Avropa ölkələri də türk dövləti sayıla bilməzlər. Axı TDT-nin özünəməxsus siyasi-mədəni identikliyinin qorunması şərtdir, bu amilin arxa plana keçməsi yolverilməzdir.

***

Digər tərəfdən, tarix göstərir ki, Rusiya imperiyası və sonradan Sovet İttifaqı türk xalqlarının milli özünüdərkinə, dövlətçilik ənənələrinə və müstəqillik təşəbbüslərinə heç də həmişə müsbət münasibət bəsləməyib. Türk xalqlarının bir hissəsi isə uzun müddət imperiya idarəçiliyi, ruslaşdırma siyasəti, siyasi-mədəni məhdudiyyətlərlə üzləşib və bu məqam indiki münasibətlərə də təsirsiz ötüşmür. Məsələn, Rusiyanın bəzi siyasi dairələrində Mərkəzi Asiya dövlətlərinin suverenliyi, sərhədləri və müstəqil xarici siyasəti ilə bağlı səsləndirilən mübahisəli fikirlər narahatlıq doğurur. Habelə, bir sıra təhlillərdə Moskvanın Mərkəzi Asiyadakı neoimperial siyasətinin region üçün uzunmüddətli risklər yaratdığı vurğulanır. Belə bir durumda Rusiyaya TDT daxilində institusional mövqe vermək beynəlxalq ictimai rəydə onun türk dövlətləri ilə münasibətlərindəki tarixi və siyasi ziddiyyətlərinə kifayət qədər diqqət yetirilmədiyi təəssüratını yarada bilər. Nəzərə alaq ki, ümumən Rusiyada etniklərə, yumşaq desək, xoş münasibətin göstərilmədiyinə dair oturuşmuş baxış və bu baxışın əyani nümunələri var.

***

Daha bir məqamı vurğulayaq. Məlumdur ki, TDT-yə üzv dövlətlərin hər biri müstəqil xarici siyasət yürüdür. Lakin onların ortaq maraqları, xüsusilə nəqliyyat-kommunikasiya xətləri, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və Türk dünyasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı mövcuddur. Rusiya isə özünün böyük dövlət statusundan və iqtisadi-siyasi rıçaqlarından yararlanaraq, regional proseslərə təsir göstərmək istəyən dövlət ampluasındadır. Yeri gəlmişkən, bu amplua onun beynəlxalq reputasiyasına da mənfi təsir göstərməkdədir. Belə bir durumda Rusiyanın hətta müşahidəçi qismində TDT-də iştirakçılığının müəyyən risklər doğurması mümkündür. Məsələn, Moskvanın qurum daxilində qərarların qəbuluna dolayı təsir imkanlarının yaranması və ya belə bir vizyonun formalaşması zərərli tendensiyadır. Türk dövlətlərinin Rusiya ilə bağlı məsələlərdə vahid mövqe formalaşdırmasının çətinləşməsi üzərində də dayanmaq olar.

Ən başlıcası, Rusiyanın hansısa formada TDT-də təmsilçiliyi təşkilatın müstəqil geosiyasi subyekt kimi fəaliyyət imkanlarının məhdudlaşması anlamına gəlir. Hələ quruma üzv dövlətlər arasında Rusiya ilə münasibətlərə dair fikir ayrılıqları da var ki, bu durumun dərinləşməsi TDT üçün müsbət perspektiv vəd etmir. Burada bir məqamı da vurğulayaq ki, müşahidəçi status TDT-də tamhüquqlu üzvlük demək olmasa da, bu amplua qurumun fəaliyyəti, müzakirələri və gündəliyi ilə bağlı müəyyən institusional imkanlar verir. Yəni sözügedən statusun siyasi nəticələrini kiçiltmək düzgün deyil.

***

Üzərində dayanmaq istədiyimiz növbəti məqam TDT-nin prinsipləri ilə bağlıdır. O prinsiplər ki, onlarda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsas götürülür və bu, təşkilatın rəsmi sənədlərində də əksini tapır. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi həmin prinsiplərin beynəlxalq münasibətlər sistemində nə qədər əhəmiyyətli olduğunu gündəmə gətirib. Yəni TDT dövlətlərinin ərazi bütövlüyü məsələsinə münasibətdə vahid və ardıcıl mövqe nümayiş etdirirlərsə, üstəlik, ayrı-ayrı hesabatlarda Rusiyanın Ukraynaya qarşı müharibəsinin Mərkəzi Asiya dövlətlərində də suverenlik və ərazi bütövlüyü ilə bağlı təhlükəsizlik narahatlıqlarını artırdığı qeyd edilirsə, belə bir şəraitdə Moskvanın TDT-də müşahidəçi status alması təşkilatın öz prinsipləri baxımından da ciddi müzakirə tələb etməyə bilməz.

***

TDT-nin inkişafının strateji əhəmiyyəti onun türk dövlətlərinin müstəqil siyasi iradəsini, iqtisadi potensialını və beynəlxalq nüfuzunu bir araya gətirməsindədir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın əməkdaşlığı Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat imkanları yaradır. Orta Dəhliz, Xəzər üzərindən daşımalar, enerji marşrutları, Zəngəzur dəhlizi ilə kommunikasiyaların açılması və türk dövlətlərinin rəqəmsal inteqrasiyası bu əməkdaşlığın mühüm istiqamətləridir. Rusiya isə özünün geosiyasi və iqtisadi maraqları baxımından bu proseslərə kənardan baxan dövlət deyil. Onun regionda ənənəvi təsir imkanları mövcuddur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Moskvanın TDT-yə institusional yaxınlaşması təşkilatın müstəqil geosiyasi xəttini şübhələndirə bilər.

***

Sonda onu da bildirək ki, diqqətə çatdırdığımız məqamlar TDT-nin Rusiya ilə əməkdaşlığının mümkünsüzlüyünə eyham olaraq qəbul edilməməlidir. Əməkdaşlıq məqbul sayılırsa, olmalıdır. Fəqət ümumən iki anlayış bir-birindən ayrı tutulmalıdır. Birincisi, Rusiya ilə TDT üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, ikincisi Rusiyanın qurumun institusional strukturuna daxil edilməsi. Birinci istiqamət regional sabitlik və iqtisadi inkişaf baxımından müzakirə oluna bilər. İkinci istiqamət isə daha ciddi siyasi və strateji qiymətləndirmə tələb edir. Belədə sual da yaranır: Rusiyanın türk xalqları ilə tarixi və mədəni əlaqələri onun TDT-də müşahidəçi statusu alması üçün nə dərəcədə kifayət edən əsasdır və ya əsasdırmı? Əslində, yazıda suala müəyyən qədər cavab verdik və başqa mətləbləri də sadalaya bilərik. Amma ehiyac yoxdur. Ümumi şəkildə onu da bildirək ki, TDT öz mahiyyətini itirməməli, əksinə qoruyaraq, bu mahiyyəti beynəlxalq miqysada daha da legitimləşdirməli, qəbul etdirməlidir.

Əvəz CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri