Təbəddülatlarla dolu Nəriman həyatı
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin dağıdılmasında rus ordusunun Bakıya girməsində sonradan SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri olan Nəriman Nərimanovun da böyük rolu olub.
Nəriman Nərimanovun yaradıcılıq diapozonu çox zəngindir.Nəriman nərimanov-yazıçı,Nəriman Nərimanov-dramaturq,Nəriman Nərimanov- tərcüməçi,Nəriman Nərimanov- həkim, Nəriman Nərimanov –ictimai və dövlət xadimi və sairə.
Azərbaycan ədəbiyyatındakı ilk romanın müəlllifi
Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”- nın (1896-1898) müəllifidir.
Əsərləri
1894-Nadanlıq
1895-“Dilin bəlası” yaxud “Şamdan bəy”
1896-1908 Bahadır və Sona
1899-Nadir şah
1909-Xolera-Vəba
1910-Tibb və İslam
1910-Çaxotka-Vərəm
1910-Ailəmi-nisvan
Tif və Dizenteriya
Vərəm
Traxom
Həmli arvat
1915-“Bir kəndin sərgüzəşti” yaxud “Əmi”
Nadir şah (tarixi faciə)
Nəriman Nərimanov çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün “Nadir Şah” əsərində hadisələri Azərbaycanın XVIII əsr tarixindən-Şah Sultan Hüseyn Səfəvinin dövründən təsvir edir.Tarixi faciədə Nadir amansız quldur,yenilməz sərkərdə,müdrik dövlət başçısı kimi verilmişdir.”Nadir şah” da XVIII əsr hadisələri təsvir olunsa da,XIX əsrin ictimai ruhu,əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti,oyanma əlamətləri öz ifadəsini tapmışdır.
Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsində hadisələr Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründən başlayır.Dramaturq Qızılbaş dövlətində hökm sürən özbaşınalığı və zülmü Şah Sultan Hüseynin (1694-1722) dövlət başçısı kimi zəif olması ilə izah edir.Şah Sultan Hüseyn bütün gününü eyş-işrətlə keçirir.O,dövlətin daxili və xarici vəziyyətindən tamamilə xəbərsizdir.Bütün dövlət işlərini birinci vəzir Ədhəm xanın ixtiyarına vermişdir.Hakimiyyət başına keçmək arzusunda olan Ədhəm xan Sultan Hüseynin ona olan etmadından və zəifliyindən sui-istifadə edir, ölkədə baş verən hadisələri ondan gizlədir, beləliklə dövlətin iqtisadi və müdafiə qüdrətinin zəifləməinə imkan yaradlr.Odur ki, yerli hakimlər mahallarda özbaşınalıq edir.Xanların zülmü ölkədə narazılığa səbəb olur.Kürd tayfaları üsyana qalxır,müstəqil hakimiyyət yaradırlar.
Əsərin ekspozisiyasında Qızılbaş dövlətinin düşdüyü dözülməz siyasi-ictimai vəziyyətin səbəbləri göstərilir.Nəriman Nərimanov “Nadir Şah” tarixi faciəsində bu tarixi hadisələri əsas götürərək,Nadiri bütün zidiyyətləri ilə vermişdir.Nadirin faciəsinə səbəb feodal ictimai münasibətləridir.Dramaturq əsas diqqətini Nadirin şəxsiyyətinə, daxili aləminə verməklə,onun faciəsinin mahiyyətini açmış,beləliklə feodal kimliyinə nifrət oyatmışdı.Nərimanov Səfəvilər xanədanının sonbeşiyi Şah Təhmasibin devrilməsini səhnəyə gətirməklə avam camaatın şüurunu fanatizm və dini əsarətdən qurtarmağa,onu real düşünməyə çagırdı.Nərimanov sonralar bu barədə yazırdı: “Nadir şah “ adlı tarixi faciəmdə mən şahı endirmişəm ki,qaralıqda qalan kütlənin alət olaraq qəbul etdiyi kimi hökmdarın şəxsiyyəti heç də müqəddəs deyil və əgər o,məmləkəti idarə edə bilmirsə,onu tapdalayıb keçmək olar.
Nəriman Nərimanovun həyat yoldaşı
Gülsüm Nərimanova (Əliyeva) 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur.1915-ci ildə o, Nəriman Nərimanovla ailə həyatı qurur.1931-1935-ci illərdə isə o, Moskvada Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik gakültəsində və Qaragül qoyunçuluq institutunda oxuyur.Qərbi Sibirdəki iş təcürbəsi əsasında Gülsüm xanım “Çox mühüm yem bazası”, “Silos kompaniyasında kəskin dönüşə nail olmalı”, ”Silos üçün güllələr və xəndəklər uğrunda”,”Kollektivləşmə qadını azadlığa çıxır” adlı kitabçalar yazır. Bundan başqa o, “Təsadüfi kampanya” məqaləsini,”Uşaqlar üçün nağıl və hekayələr”, “Bakinski raboçi” qəzeti üçün məqalə və “ Mənim xatirələrim”i yazıb çap etdirir.Fəal hamilik fəaliyyətinə görə Gülsüm xanım Moskva Hərb Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin,Hərbi Xəstəxana Komandanlığının fərmanları ilə təltif edilir, “Almaniya üzərində qələbəyə görə medalı “ ilə təltif edilir.O, Moskva şəhər Qırmızı Xaç Komitəsinin hamilik komissiyasının üzvü idi, “SSRİ-nin sanitar mühafizəsi əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır.Gülsüm xanım Nərimanova 1953-cü ildə vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbirstanlığında dəfn edilmişdir.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur.Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı,Sovet Sosialis Respublikaları İttifaqının ilk dövlət başçılarından biri,SSRİ MİK-in Rəyasət Heyətinin ZSFSR-dən birinci sədri olmuşdur.19 mart 1925-ci ildə Nəriman Nərimanovun ölümündən sonra anası Gülsüm xanımla birgə həyatın ağır mərhələsinə qədəm qoyur.Nəriman Nərimanovun sağlığında Kreml yeməkxanasından pulsuz qidalanan ailə sonradan bu imtiyazdan məhrum olur,Gülsüm xanım və 6 yaşlı oğlu Nəcəf çörək imtahanına çəkilir.
1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109N-li məktəbə daxil olur.O,fransız dilində gözəl danışırdı.Bu dili Nəcəfə dayəsi Aqnessa Vitsovna öyrətmişdi.1938-ci ildə doqquzillik məktəbi uğurla bitirən Nəcəf Nərimanov sonradan Puşkin adına Tankçılıq məktəbi adını alan Leninqrad Hərbi Texniki-tank məktəbinə daxil olur. Bir il sonra onu Kiyevə eyniadlı məktəbə köçürürlər.1939-cu il, 1 sentyabrda Nəcəf Nərimanova Moskva şəhəri qeydiyyat məntəqəsi rəisi tərəfindən Nəcəf Nərimanova qeydiyyat şəhadətnaməsi göndərilir.Moskva şəhərindən hərbi xidmətə çağırılan Nəcəf Nərimanov taqım komandiri kimi xidmət edir.Nəcəf Nərimanov 1940-cı ildə Kiyev hərbi məktəbini bitirdikdən sonra Hərbi Akademiyada oxumağı arzulayırdı.
Nəriman Nərimanovun yeganə övladı və oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-08.09.1943) Stalinqrad savaşlarında igidlik göstərmiş,birinci dərəcəli Vətən Müharibəsi ordeni və “Stalinqrad müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.1943-cü ilin 10 sentyabrında cəbhədə Donetskdə həlak olmuşdur. Rus İmperyasına qulluq edənlərin ata və oğul Nərimanovların aqibəti bu cür sonluqla bitir.
Nəriman Nərimanovun tariximizdəki izi
Sovet tarixinin şəxsiyyətləri hələ zaman-zaman çox çək çevir olacaq və heç şübhəsiz,tarixin layiqli dəyərini almamış bir şəxs də Nəriman Nərimanovdu.Ona görə ki,o,bir qisim insanlar tərəfindən hələ də yaxşı xatırlanır və ən azı adına heykəl,park, metro stansiyası, rayon var. Keçmiş dövrlərin şəxsləri haqqında danışarkən, “Yaşadığı dövrü nəzərə alın”, “Siyasət onu tələb edirdi” kimi müdafiə mexanizmləri də işə düşür.
Amma bir şey nəzərə alınmır ki,ən ağır siyasi şərlər altında satqın adamlar kimi mübariz, əyilməyən,ləyaqətli adamlar da mövcud olur. Əgər bu mümkündürsə,əgər heç nəyə baxmayaraq təmiz adamlar ola bilirsə,kimlərinsə satqınlığı,vətənə,millətə xəyanəti niyə müdafiə olunmalı,nələrsə nəzərə alınmalıdır?
Bu,ən azından siyasi şərtlər altında sınmayan,satqın olmayan şəxslərə haqsızlıqdır.O səbəbdir ki, Nəriman Nərimanovun Əliheydər Qarayevdən, Mircəfər Bağırovdan, Azərbaycan Xalq Cümhuriyyətinə ultimatum verən,Bakını bombalayacağı ilə hədələyən Çingiz İldırımdan heç bir fərqi yoxdur.O Nəriman Nərimanov ki, Hacı Zeynalabdin Tağıyevin pulu ilə oxuduğu halda siyasi sistemin diktəsi ilə onu həbs etdirmişdi.O Nəriman Nərimanov ki, Rusiya işğalına dəstək verib, Azərbaycan Xalq Cümhuriyyətini satmışdı.O Nəriman Nərimanov ki,onun elə birbaşa olaraq 1920-ci il AXC-nin dağılmasında,işğalçı rus ordusunun Bakıya girməsində rolu danılmazdır.O Nəriman Nərimanov ki, Şaumyanın silahdaşı və 27-ci Bakı komissarı idi.AXC-nin işğalına qarşı Gəncədə baş vermiş üsyanın amansızlıqla və soyqırımla yatırılmasında əsas təşkilatçı olub.
Duelə çıxan ilk Azərbaycan türkü
Nəsib bəy Yusifbəyli ilə Nəriman Nərimanovun arasında münasibətlər hər zaman kəskin olub. Bunun səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspiralının qızı Şəfiqə xanım olub. Nəsib bəyin sevgisinə qarşılıq verən Şəfiqə xanıma o dövrdə Nərimanov da elçi düşür.Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır.Duel baş tutur.Nəriman Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir.Nəsib bəy Yusifbəyli sıra ona çatanda silahını ataraq deyir.”Mən əlimi Azərbaycan türkü olan şəxsin qanına batırmaram!” 28 aprel 1920-ci ildə ruslar tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra Nəsib bəy Yusifbəyli Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir.
Cəmi 55 il yaşayan Nəriman Nərimanovun keşməkeşli həyat yolu olub. Gənc yaşlarında atasını itirən Nəriman böyük ailənin bütün yükünü çiyinlərində daşımalı olub.Gənc yaşlarında atasını itirən Nəriman böyük ailənin bütün yükünü çiyinlərində daşımalı olub.Bəlkə də ailə qayğılarına görə o özü haqqında çox gec düşünüb.Və 44 yaşlı Nəriman Nərimanov 17 yaşlı Gülsümlə evlənir.Gülsüm xanım kifayət qədər məşhur və zəngin ailənin qızı idi.Nəriman dünyasını dəyişəndə Gülsümün 27, oğlu Nəcəfin 6 yaşı olur.Nəcəf isə ikinci dünya müharibəsində 23 yaşında vəfat edib.Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının 1-ci sədri olub.1925-ci il martın 19-da Moskvada müəmmalı şəkildə dünyasını dəyişib.
Son
Baxış sayı:52
Bu xəbər 23 İyun 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















