Icma.az
close
up
RU
Paşinyan tələsməlidir Komitə sədri

Paşinyan tələsməlidir Komitə sədri

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Ev Zivəsi Vətən Müharibəsindəki qələbəmizin birbaşa nəticəsidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

"Azərbaycanın son yüzillik tarixində ABŞ-la həyatı çulğalaşan müəyyən mərhələlər olub. Vidro Vilson dövründə əsasən Paris sülh konfransına gedən və yeni müstəqillik qazanan dövlətlərin siyasi xəritədə özlərini tanıtdırması, beynəlxalq birlik tərəfindən qəbul edilməsi yolunda böyük cəhdlər edilib. Uğurlu nəticələr verən bu prosesdən sonra müxtəlif tarixi proseslər zəminində ayrı-ayrı ideoloji quruluşların pəncəsi altına keçərək, Azərbyacan öz müstəqilliyini qoruyub saxlaya bilməmişdi və SSRİ tərkibində yeni bir respublika formasına keçmişdi.
90-cı illərin əvvəllərində birinci növbədə biz zərbələri Konqres üzvlərindən almağa başladıq. Çünki Qarabağın Ermənistana birləşdirilməsini istəyənlər vardı və buna görə SSRİ-nin Baş katibi Mixail Qorboçova kəskin tələblər irəli sürürdülər. Faktiki olaraq Qorboçovun da düşüncələri onlarla eyniydi. Bununla belə Corc Buş və Ceyms Baker dönəmi yenə də ölkəmiz üçün çox ağır nəticələrlə müşayiət olundu. Məhz 907-ci düzəliş də Ermənistanın qətiyyən izolasiya edilmədiyi, onlara qarşı təhlükə yaradılmadığı dövrdə qəbul edilmişdi. Bu məqamları ona görə xatırladıram ki, Azərbaycan-ABŞ münasibətlərinin ən azı 100 ilinə mikroskobik baxış mümkün olsun. Bu gün Ağ Evə gedən yol Vətən Müharibəsindəki Qələbəmizin, Suverenliyimizin bərpasının yekunu kimi başa düşülsün. Əks halda, Ağ Ev görüşü sadəcə mümkün olmayacaqdı. Yəni öz-özlüyündə Azərbaycan liderinin qlobal təhlükəsizlik böhranlarının yaşandığı və II Düya Müharibnəsindən sonra cızılan xəritələrin yenidən bərpa olunduğu və ən çox işlənən yeni dünya nizamı termininin əslində yeni dünya nizamsızlığı olduğu dövrdə tək qalib dövlət kimi ABŞ-də belə bir görüşün və sənədlərin imzalanmasının səbəbinin məhz 44 günlük Vətən Müharibəsindəki qələbəmizə bağlılığını dərk edib, belə də təbliğ etməliyik. Məğlubiyyət dövründə bizi ABŞ, Qərb, region ölkələrinin təmsilçiləri qarşılayıb, görüşüblər. Hətta 2001-i xatırlasaq, Kolen Paul, yəni ABŞ dövlət katibi ölkəsinə guya hansısa razılaşmaya görə dəvət etmişdi. Robert Köçəryan 2020-ci ildə dərc olunan kitabında söyləyir ki, Heydər Əliyev hansısa razılığa gedəcəkmiş, son anda fikrindən daşınıb. Halbuki bilənlər bilir ki, qlobal liderlərdən olan Heydər Əliyevin həmin dövrdə məsələyə razılaşmasının səbəbi Qarabağ ermənilərini danışıqlar prosesindən çıxarmaq, digər tərəfdən Zəngəzur məsələsini gündəmə gətirmək olub. İndi daha məxfilik olmadığı üçün bunu dilə gətirir və onun uzaqgörənliyindən bəhs edirlər. Bizim media nümayəndələrimiz bu çıxışları bir daha gündəmə qaytarıb xatırlatsınlar və yenə də onun necə böyük strateji addımlar atdığını görsünlər. Heydər Əliyevin Meğri, Nüvədi ilə bağlı qaldırdığı məsələlərə münasibət bildirənlər varmış ki, "nədir, siz türk qurşağı yaradırsınız?". Bu çıxış 1993-96-cı illər ərzində bir neçə dəfə edilib. Söhbət yenə də Zəngəzurun əsaslarından gedir. Heydər Əliyev nə qədər Qarabağın azadlığı üçün əsaslar yaratmışdı. Bu gün Ağ Evin gündəminə daşınan və tarixmizdə heç vaxt olmamış kimi yolların, dəhlizlərin Vaşinqtonun siyasi strategiyasında birinci yerə çıxması da Heydər Əliyev və möhtərəm Prezidentin bütün o illər ərzindəki siyasətinin nəticəsidir".

Komitə sədri qeyd edib ki,  atıq son 5 ildə bizə qarşı tətbiq olunan bütün həmlələrə İlham Əliyev ardıcıl, sistemli strategiyasından cavab verib:
"2020-ci ilin 10 noyabr razılaşmasından sonra erməni tərəfi azad etməli olduğu ərazilərlə bağlı konkret qrafik üzərinə götürsə də, Qubadlı və Zəngilanın bir hissəsi işğal altında qalmaqdaydı. Bununla bağlı heç bir razılaşma sənədi yox idi. İlham Əliyevin iradəsi, bütün gizli, məxfi tədbirləri ilə oraların azad olması mümkün oldu. Ardınca Fərrux yüksəkliyi, sonra Qırxqız əməliyyatı ilə Kəlbəcər zirvəsini qaytardıq. Daha sonra 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı ilə suverenliyimiz bərpa olundu. Azərbaycan həmin ərazilərin yenidənqurulmasını həyata keçirirkən, Şərqi Zəngəzuru sərhədlərə qədər bütün yol infrastrukturunu bərqərar edərkən işğal altında olmayan, Qərbi Zəngəzur, ABŞ-yə 99 illiyinə icarəyə verilən həmin o 42 kilometr ərazidə isə nə dəmiryolu, nə də hər hansı infrastruktur işləri aparılıb.  Azərbaycan hər bir məsələdə zaman xəttini, ardıcıllığını, düzgün hədəfləri, qlobal proseslərin axınlarını bilərək İlham Əliyevin bu trumifal nailiyyətlərinə gəlib çatmış oldu".

Komitə sədri vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan tələsməlidir:

"Hesab edirik ki, bundan sonra nəinki konstitusiyanın dəyişməsinə, o cümlədən kommunikasiyaların açılması və digər tədbirlərə Ermənistan tərəfi sürətlə getməli olacaq. Bəzən onların anti-Rusiya, bəzən də ayrı dövlətlərlə savaşı fonunda ABŞ ilə hər hansı bir konfrontasiya yaşaması yalnızca qeyri-mümkündür. Buna onların gücü və resursu yoxdur. Tramp bundan sonra hələ 3 il prezident kimi fəaliyyətini davam edəcək. Dünya siyasətinin ən belə qlobal siyasətə təsir göstərə bilənlər, hətta Avropa Birliyi kimi böyük məkan onun tələblərinə tabe olub. NATO üzvləri öz ÜDM-lərinin 5 faizi həcmində müdafiə büdcələrini artırmağa məcbur oldularsa, düşünürsünüz ki, Ermənistan Trampın planlarından, imzasından kənar addım atacaq? Ona kim bu zəmanəti verəcək? Hansı halda Ermənistan özünü bütün xarici yardımlardan məhrum edib yaşaya bilər? Onsuz da bölgə dövlətlərinin bir qismi ilə dediyimiz kimi, münasibətləri düşmən vəziyyətdədir. Ona görə də o, bunu çox yaxşı başa düşür ki, Bakı sözün yaxşı mənasında İrəvan üzərində təsir imkanlarına malikdir. Faktiki olaraq, eyni dalğada hərəkət etməli olacaqlar. Bundan sonra düşünürəm ki, sinxron olaraq, məhz Azərbaycan və İlham Əliyevlə razılaşdırılacaq. Başlıca məsələ hazırki dövrdə regionda sabitliyi qoruyub saxlayaraq, təxribat senarilərinə uymadan daxildə də həm kilsənin timsalında, həm  digər dairələr vasitəsilə razılaşmaların, sülh proseslərinin əleyhinə işləyəcəklər. Onlar müharibədən qazanan qüvvələrdir. Biz onları müharibə partiyaları da adlandıra bilərik. Düşmənçiliyi biznesə çevirən istismarçı qüvvələr kimi saymaq mümkündür. Dünənə kimi sülh missiyasındaydılar, vasitəçilik edirdilər. İndi biz çox təəssüf olsun ki, Rusiyanın da imperiya reflekslərinin kəskinləşdiyi və ölkəmiz əleyhinə açıq və gizli təxribatlarını görməkdəyik. Bu artıqbütövlükdə ölkə əleyhinə çevrilən siyasətə çevrilib. Ona görə də Paşinyan tələsməlidir. Onun  indiki halda başlanan prosesi axıra çatdıra bilməsə, digər axınlar sözün həqiqi mənasında onu udacaq, indiki halda nə qədər qəribə də səslənsə, Türkiyə və Azərbaycan Paşinyanı və hazırkı dövr prosesləri, sülhü xilas edən tərəfdir. Xilaskar tərəf Azərbaycan və Türkiyədir. Ona görə də İlham Əliyevin irəli sürdüyü siyasi kursu qəbul edərək, onu İrəvanda da gündəlik tətbiq ediləcək bir siyasət kimi dərk edərək addımlar atmaq lazımdır. O halda regionun taleyi dəyişəcək. Ölkə rəhbərinin sözü ilə desək, axı onlar heç sülhdən qazana bilməyiblər. Tranzit məkanı kimi Ermənistan özü Zəngəzur dəhlizinə çevrilə və nə qədər qazanclı ola bilər. Zəngəzur dəhlizi Tramp yolu adlandırılmasına baxmayaraq, oradan neft boru kəmərləri, fiberoptik kabellər, digər xaraketrli kommunikaisiya xətləri keçmiş olacaq. Bunu Bakı-Tbilisi-Qars boru kəməri ilə müqayisə etsək, görərik ki, 220 kilometr fərq var. Logistika üçün bu çox böyük məsafədir. Həm itirilən günlər, həm də xərclər baxımından çox önəmli məsələdir. Zəngəzur dəhlizi üzərindən ABŞ-dən investisya gətirmək istəyən İrəvan başa düşməlidir ki, deyilən qrafiki ləngitmək istəsə, nəinki ABŞ-nin yardımlarından məhrum olar, Trampın qəzəbinə tuş gələr, nəticələri ağır olar. Bundan sonra hesab edirik ki, Paşinyanın fərdi qaydada Bakıya edəcəyi zənglərin sayı artacaq. Tarixin qanunauyğunluğudur ki, bir daha İrəvan Bakıyla eyni meridianları, siyasəti və ya eyni taleyi bölüşməli olur. İmperiyaların aləti olanda Ermənistan ondan qətiyyən qazanmayıb, itirib. Həqiqətən bizim qələbəmiz həm də Ermənistanın Türkiyəyə qarşı iddialarını ortadan qaldırdı. Çox ümidvarıq ki, ən yaxın vaxtda Türkiyə ilə sərhədlərin açılması qrafiki sinxron, Zəngəzurla paralel olaraq meydana gələcək. Biz bu coğrafiyanı tarixdə necə var, elə bütöv görəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see274

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see270

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see248

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see237

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see231

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see218

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see213

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see169

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see158

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see155

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri