Icma.az
close
up
RU
TDT yə sədrlik edəcəyimiz bir ildə bizi gərgin və məhsuldar fəaliyyət gözləyir

TDT yə sədrlik edəcəyimiz bir ildə bizi gərgin və məhsuldar fəaliyyət gözləyir

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) qarşıdakı bir il ərzində Azərbaycan sədrlik edəcək. Ölkəmiz bu vaxta qədər sədrlik etdiyi beynəlxalq təşkilatlarda fəallığı və yenilikçi təşəbbüsləri ilə seçilib. Gözlənilir ki, Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın institutlaşması, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və enerji əməkdaşlığı sahəsində mühüm addımlar atılacaq. 

Məsələ ilə bağlı Missiya.Az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan sədrlik etdiyi bütün beynəlxalq təşkilatların fəaliyyətinə yeniliklər gətirir:

"Bu baxımdan növbəti 1 ildə TDT-də yeni təşəbbüslərlə çıxış edəcəyimiz gözləniləndir. Yəni sədrilik edəcəyimiz dövrdə bu təşkilatın institusionallaşacağı istiqamətində müəyyən addımlar atıla bilər. Qəbələdə keçirilən XII Zirvə Toplantısında TDT+ formatının yaradılması ilə bağlı təşəbbüslər səsləndi. Bu gün TDT beynəlxalq arenada nüfuzu artan beynəlxalq təşkilata çevrilir. Ona görə də TDT-yə qoşulmaq üçün qeyri-türk dövlətlər təşəbbüs göstərirlər. Hesab edirəm ki, TDT-də əməkdaşlıq daha da böyüməli və bu təşkilat dünyada baş verən proseslərə təsir edə biləcək beynəlxalq güc mərkəzinə çevrilməlidir. Təşkilata sədrliyimiz dövründə belə təşəbbüslərin dəstəklənəcəyini hesab edirəm. Bu günkü beynəlxalq hüquq və normaları heçə sayan dünyada regional təhlükəsizlik təmin edilmədən inkişafa nail olmaq çətin məsələyə çevrilmişdir. Ölkəmizin TDT-yə sədrliyi dövründə təşkilata üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi məsələsi artıq gündəliyə daxil edilmişdir".

Deputat qeyd edib ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir:

"Bu baxımdan regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə hərbi gücümüzlə daha güclü olmalıyıq. Bu gün dünyada nəqliyyat və kommunikasiya əlaqələri dövlətlərin inkişafının əsas tərkib hissəsinə çevrilmişdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi coğrafiya bu baxımdan Asiya ilə Avropa arasında körpüdür. Azərbaycanın TDT-yə sədrliyi dövründə vahid iqtisadi zonanın yaradılması istiqamətində təşəbbüslər həyata keçirilərsə, yaxşı olar. Çünki iqtisadi inteqrasiyanın artırılması üçün gömrük, nəqliyyat və logistika tarifləri tənzimlənməlidir. Təbii ki, ölkələrimiz üzərindən daşınan tranzit yüklərin artması milyardlarla dollar gəlir deməkdir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Orta Asiya, Azərbaycan, Türkiyə və Avropa yaşıl enerji dəhlizi üzərində işləyir. Bu, TDT-də yaşıl gündəliyin inkişaf etdirilməsini sürətləndirəcəkdir. Dövlət başçımız gələn il Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. Təbii ki, II Türkoloji Qurultayın keçirilməsi tarixi köklərimizin eyniliyini, mədəniyyətlərin daha yaxından öyrənilməsini və vahid ideologiya ətrafında birləşməsini təşviq edəcəkdir. Ümumiyyətlə, hesab edirəm ki, TDT-yə sədrilik edəcəyimiz bir ildə bizi gərgin və məhsuldar bir fəaliyyət gözləyir".

Seyranə Quliyeva
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri