Icma.az
close
up
RU
Təbiətlə müharibədəyik: Qalib gəlsək, məğlub olacağıq! KÜNCDƏN BAXIŞ

Təbiətlə müharibədəyik: Qalib gəlsək, məğlub olacağıq! KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

Təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir

Bu il dünya ölkələrində anomal iqlim dəyişməsi və təbii fəlakət hallarının sayı daha da artıb. Planetin ağciyərləri- çox nəhəng meşə sahələri yanıb getdi, buzlaqların əriməsi sürətlənib, dünyada ümumi tempratur getdikcə artır, torpaqlar GMO əkinlər və dərmanlarla zəhərlənir, su mənbələri kimyəvi tullantılarla çirklənib, avtomesferə atılan zəhərli qazların həcmi dəfələrlə çoxalıb. Çaylarda, göllərdə quruma gedir.

Xeyli vaxtdır ekoloq alimlər qlobal qeyri-təbii proseslərin başlandığı haqda həyəcan təbili çalırlar. Getdikcə verilən proqnozlar da pisləşir. İqtisadi və siyasi maraqlar insanlığın taleyini təhlükə altında qoyur. Alimlərin xəbərdarlıqlarına əhəmiyyət verilmədiyindən planetdə başlayan anormal təbii proseslər artıq qarşısıalınmaz formaya keçməkdədir.

Bəzi ekoloq-alimlərin təbii proseslərlə izah etməyə çalışmalarına baxmayaraq, qlobal ekoloji böhranda antropogen və texnogen təsirlərin əsas və mütləq təsiri danılmazdır. Əksər ekoloqlar sənayeləşmənin və avtomobillərin sayının sürətlə artmasının bunda böyük rolu olduğunu qeyd edirlər. Bundan başqa təbii resurslara təzyiq xeyli artıb. Daş kömür, neft, qaz və s. yanacaq növlərinin istifadəsi, sənayenin sürətli inkişafı atmosferdə karbon qazının artması ilə nəticələnib. Texnogen inkişaf planetin iqlimini və biostrukturunu tamamilə dəyişdirir.

Elmi araşdırmalara görə, hazırkı problemlərin yaranmasına səbəb ötən əsrdə atmosferə atılan tullantılardır. Deməli, sənayenin sürətli inkişafı ilə əlaqədar atmosferə atılan qazların əsl təsiri hələ qabaqdadır.

Yaxın illərdə atmosferdə çirklənmə daha da artacaq. Torpaq və meşə fondunun amansızcasına istismarı, su mənbələrinin kimyəvi çirklənməyə məruz qoyulması son həddə çatıb. Bu isə kataklizmaların başlamasına zəmin yarada bilər.

Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri qlobal istiləşməyə antropogen təsirlərin səbəb olduğunu sübut edirlər. İnstitutun apardığı tədqiqatlar iqlim dəyişikliyinin təbii resurslara təzyiqin artması, planetin kimyəvi balansının dəyişdirilməsi və qlobal ekoloji böhran nəticəsində yarandığını göstərir.

Ekoloqların əksəriyyəti baş verən anomoliyaları texnogen səbəblərlə əlaqələndirirlər. Qlobal istiləşmə ətrafında hay-küy qaldırılsa da, əksər alimlər tam əks fikirdədirlər, qlobal soyuqlaşma prosesinin başlayacağını güman edirlər. Bəzi proqnozlara görə, qlobal buzlaşma dövrü ən tezi 2050-cı illərdə başlayacaq...

2011-ci ildə Vaşinqtonda iqlim dəyişmələri ilə bağlı təşkil edilən konfransda çıxış edən Nobel mükafatı laureatı Şervud Rouland planetdə buzlaşma dövrünün qəfil başlayacağı barədə xəbərdarlıq edib çox gözlənilməz hadisələrin baş verə biləcəyini demişdi.

Maraqlıdır, dünya ölkələri bu prosesin qarşısını almaq üçün hansı tədbirləri həyata keçirir? Demək olar ki, heç bir!

ABŞ atmosferə atılan tullantıların miqdarına görə liderdir. Bu gün ABŞ, Rusiya, Britaniya, Fransa, Yaponiya, Çin, Hindistan kimi böyük sənaye ölkələri bəşəriyyətin təhlükəsizliyini şübhə altına qoyur. Belə ki, bu dövlətlərin bəziləri ətraf mühitin qorunması naminə hazırlanan sənədi ratifikasiya etmir. Onlar öhdəliyi yerinə yetirməyəcəklərini bəyan edirlər. Bir sözlə, siyasi və iqtisadi maraqlar iqlim dəyişmələrinin qarşısını ala biləcək tədbirlərin həyata keçirilməsini əngəlləyir. İqtisadi maraqlar və siyasi ambisiyalar planetin və canlı aləmin taleyini təhlükə altına qoyur.

Ekoloqlar bildirirlər ki, ətraf mühitin təmizliyinə nail olmaq üçün hökumətlər iqtisadi gözləntiləri azaltmalıdır. Təbii ki, iqtisadiyyatın inkişafını tamamilə dayandırmaq olmaz. Elə iqtisadi sahələr var ki, orada təmiz texnologiyadan istifadə edilir. Ağır sənayedə- metallurgiya, aliminium istehsalı və s. sahələrdə isə köhnə texnologiyalardan istifadə edilir, heç yeniləri arasında da effektlisi yoxdur.

Ekoloqlar bərpa olunan enerji resurslarından istifadəyə üstünlük verilməsini tələb edirlər. Bundan başqa, GMO əkinlərin, bakterioloji, kimyəvi silahların sınaqlarının, plastik istehsalının dayandırılması kimi tələblər var. Hazırda sənaye tələbatdan xeyli artıq məhsul istehsal edir ki, bu da həm planetimizin resurslarını tükəndirir, həm də ekologiyanı korlayır, nəticədə də müxtəlif xəstəliklər çoxalır.

Ümumiyyətlə, son vaxtlar ekoloqlar çox qorxulu proqnozlar səsləndirirlər. Alimlərin fikrincə, təbiətə amansız divan tutulması dayandırılmasa, yaxın zamanda planeti və bütün canlıları böyük fəlakətlər gözləyir. Yazımıza kanadalı alim Hübert Rivzin məşhur sözü ilə yekun vuraq- “Təbiətlə müharibə aparırıq, qalib gəlsək, məğlub olacağıq!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri