Təbriz 90 cı ilin Bakısına bənzəyir Şəhərdə tanklar və silahlı şəxslər tüğyan edir
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Təbrizin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH tam nəzarəti ələ alıb.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Şəhərə tanklar və zirehli avtomobillər gətirilib. Şəhərdə hərəkət ciddi şəkildə məhdudlaşdırılıb.
Vətəndaşlardan gələn xəbərlərdə 15 yaşlı bir oğlanın döyülməsi də daxil olmaqla, təhqir və zorakılıq halları çoxalıb.
***
Güney Azərbaycanın Ərdəbil əyalətində keçirilən kütləvi etirazlara dair görüntülər paylaşılıb. Videolarda şəhərin müxtəlif ərazilərində insanların etiraz etdiyi müşahidə olunur.
Ciddi informasiya blokadasına baxmayaraq, ölkənin bəzi bölgələrindən məhdud sayda məlumat və vizual materiallar əldə etmək mümkün olub. Bununla belə, Təbriz, Xiyav (Meşkinşəhr) və Ərdəbil şəhərlərindən demək olar ki, heç bir rəsmi və ya qeyri-rəsmi məlumatın yayılmaması diqqət çəkir.
Məlumat axınının kəskin şəkildə məhdudlaşdırılması sözügedən şəhərlərin hələ də gücləndirilmiş təhlükəsizlik tədbirləri və ciddi nəzarət altında saxlanıldığını göstərir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Təbriz Bakı Təbriz aviareysi açıldı
29 İyul 2025 18:09
Azərbaycan və İran Təbriz Bakı Təbriz aviareysinin bərpasını müzakirə edir
01 May 2025 13:21
Şəhərdə Şaxta baba tapılmır 90 manat rüsuma görə
12 Dekabr 2025 17:03
Dəməşqdə silahlı müxalif birləşmələr şəhərdə irəliləyir
08 Dekabr 2024 09:37
Baxış sayı:30
Bu xəbər 22 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















