TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə vətəndaşları ilə yanaşı əcnəbilərə də xidmət göstərməyi hədəfləyir.
Bunu Birliyin Strateji İnkişaf Mərkəzinin Rəhbəri Murad Mirzəyev Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Bu gün xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün kifayət qədər yaxşı imkanlar var. Bununla yanaşı, biz artıq növbəti mərhələdə əcnəbilərə də xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilk addımlar atılıb və ölkədə turizm konsepsiyasının hazırlanması ilə bağlı işlər görülüb. Dövlət Turizm Agentliyi ilə birgə Tədbirlər Plan hazırlanıb və artıq icra edilir. Biz hədəf ölkələri araşdırmışıq. Gələn ilin martında hədəf ölkələrdən bir qrup medagent və turoperator ölkəmizə dəvət ediləcək", - deyə o qeyd edib(Report).
Bu mövzuda digər xəbərlər:TƏBİB dən vətəndaşlara ÇAĞIRIŞ
14 İyul 2026 14:58
TƏBİB dən vətəndaşlara vacib XƏBƏRDARLIQ!
30 Sentyabr 2026 13:56
TƏBİB: Aprel ayında vətəndaşlara 9 milyona yaxın tibbi xidmət göstərilib
22 May 2025 10:10
TƏBİB gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
26 May 2026 19:16
Bayram günlərində 802” vətəndaşlara xidmət göstərəcək
25 İyun 2025 18:30
Baxış sayı:117
Bu xəbər 15 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















