Icma.az
close
up
RU
Təbii sərvətləri, enerji resursları olan Suriya müxtəlif dövlətlərin maraqlarının toqquşduğu mərkəzdir

Təbii sərvətləri, enerji resursları olan Suriya müxtəlif dövlətlərin maraqlarının toqquşduğu mərkəzdir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Son zamanlar dünyada geosiyasi arenada maraqların müəyyənləşdirilməsi, istiqamətləndirilməsi və dünya coğrafiyasının böyük dövlətlər arasında maraqlara uyğun bölüşdürülməsi prosesi gedir. Burada böyük dövlətlərin maraqları toqquşmaqdadır. Burada Rusiya, Çin, İran, hətta bəzi mövzular üzrə Hindistanın və Qərb-ABŞ maraqlarının toqquşması fonunda dünyanı iki yerə bölmək prosesi müşahidə olunur”.

Bu barədə Bizimyol.info xəbər portalına, ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Suriya həmin o maraqların toqquşduğu bir yerdir.

Şair Ramaldanov

“Biz Yaxın Şərqdə gedən proseslər haqqında danışanda demişdik ki, burada böyük dövlətlərin maraqları toqquşur və prinsip cəhətdən enerji resurslarının, təbii sərvətlərinin olduğu bir ərazi həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Buranı da bir toqquşma mərkəzi kimi də qəbul etmək lazımdır. Suriya bəlkə də iyirmi ildir ki, daim müəyyən bir gərginlik içində olan dövlətdir. Əsas səbəb də burada Qətərdən Avropaya, Türkiyə ərazisindən qaz ixracı ilə bağlı məsələlər var idi. Qaz kəməri keçən bütün dövlətlərdən razılıq alınmışdı. Ancaq bir Suriya buna razı olmamışdı. Bundan sonra "maraqlı" qüvvələr Suriyaya müəyyən təzyiq göstərməyə başladılar”-deyən ekspert bildirib ki, Suriyanın bu addımı bəzən Rusiyanın mövqeyinin təsiri kimi qiymətləndirilirdi.

“Suriyada Rusiya, İran, ABŞ və Türkiyənin maraqları açıq-aydın görünürdü. Rusiyanın Suriyanı dəstəkləməsi nəticəsində Suriya münaqişəni sakitləşdirə bildi. Orada olan İŞİD qrupları qələbə çaldı. Bu da tam qələbə deyildi. Suriyada ABŞ tərəfindən nəzarət olunan ərazilər, Türkiyə tərəfindən təhlükəsizlik baxımından nəzarət altında olan ərazilər tam şəkildə Suriya dövlətinin nəzarətində deyildi”-deyə Şair Ramaldanov qeyd edib ki, Suriyada müxtəlif proseslər gedirdi və müəyyən dövlətlərin maraqlarına xidmət edən müxalif qüvvələr müharibə aparmaq, münaqişəni davam etdirmək üçün hərbi istiqamətdə maliyyələşmə hazırlığı görürdü.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri