Icma.az
close
up
RU
TƏBİBin məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi Mələk Zeynalovaya ağır cəza istənildi

TƏBİBin məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi Mələk Zeynalovaya ağır cəza istənildi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesinin istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalovanın məhkəməsində zərərçəkən Ağazadə Natəvan İnqilab qızı ifadə verərək bildirib ki, Mələkdən ilk dəfə Dubaya getmək üçün çox ucuz qiymətə bilet aldım, hardasa 1000 manata. Özünü bizə AZAL-ın mühasibi kimi təqdim etmişdi. AZAL- da Nuranə xanım Şəfiyeva vasitəsilə ucuz bilet götürürdü. Biz pulu Nuranə xanımın kartına göndərirdik. Sonra dedi ki, mənə pul verin 2-3 günə qaytaracam, ucuz bilet alıb baha qiymətə satacam. 116 min ümumilikdə pul alıb biznes adı ilə. Üstündə bizə də hörmət edirdi. Anam Sevda ilə mənə hardasa 20 minə yaxın pul qaytarmalıdır".

Qeyd edək ki, Mələk Zeynalovaya faizə pul verdiyini etiraf edən Natəvan Ağazadə TƏBİB-in Koordinasiya Şurasının sədri  Mübariz Ağayevin gəlinidir. Mübariz Ağayev uzun illər Lerik Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləyib sonra isə TƏBİB-ə yüksək vəzifəyə təyin olunub. 

Təqsirləndirilən şəxs Mələk Zeynalova isə Natəvanın Dubaya getmək üçün ona 2500 manat pul verdiyini etiraf etdi: "Sonra da Baliyə yoldaşı ilə birgə getmək üçün tur paket verdim. Natəvan mənə faizə pul verib və kifayət qədər qazancda götürüb. Mənim Natəvan və anasına heç bir verəcəyim yoxdur". 

Məhkəmənin növbəti gedişində təqsirləndirilən Mələk Zeynalovanın səs yazılarına qulaq asıldı. 

Mələk Zeynalova Şəhla Mustafayeva adlı şəxsin məhkəmədə dindirilməsini istədi: "O da mənə 35 min manat faizə pul verib. Mən 120 min manata təqsirliyəm, cəzamıda çəkəcəm. Şəfiyeva Nuranə Elşad qızı, Şəhla Mustafayeva və Natəvan Ağazadə mənə faizə pul veriblər".

Hakim Aytən Əliyeva məhkəmə istintaqının yekunlaşdığını bildirərək çıxış üçün dövlət ittihamçısı Ergin Qafarova söz verdi. Dövlət ittihamçısı Mələk Zeynalovanın 11 il 6 ay azadlıqdan məhrum edilməsini istədi. 
Zərərçəkən Natəvan Ağazadə dövlət ittihamçısı ilə razı olduğunu bildiridi. 
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün bir ay vaxt istəsə də hakim prosesi 23 dekabr tarixinə kimi təxirə saldı.

Cinayət işinin materiallarına görə, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri DİN-in əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manatdan məbləğində maddi ziyan vurub.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri