Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məryəm Bağırova

Hər il təqvimdə bir gün var ki, insanlar o günü “xüsusi” kimi qeyd edir, bir az nostalji, bir az sevinc, bir az da şirin təlaş hiss edirlər. Bu gün – doğum günüdür. Uşaqlıqdan bəri sevdiyimiz, böyüdükcə fərqli hisslərlə yanaşdığımız, amma heç vaxt əhəmiyyətini itirməyən bir gün...

Doğum günü sadəcə “bir yaş böyümək” demək deyil. Bu günün arxasında min illərin tarixi, mədəniyyətlərin izləri və insanlıq tarixinin rəngarəng anları gizlidir.

Doğum günü qeyd etməyin mənşəyi çox qədimdir – Qədim Misirə qədər gedib çıxır. Tarixçilərin fikrincə, ilk doğum günü qeyd edənlər fironlardır. Onlar bu günü sadəcə bioloji doğum deyil, ilahi bir yüksəliş kimi qəbul edir, təntənəli mərasimlərlə qeyd edirdilər. Bu ənənə zamanla Roma imperiyasına, oradan da bütün dünyaya yayıldı.

Hər dəqiqədə təxminən 250 nəfər, hər gün isə 385.000-dən çox insan dünyaya gəlir. Bu isə o deməkdir ki,  doğum gününü milyonlarla insanla paylaşsan da, o gün unikal, bənzərsiz və təkdir. Çünki doğum günü – sadəcə bir tarix yox, bir hekayədir.

Dünyanın ən çox oxunan doğum günü mahnısı – “Happy Birthday to You”. Bu mahnı əvvəlcə sadəcə məktəb şagirdləri üçün yazılmışdı. Sonradan isə doğum günlərinin rəsmi himninə çevrildi. Hazırda bu mahnını demək olar ki, bütün dünya eyni sözlərlə və eyni melodiya ilə oxuyur. Dil və din fərqi olmadan...

Doğum günü tortunun üzərinə şam qoyub arzu tutmaq adəti, düşündüyümüz qədər sadə deyil. Bu ənənənin kökləri qədim Yunanıstan və Almaniyaya gedib çıxır. Yunanlar inanırdılar ki, Artemida adlı ay ilahəsinə arzularını çatdırmaq üçün tortun üzərinə şam qoymaq lazımdır. Şamın tüstüsü isə arzuları göyə, tanrılara aparırdı.

Almaniyada isə Kinderfest adlı uşaqlar üçün təşkil edilən ad günlərində torta şam qoymaq adəti formalaşdı. Zamanla bu gözəl ritual bütün dünyaya yayıldı və bu gün şam üfürmək – bir yaş daha böyüməklə yanaşı, yeni arzuların doğulması deməkdir.

Əgər doğum gününüzdə başınız tortun içinə itələnmədisə, deməli, Meksikada doğulmamısınız! Meksikada ad günü olan şəxs şamları üfürdükdən sonra ilk dişləməni almaq üçün əyilir. Və... bir nəfər başını torta itələyir! Bu, sadəcə gülüş üçün deyil, artıq ənənəyə çevrilmiş, hamının qəbul etdiyi bir “tale yazısı”dır.

Meksika doğum günlərinin daha bir əyləncəli hissəsi isə pinyatadır. Əvvəllər dini mərasimlərdə istifadə edilən bu şirin “partlayan” obyekt, indi konfet, oyuncaq və sürprizlərlə dolu sehrli bir qutuya çevrilib. Pinyata qırmaq uşaqlar üçün bir sevinc, böyüklər üçün isə nostalji an deməkdir.

Əvvəllər doğum günlərində tort, şam və dostlarla bir yerdə olmaq kifayət edirdi. Amma rəqəmsal dövr bu ənənəni də dəyişdi. İndi doğum günü deyəndə ağla gələn ilk şey: instaqram stori, TikTok reels, bəzəkli postlar və bəyənmə yarışıdır. Əgər ad günün paylaşılmayıbsa... demək, o gün yaşanmamış sayılır! Artıq doğum günündə tortdan çox fotogenik məkan, estetik stəkanlar, neon yazılar, rəngli fonlar və “göz oxşayan looklar” önəmlidir. Çünki hər şeyin vizualı daha ön plandadır.

Bir doğum günü - min illərin adəti, fərqli qitələrin ənənəsi və bu günün texnologiyası ilə birləşən unikal bir bayramdır. Bu gün təkcə doğulmursan - sən tarixin bir hissəsini yaşayırsan.

Fironlardan gələn ənənələri, romalıların ritualını, meksikalıların əyləncəsini və sosial şəbəkələrin gücünü birləşdirib öz hekayəni yazırsan. Bu, sənin günündür. Unikal, təkrarolunmaz, sənə məxsus.

Doğum günü – sadəcə bir yaş böyümək deyil. Dünyanın harasında qeyd olunmasından asılı olmayaraq, bu gün insanların bir-birinə “sən vacibsən” demə üsuludur. Meksikada pinyata partlayır, Yunanıstanda arzular tüstüylə göyə qalxır, Almaniyada şamlar simvolik anlam daşıyır.

Azərbaycanda isə doğum günü – həm sevgi, həm ailə, həm də  bənzərsiz ləzzətlər bayramıdır. Bir stəkan çay, bir parça tort, ətrini uşaq vaxtından tanıdığımız plov və baş ucunda dua edən doğmalarımız, böyüklərimiz... Dünyanın ən səmimi doğum günü elə bizim mətbəxlərdə, bizim evlərdə baş verir.

Fərqli ölkələr, fərqli adətlər... amma ortaq bir masa ətrafında birləşən insanlıq var bu gündə. Bizi ayıran dillər, inanclar olsa da, sevinmək və sevindirmək eyni dildə danışır. Çünki hər doğum günü – həm fərdiyyətin, həm bəşəriyyətin bayramıdır.

Doğum günləri yeni bir hekayənin başlanğıcıdır. Hər yeni yaş bizə həyatımıza yenidən başlamaq, arzularımızı təzələmək və öz hekayəmizi yenidən yazmaq imkanı verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1311
embedMənbə:https://525.az
archiveBu xəbər 27 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see257

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see197

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see153

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see153

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see131

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see131

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri