TƏBİB lə bağlı biabırçı iddia: Rəhbər vəzifədəki şəxsin tibb təhsili yoxmuş… FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.
Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, Çobanlının rəhbərlik etdiyi departament ölkə üzrə poliklinikalar, ailə sağlamlıq mərkəzləri və Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət edən ən kritik sahələrdən biridir.
Mövcud məlumatlara əsasən, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Yəni onun ali təhsili səhiyyə sahəsi ilə bağlı deyil. O, daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib. Lakin bu, onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir.
Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır.
Xatırladaq ki, Rəşad Çobanlı daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə icra edib, ardınca TƏBİB-ə keçərək uzun müddətdir İlkin Səhiyyə Xidməti Departamentinə rəhbərlik edir və hazırda özünü “səhiyyə siyasəti üzrə konsultant” kimi təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















