Icma.az
close
up
RU
Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Ermənistan cəmiyyətində baş verən hadisələr - iş adamı Samvel Karapetyanın, bir neçə keçmiş deputatın, keşişlərin həbsi, polis zorakılığı və Eçmiədzin kilsəsi ilə dövlət arasında gərginliyin artması bu ölkədə hüquq sisteminin və siyasi azadlıqların ciddi sual altına düşdüyünü göstərir.

Ancaq bu gərgin və hüquq pozuntularının bol olduğu mənzərə qarşısında qəribə bir səssizlik hökm sürür: nə Avropa Şurası, nə ATƏT, nə ABŞ Dövlət Departamenti, nə də beynəlxalq hüquq müdafiə təşkilatları bu hadisələrlə bağlı ciddi mövqe ortaya qoyur. Halbuki eyni proses Azərbaycanda və ya Qərbin təsirində olmayan başqa bir ölkədə yaşansaydı, dərhal beynəlxalq aləmdən ard-arda sərt bəyanatlar, təcili çağırışlar və hətta sanksiyalar müzakirə edilərdi.

Bəs Ermənistan niyə istisnadır?

Nikol Paşinyan hökuməti hakimiyyətə gəldiyi gündən etibarən Ermənistanı Qərbə daha da yaxınlaşdırmağa çalışır. İrəvanın KTMT-dəki fəaliyyətini dondurmaq, ölkədəki Rusiya hərbi kontingentinə münasibətdə sərt mövqe tutmaq, Fransa və Avropa İttifaqı (Aİ) ilə dərinləşən əlaqələr bu yanaşmanın əsas göstəriciləridir. Qərb isə görünür, Ermənistanın bu dönüşünü riskə atmamaq üçün onun daxilində baş verən hüquq pozuntularına göz yummağa üstünlük verir. Yəni insan haqları Qərb üçün təzyiq alətindən başqa bir şey deyil. Deməli, Ermənistan da Qərb üçün geosiyasi layihədən başqa bir şey deyil və bu layihənin uğuru üçün demokratik dəyərlər, hüquqlar və azadlıqlar - ali prinsiplər arxa plana keçə bilər.

İndiyə qədər Ermənistan Apostol Kilsəsi dövlətin və cəmiyyətin içində ən böyük təsir gücünə malik dini qurum olub. Lakin indi Eçmiədzinlə hökumət arasında münasibətlər gərginləşir, kilsə rəhbərləri və keşişlər həbs edilirlər, onlara qarşı ictimai kampaniyalar aparılır. Əgər bu, hansısa müsəlman ölkəsində baş versəydi, beynəlxalq aləmdə "dini azadlıqların boğulması" kimi qiymətləndirilərdi. Amma mövzu Ermənistan və ya Qərbin diktəsi altında olan başqa bir ölkədirsə, səssizlik hökm sürməyə başlayır. Beləliklə, hüquq pozuntuları, insan haqlarının tapdanması, dini və siyasi təqiblər Qərbin himayəsində olan ölkədə baş verdiyindən, demək olar ki, beynəlxalq medianın və institutların radarından yayınır.

Hüquq hamı üçün olmalıdır

Beynəlxalq hüquq institutlarının etibarı və obyektivliyi onların bütün ölkələrə eyni ölçüdə yanaşmasından asılıdır. Ermənistandakı proseslərə göz yummaq, Azərbaycana və digər ölkələrə isə sərt reaksiya vermək təkcə ədalət prinsipinə zidd deyil, eyni zamanda, beynəlxalq institutların nüfuzuna ciddi zərbədir. Hüquq və azadlıqlar seçilmiş regionlara və ya ideoloji yaxınlığa görə fərqli tətbiq olunmamalıdır. Əks halda, insan haqları anlayışı siyasi alətə çevrilərək öz mənasını itirəcək, necə ki itirir. Bu ikili standartlar son nəticədə nə Ermənistana demokratiya gətirir, nə də bölgədə ədalətli və davamlı sülhə töhfə verir.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri