Icma.az
close
up
RU
“TDT Zirvəsi Türk dünyasında təhlükəsizliyin gücləndirilməsinə xidmət edir” KOMİTƏ SƏDRİ

“TDT Zirvəsi Türk dünyasında təhlükəsizliyin gücləndirilməsinə xidmət edir” KOMİTƏ SƏDRİ

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Türk Dünyası Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə toplantısının ən mühüm istiqamətlərindən biri təhlükəsizlik məsələləridir. Məlumdur ki, hər bir dövlətə yönələn təhdidlərin qarşısının alınması, bu gün dünyada baş verən proseslər və beynəlxalq düzənin pozulması fonunda, zəruri və qaçılmazdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Əsas məqam ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq “yumşaq güc” mərhələsindən çıxaraq hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, xüsusi xidmət orqanları səviyyəsində məlumat mübadiləsi və digər təhlükəsizlik məsələlərinin həlli istiqamətində konkret addımlar atır.

2026-cı ildə planlaşdırılan birgə təlimlərlə bağlı Cənab Prezident İlham Əliyevin təklifi, üzv dövlətlərin həmin il Azərbaycanda birgə təlimlər keçirməsi təşəbbüsü, təkcə simvolik deyil, həm də praktik baxımdan son dərəcə mühüm addımdır. Bu, sırf hərbi tədbir deyil, Türk dünyasının təhlükəsiz inteqrasiyasına doğru atılmış strateji və düşünülmüş bir addımdır”.

Komitə sədri vurğulayıb ki, gələcəkdə bu təşəbbüs “Türk NATO-su” kimi strukturun hüquqi və siyasi əsaslarını möhkəmləndirə bilər:

“Lakin ilkin mərhələdə məqsəd əməkdaşlıq, koordinasiya və qarşılıqlı müdafiə mədəniyyətini formalaşdırmaqdır.
Məlumdur ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq bundan sonra daha da dərinləşdiriləcək.

Üzv ölkələrin orduları arasında taktiki və strateji baxımdan uyğunluq yaradılacaq, regionda strateji həmrəylik nümayiş etdiriləcək və müxtəlif strategiya, taktika və müdafiə mexanizmlərinin praktiki sınaqdan keçirilməsi mümkün olacaq. Eyni zamanda, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin bu prosesdə bir araya gəlməsi türk dünyasının “birləşmiş güc” konsepsiyasının formalaşmasına zəmin yaradacaq. Təbii ki, “Türk NATO-su” ifadəsi daha çox siyasi-analitik müstəvidə işlədilir.

Hələlik bu, formal bir təşəbbüs xarakteri daşımır, lakin bu istiqamətdə təcrübə toplanır. Türkiyə, NATO üzvü kimi, öz hərbi təcrübəsini və standartlarını digər türk dövlətləri ilə bölüşür. Azərbaycanla Türkiyə arasında mövcud olan müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsi kimi sənədlər, eləcə də digər türk dövlətləri arasında imzalanan bənzər razılaşmalar bu prosesin əsasını təşkil edir. Müdafiə sənayesinin inkişafı, birgə təlimlər və kadr mübadiləsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Təbii ki, belə bir struktur bir anda formalaşa bilməz. Bu, zamanla təkmilləşməli və təhlükəsizlik məsələlərində müəyyən dövlətlərin etirazlarına baxmayaraq inkişaf etməlidir”.

Deputat qeyd edib ki, müxtəlif fikirlər irəli sürülə bilər, lakin əsas məqam ortaq təhlükəsizliyin təmin edilməsidir.

“Regional sabitlik, xarici təhdidlər və qeyri-sabitlik hallarında müdafiə məsələlərinin yenidən nəzərdən keçirilməsi, eləcə də Orta Asiya və Qafqazda müxtəlif istiqamətlərdə təhlükəsizlik kəmərinin yaradılması çox mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, Cənab Prezidentin bu təklifi ciddi töhfələr verəcək və böyük güclər qarşısında türk dövlətlərinin siyasi çəkisini xeyli artırmaq imkanını təmin edəcək.

Hər bir dövlət özünün müstəqil, daxili və xarici siyasətini qurur. Bugün dövlət və dövlətçiliyə olan təhdidin qarşısını alınması ən mühüm məsələdir, ən mühüm strategiyadadır.

Burada nəzərdə tutulan təşəbbüsün NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi bloklara alternativ kimi qiymətləndirilməsi isə tamamilə yanlış olar. Bu, daha çox tamamlayıcı xarakter daşıya bilər.

Yəni, məqsəd yeni blok yaratmaq deyil, türk dünyasının müdafiə və strateji koordinasiya qabiliyyətini artırmaqdır. Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, Ali Baş Komandan kimi Cənab İlham Əliyevin təklifi bu istiqamətdə çox mühüm əhəmiyyət daşıyır və bu gün dünyada baş verən hadisələr kontekstində ən vacib və düzgün qərar hesab edilməlidir”-deyə Arzu Nağıyev əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri