Icma.az
close
up
RU
Yekaterinburqda insanlıq əleyhinə cinayət: Kreml dərhal üzr istəməlidir, yoxsa... İbrahimli

Yekaterinburqda insanlıq əleyhinə cinayət: Kreml dərhal üzr istəməlidir, yoxsa... İbrahimli

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha velikorus şovinizminin, rus millətçiliyinin bariz nümunəsi oldu. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli Yekaterinburq hadisələri ilə bağlı şərhində bildirib.

O qeyd edib ki, bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsl simasını göstərməsidir:

"21-ci əsrdə bütün dünya buna raşizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı diskriminasiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxsüs Azərbaycana qarşı düşmənçilik təşkil edir. Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqırımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardır, daşnakları dəstəkələyən siyasətdir. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir. Bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir. Təsadüfi deyil ki, Ukraynada Putini Alman faşizmin lideri Hitlerlə müqayisə edir və Putler adlandırırlar..."

O bildirib ki, raşizm Rusiyadakı qeyri-rus millətləri Ukrayna ilə müharibədə kütləvi qırğına verir, rusları isə cəbhəyə aparmır:

"Bu siyasət tezliklə Putin imperiyasını parçalayacaq və ilk növbədə rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyaya, istismara rəva bilir. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xalqı üçün hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya prezident Putinin səyləri ilə artıq zəhərləyici, yoluxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, qəhvəyi vəba Almaniyaya və dünyaya faciələr yaşatdı.İndi raşizm bu yolu tutub. Buna ilk növbədə rus xalqı etiraz etməli, putlerizmə qarşı çıxmalıdır. Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olunmasına, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti olaraq qətiyyətlə soydaşlarımızı qarşı bu terroru pisləyirik. Bu, insanlıq əleyhinə cinayətdir. Əgər Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə, üzr istəməli, günahkarlar isə dərhal cəzalandırılmalıdır".

Aygün,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyun 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri