Icma.az
close
up
RU
Təbəddülatlarla dolu Nəriman həyatı

Təbəddülatlarla dolu Nəriman həyatı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı
Nəriman Kərbalayı Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflisdə doğulmuşdu.1882-ci ildə Nərimanov Qori şəhərində Zaqafqaziya müəllimlər semnariyasına daxil olur.
Semnariyanı qurtarandan sonra Nərimanov 1890-ci ildə Tiflis quberniyasının Qızılhacılı kəndinə müəllim təyin olunur. Kənd məktəbində bir il işlədikdən sonra Nərimanov Bakıya köçür.Burada progimnaziyada müəllimlik edir.Bir müddət sonra realni məktəbdə sinif müəllimi təyin olunur. Daha sonra Bakıda oğlan gimnaziyasında çalışmağa başlayır.
Gimnaziyadakı işlə bərabər Nərimanov Bakıda geniş ictimai-siyasi fəaliyyətə başlayır.1894-cü ildə Bakıda ilk dəfə olaraq kütləvi səliqəli xalq kitabxanası açır.Bununla yanaşı, Nərimanov ana dilində dərsliklər tərtib edir,bədii əsərlər və məqalələr yazır. Nərimanovun Azərbaycan türkcəsi qrammatikası, ruslar üçün Azərbaycan türkcəsi və Azərbaycan türkləri üçün rus dili dərslikləri məhz bu dövrdə yaranmış və müəllimlərə,tələbələrə çox fayda vermişdir.
Bu dövrdə Nərimanov ədəbiyyat və incəsənət sahəsində xüsusilə yorulmadan çalışırdı. O,1894-cü ildə “Nadanlıq” pyesini,1895-ci ildə “Dilin bəlası,yaxud Şamdan bəy” komediyasını,1896-cı ildə məşhur “Bahadır və Sona” romanının birinci hissəsini,1899-cu ildə isə “Nadir şah” faciəsini nəşr etdirir, rus yazıçısı N.V.Qoqolun məşhur “Müfəttiş” komediyasını Azərbaycan türkcəsinə tərcümə edir.
Nərimanov hələ semnariyanın axırıncı sinifində oxuyarkən öz təhsilini davam etdirmək,müəllimlər institutuna daxil olmaq istəyirdi. Semnariyanı qurtarmağa iki ay qalmış atası vəfat edir və böyük bir ailəni saxlamaq onun öhdəsinə düşür.Buna baxmayaraq Nərimanov öz arzusundan əl çəkmir və 1902-ci ildə Odessa universitetinin tibb fakültəsinə daxil olur. Müəlimlər Semnariyasını bitirən Nəriman Nərimanov Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili almışdı.
Odessa həyatı Nərimanov üçün solçu inqilabi məktəb olur. Tibb fakültəsində oxuduğu illərdə fəhlə hərəkatında fəal iştirak edir və Odessa fəhlələri arasında inqilabi təbliğat aparır. 1905-ci ilin ikinci yarısında Odessa universiteti müvəqqəti bağlanandan sonra Nərimanov Bakıya qayıdır.Bu zaman artıq o, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının tanınmış, fəal bir üzvü idi.
Bakıda Nərimanov inqilabi və ədəbi fəaliyyətinin yeni bir mərhələsi başlanır. O, M.Əzizbəyov, S.M. Əfəndiyev kimi ruspərəst və solçu inqilabçılarla bolşevik “Hümmət” təşkilatının işində iştirak edir, siyasi və ədəbi mövzularda məqalələr yazır, mühazirələr oxuyur.1906-cı ildə birinci Zaqafqaziya müsəlman müəllimləri qurultayının hazırlanmasına və keçirilməsinə rəhbərlik edir.
Universitetdə dərslər başlanandan sonra Nərimanov öz təhsilini başa çatdırmaq məqsədi ilə Odessaya qayıdır, 1908-ci ildə universiteti bitirib Bakıya gəlir və şəhər xəstəxanasında işə düzəlir. Nəriman Nərimanov Bakıda Qacar Dövlətindən (1789-1925) gələn Güney Azərbaycan fəhlələri ilə də yaxın əlaqə saxlayır, onların arasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının təbliğatını və inqilabi işini aparır,nəhayət, Qacar dövlətindən gələn fəhlələr içində fəaliyyət göstərən sosial- demokrat “Ədalət” təşkilatının rəhbərlərindən biri olur.
1909-cu ilin əvvəllərində Nərimanov partiyanın tapşırığı ilə Tiflisə gedir.Həmin ilin martında Tiflisdə inqilabi solçu təbliğat üstündə həbsə alınır.Yeddi ay Matex qalasında saxlanıldıqdan sonra iki il müddətinə Həştərxana sürgün edilir.
Nərimanov Həştərxanda da ictimai-siyasi fəaliyyətini qızğın surətdə davam etdirir: yerli qəzetlərdə məqalələr yazır,mühazirələr oxuyur, tezliklə yerli inqilabçıların dərin rəğbətini qazanır. Həştərxan fəhlələri onu şəhər dumasına üzv seçirlər.
Nərimanov 1913-cü ildə Bakıya qayıdır və Qara şəhər xəstəxanasında həkimlik edir.Həmin ildə və daha sonralar o öz əsas işi ilə bərabər ədəbi fəaliyyətini davam etdirir. Ədib “Pir” (1913), ”Bir kəndin sərgüzəşti” (1915) hekayələrini yazır, mətbuat səhifələrində ədəbi hadisələr, ayrı-ayrı teatr tamaşaları haqqında məqalələr çap etdirir.
1917-ci ildə Nərimanov yerli solçularla və Lenin tərəfdarları ilə birlikdə bolşevik “Hümmət” təşkilatına rəhbərlik edir və Azərbaycan türkcəsində çıxan “Hümmət” qəzetinin baş redaktoru olur.1918-ci ildə Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarları Soveti yaranandan sonra o,şəhər təsərrüfatı xalq komissarı vəzifəsində çalışır. 27-ci Bakı Xalq Komissarı olur.
Siyasətçi Nərimanov 1918-ci ildən artıq Rusiyanın təbəəsiydi.1918-ci ildə Azərbaycanda Şaumyan hakimiyyəti var idi.Bu hakimiyyətin nazirlərindən biri də Nəriman Nərimanov idi.Bu adam Bakıda mart qırğınları və Şamaxıda soyqırım törədən Şaumyanın silahdaşı idi.
Martın 31-də başlayan erməni və rusların Azərbaycan türklərinə qarşı Bakıdakı soyqırımı üç gün davam elədi.”İsmailiyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və sair məscidlər də bombardman edildi. Şəhidlərin miqdarı 20 mindən çox təxmin edilməkdədir.Qətillərdən qurtulan Azərbaycan türkləri ətraf kəndlərə və dağlara çəkildilər.
Azərbaycan istiqlalı yolunda ilk qurbanlar burada verildi. Qatil erməni və ruslar ətrafa hücum edərək, Şamaxı şəhərini yandırdı və əhalisini tamamilə qırdı.
Oktyabr çevrilişinin ilk günlərindən Nərimanov,bütün Zaqafqaziyada və Azərbaycanda milli qüvvələrə qarşı mübarizənin rəhbərlərindən biri kimi bolşeviklərlə olan böyük siyasi fəaliyyəti, yorulmaz xidməti ilə yadda qalır. Vahid bölünməz Rusiya ideyasını müdafiə edir.
1918-ci ilin iyununda ağır xəstələnir və müalicə üçün Həştərxana gedir. Nərimanov Həştərxana getməklə 26 Bakı Komissarı sırasında güllələnməkdən canını qurtarır.Bakıda Şaumyan hakimiyyəti məhv ediləndən sonra bolşevik partiyasının tapşırığı ilə Həştərxanda qalır və Həştərxan quberniya icraiyyə komitəsində rəhbər vəzifəsində işləyir.Yorulmadan Azərbaycan Xalq Cümhuriyyəti və Müsavat partiyasına qarşı mübarizə aparır.Bu mübarizə Moskvadakı bolşevik partiyasının rəhbərliyinin son komissar kimi ona diqqət yetirməsinə səbəb olur.
Nəriman Nərimanov Azərbaycanda bolşevik təşkilatının və Rusiya tərəfdarlarının vəziyyəti haqqında məruzə üçün 1919-cu ildə Moskvaya çağrılır.V.İ.Leninin təklifi ilə Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsi müdiri vəzifəsinə təyin edilir.
Maraqlıdır ki,1920-ci ilin ilk aylarında Azərbaycanın istiqlalının tanınması məsələsində Sovet Rusiyasında hökumət və Kommunist Partiyası rəhbərliyində yekdil fikir yox idi.Çiçerin başda olmaqla bir qrup elə hesab edirdi ki,ümumdünya kommunist inqilabı üçün Şərq hələ hazır olmadığından əsas diqqət Qərb ölkələrində fəhlə və kommunist hərəkatına yönəldilməlidir. Avropa ölkələri ruslar tərəfindən işğal ediməli idi. Lakin bu zaman Sovet Rusiyasında yaşayan satqın Azərbaycan kommunistləri Azərbaycanda sosialist inqilabının tam yetişdiyini iddia edir,bu səbəbdən də Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasının qəti əleyhinə çıxırdılar.Nəriman Nərimanov yazırdı: “Petrovskini tutandan sonra biz gərək Dağıstan Sovet Respublikasını,Bakını tutduqdan sonra isə Azərbaycan Sovet Respublikasını elan edək...Biz rus yoldaşlardan kömək gözləyirik”.
Azərbaycanda olan kommunistlər də eyni mövqedən çıxış edirdilər. Hələ 1919-cu ilin martında olmuş RK(b)P-nın VIII qurultayının qərarına görə Rusiyanın keçmiş ucqarlarında kommunist partiyalarının yaradılması məqsədəuyğun hesab edildi.Bu partiyaların MK-ləri RK(b)P-nin vilayət komitəsi hüququnda olub, RK(b)P-nın MK –nə tabe olmalı idi. Fevral ayının 11-12-də RK(b)P Bakı komitəsi,”Hümmət” və iranlı fəhlələrdən ibarət “Ədalət” partiyasının birləşməsi ilə Azərbaycan K(b)P yarandı.AK(b)P MK-sı “müstəqil Azərbaycan şüarına qarşı vahid və bölünməz Rusiyanın tərkibində “Sovet Azərbaycanı uğrunda”mübarizə şüarını irəli sürmüşdü.
27 aprel 1920-ci ildə Bakıya daxil olan rus qoşunu müxtəlif zümrəli və müxtəlif yaşlı cır-cındırlı lüt-üryanlardan ibarət idi.Bu arıqlayıb üzülmüş,toz-torpağa bulaşmış yarıac əsgərlərə baxanın yazığı gəlirdi.Təsəvvür etmək olar ki,belə ac bir sürü çiçəklənmiş varlı bir ölkənin üstünə necə bir acgözlüklə atılmışdır.Əvvəlcə hərbi anbarlardakı silahlar talandı.Cəmi bir neçə gün əvvəl İtaliyadan alınmış 35.000 dəst hərbi geyim zəbt olundu.Bundan sonra növbə başqa hərbi sursat və silahlara çatdı,tezliklə Azərbaycan ordusunun ştabından və özündən quruca bir ad qaldı.Bakının Bayıl hissəsində yerləşən 6-cı Göyçay polkunun batalyonlarından birində bundan xəbər tutub qərara aldılar ki,ehtiyatda olan hərbi geyimləri əsgərlərə paylasınlar,lakin hərbi və dəniz işləri üzrə komissar təyin olunmuş Çingiz İldırımın göstərişi ilə bu geyimlər əsgərlərdən alınıb cır-cındırlı lüt-üryan “Şanlı Qızıl Orduya “ verildi.
27 aprel 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti işğal edildikdən sonra Müvəqqəti İnqilab Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri
28 aprel 1920 - 7 may 1922
Azərbaycan SSR İnqilab komitəsinin sədri
28 aprel 1920 - 19 may 1921
Azərbaycan SSR Xalq Xarici İşlər Komissarı
28 aprel 1920 - 6 may 1921
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası İttifaq Sovetinin sədri
12 mart 1922 – 15 yanvar 1923
SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri
30 dekabr 1922 – 19 mart 1925

Leninin qurduğu dövlət IV İvan Qroznu (1547-1584) dövründəki opriçina qaydalarını tətbiq etdi.Rusiyanın daxilində bu dövlətin mülkləri olan müxtəlif knyazlıqlara bənzəyən ərazi vahidləri respublikalar yaradıldı.Sovet dövlətinin hakimiyyət illərində amanzız terror,edamlar və sürgünlər baş verdi.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilatlar bürosunun birgə iclasında qəbul etdiyi qərar ilə həll olundu.Zəngəzurun Ermənistana verilməsi Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü və qərarı ilə baş vermişdi.Nəriman Nərimanov 27-ci Bakı Komissarı və Stepan Şaumyanın həyatda qalan sonuncu əlaltısı idi. XI Qızıl Ordu Azərbaycanı işğal edərkən Nəriman Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundakı böyük roluna görə Azərbaycana vali qoyulmuşdu.Azərbaycan ərazisi Zəngəzurun ermənilərə verilməsi ilə Naxçıvanla quru bağlantısı kəsildi.Türkiyə ilə əlaqə çətinləşdi.
Zəngəzurun ermənilərə verilməsi istiqamətində ilk addımlardan biri 1920-ci il dekabrın 1-də atıldı.Həmin gün Azərbaycan SSR-in Ermənistanda sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında Nəriman Nərimanov Zəngəzurun Ermənistana verilməsi münasibəti ilə bəyanatla çıxış edirdi.
Ardı var

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see371

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see209

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see177

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see177

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see176

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see175

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

25 May 2026 14:28see172

İyunda bu bürclərin yeni şansları olacaq

25 May 2026 08:20see165

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

25 May 2026 18:28see163

Dövlətçilik tariximizin qürur günü

25 May 2026 15:44see160

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

25 May 2026 14:33see159

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see157

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

25 May 2026 18:23see155

Apellyasiya məhkəməsi Azər Qasımlı ilə bağlı qərar verdi

25 May 2026 20:28see154

Dandan İlham Əliyevə məktub: Sizi ölkəmə dəvət edirəm!

25 May 2026 20:56see152

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

26 May 2026 00:31see149

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see145

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see144

Bakıda nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və getdikcə artır

25 May 2026 20:05see143

Azərbaycanla Rusiya arasında kritik görüş

26 May 2026 00:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri