Icma.az
close
up
RU
Təbii qabiliyyətinə xəyanət edən ADAM

Təbii qabiliyyətinə xəyanət edən ADAM

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

58 yaşa təbrik...
Bu adam gözəl şairimiz, sağlığında çoxsaylı lətifələrin (əslində onların hamısı olmuş əhvalatlardır) qəhrəmanına çevrilmiş, hamının “müsbət enerji bloku” kimi qəbul etdiyi Qabil İmamverdiyevin oğlu, yazıçı-publisist Mahir Qabiloğludur.
 

O Mahir Qabiloğlu ki, mənim haqqımda qələmə alınmış məqalələrin ən yaxşılarından birinin müəllifidir. Telman Haqverdiyev, Vaqif Bayramov və Zərifə Bəşirqızının inciməyəcəyinə əminəm. Mahir Qabiloğlu “İttifaq Mirzəbəylinin iki zəngini” adlı yazısında mənim çoxlarının görə bilmədiyi bir cəhətimi qabartmağı bacarıb.
 

O Mahir Qabiloğlu ki, ölkənin qələm sahibləri arasında mənimlə çox açıq zarafat edən yeganə həmkarımızdır. Halbuki, mən dövlət radiosunda işləyərkən onun atasıyla dostluq eləmiş, badələr qaldırmış, altı-yeddi dəfə ölkədaxili səfərlərdə olmuşdum. Hələ bu az imiş kimi, tez-tez xatırladır ki, mən hörmətli qəbələlilərdən birini, çox sevdiyim iş yoldaşımızı, gözəl insanı bu tipli açıq zarafatlarla bezdirib "öldürmüşəm" (rəhmətlik diktor Hicran Hüseynovu nəzərdə tutur). Onu da əlavə edir ki, bəxtindən sən hörmətli qəbələli deyilsən.
 

O Mahir Qabiloğlu ki, dünyaya yazıçı kimi gəlsə də, həmin təbii qabiliyyətinə xəyanət edərək jurnalist ixtisasını və peşəsini seçmişdir. Öz yoluna qayıdandan sonra isə bir neçə mükəmməl nəsr əsəri yaratmışdır. Çox təəssüf ki, oradakı uğurları, eşitdiyi təriflər onu çaşdırmış, nəsr əsərlərindən birində Azərbaycan oxucusunun qarşısına çıxarılmasını məqsədəuyğun saymadığımız səhnələrə və ifadələrə yol vermişdir. Məhz həmin səbəbdən də üç-dörd il qabaq mənə təqdim etdiyi növbəti əsər haqqında hazırlayacağım yazını… yarımçıq saxlamışdım.
 

O Mahir Qabiloğlu ki, “Xalq qəzeti”nin 105 illiyi münasibətiylə tərtib etdiyim “Baş redaktorlarımız haqqında yazılanlar” adlı kitaba onun da bir yazısını daxil etmişəm. İstəsə gəlib baş redaktorun köməkçisindən götürə bilər. Qonaqlıq-zad da istəmirəm. Pensiyaya çıxıb, işdən ayrılıb Xırdalan qocalarının sırasına qoşulmuş adamın “qonaqlıq harasına yaraşır?”.
İttifaq Mirzəbəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri