Icma.az
close
up
RU
Təbii Antibiotik: Həkimlər mixəyi nəyə görə tövsiyə edir?

Təbii Antibiotik: Həkimlər mixəyi nəyə görə tövsiyə edir?

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sağlam həyat tərzinə marağın artdığı bir dövrdə mixəyin insan orqanizminə göstərdiyi müsbət təsirlər geniş ictimaiyyətin diqqətindədir.

Pravda.az xatırladır ki, tropik iqlimdə yetişən və əsasən İndoneziyadan qaynaqlanan bu bitki yalnız mətbəxlərdə deyil, təbii müalicə vasitəsi kimi də gündəmdədir.

Bu bitki, antiinflamatuar, antimikrobiyal və antioksidant xüsusiyyətləri ilə seçilir. Tərkibindəki əsas fəal maddə olan öjenol (eugenol), diş ağrılarının yüngülləşdirilməsi, ağız qoxusunun aradan qaldırılması və immun sisteminin möhkəmləndirilməsi kimi faydalı təsirlərə malikdir.

Sağlamlığa təsirləri

Aparılan elmi tədqiqatlar göstərir ki, mixək bədəni infeksiyalara qarşı gücləndirir, qan şəkərini tənzimləməyə kömək edir və qaraciyər funksiyalarını dəstəkləyir. Zəngin antioksidant tərkibi sayəsində ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Bundan əlavə, həzm sistemində yaranan problemlərin qarşısını almaqda və mədə xoralarının sağalmasında da əhəmiyyətli rol oynayır.

Mixəyin gündəlik istifadə sahələri

Ənənəvi Hindistan təbabəti olan ayurveda sistemində uzun illərdir istifadə olunan mixək, bu gün:

Çay və süd qarışıqlarında,

Şirniyyat və bişmiş məhsullarda,

Parfüm və kosmetik məhsullarda aromatik qatqı kimi,

Diş ağrısı üçün təbii analjezik,

Antiseptik vasitə kimi geniş istifadə olunur.

Saç və dəri üzərində təsiri

Beta-karoten və A vitamini ilə zəngin olan mixək baş dərisində qan dövranını gücləndirərək saç tökülməsi və kəpək kimi problemlərin qarşısını ala bilər. Bununla yanaşı, sızanaq və dəri iltihablarının azalmasına da müsbət təsir göstərə bilər.

Kimlər diqqətli olmalıdır?

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mixəyin həddindən artıq istifadəsi bəzi hallarda mədə narahatlıqları, başgicəllənmə və yuxusuzluq kimi yan təsirlərə səbəb ola bilər. Xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Mixək suyu necə hazırlanır?

1 çay qaşığı mixək, 1 stəkan qaynar suya əlavə olunaraq 5-10 dəqiqə dəmlənir. Daha sonra süzülüb içilə bilər. Bu qarışım həm ağız qoxusunu aradan qaldırır, həm də həzm sistemini dəstəkləyir.

Qeyd: Daimi və ölçülü şəkildə istifadə edildikdə, mixək sağlamlıq üçün təsirli və təbii bir dəstək vasitəsi ola bilər. Həyat keyfiyyətini təbii yollarla artırmaq istəyənlər üçün mixək, həm əlçatan, həm də faydalı bir seçim olaraq qalır.

Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 May 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see729

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see178

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see139

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see131

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see130

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see122

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see119

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see117

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see117

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see117

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see117

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see116

OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27 İyun 2025 22:50see116

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see115

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see115

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see114

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

27 İyun 2025 16:58see114

Lion dan qərar: Avropa Liqasında iştirak edəcək

27 İyun 2025 20:33see114

Trampa Ali Məhkəmədən “yaşıl işıq”: ABŞ da doğulan hər kəs vətəndaş olmayacaq KONKRET

27 İyun 2025 20:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri