Icma.az
close
up
RU
EVLİLİK BÖHRANI: gənclər niyə ailə qurmur? Sosioloqdan RƏY

EVLİLİK BÖHRANI: gənclər niyə ailə qurmur? Sosioloqdan RƏY

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda gənclərin evlilik yaşı yüksəlir, nikahların sayı isə azalır. Bu tendensiya yalnız şəxsi seçimlərlə izah edilmir; iqtisadi vəziyyət, karyera hədəfləri və sosial-mədəni faktorlar da önə çıxır. Müasir həyatın sürətli ritmi və ailəyə dair məsuliyyətlərin artması gəncləri nikah qərarını təxirə salmağa məcbur edir. Dövlət ailə institutunu qorumaq üçün gənclərə hansı sosial və maddi təşviqləri təqdim etməlidir?

Sosioloq Elçin Bayramlı “AzPolitika”ya açıqlamasında bildirib ki, nikahları azalması tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və bu, yeni dövrün reallığıdır. Onun sözlərinə görə, bir çox ölkələr bu problemin qarşısını almaq üçün müxtəlif sosial dəstək proqramları həyata keçirir.

“Həmin proqramlara evliliklərin təşviqi, ailə dəyərlərinin təbliği, mənəvi- psixoloji maarifləndirmə, eləcə də sosial-iqtisadi dəstək paketləri daxildir. Yeni ailə quranlara xüsusi dövlət yardımları, uşaq pulu, çoxuşaqlılığa görə ödənişlər, müxtəlif güzəştlər, işlə təminatda üstünlüklər və mənzil alınmasına dəstək kimi mexanizmlər aiddir. Problem iki əsas istiqamətdə özünü göstərir. Birinci istiqamət son dövrlərdə həyat tərzinin, düşüncənin və psixologiyanın yanlış istiqamətdə dəyişməsi ilə bağlıdır. Xüsusilə gənc nəsildə eqoistləşmə müşahidə olunur və bir çoxları yalnız şəxsi rahatlığı, əyləncəsi üçün yaşamağa üstünlük verir. Maddi imkanları normal olan bəzi şəxslər belə evlənməyə və ya çox uşaq sahibi olmağa maraq göstərmirlər.

İkinci qrup isə sosial və maddi təminatın zəif olması səbəbindən ailə qurmaqda, ev almaqda və ya uşaq dünyaya gətirməkdə çətinlik çəkənlərdir. Ona görə hər iki istiqamətdə dəstək lazımdır. Bura həm mənəvi, həm psixoloji, həm də sosial- iqtisadi cəhətdən təşviqlər aiddir”.

Sosioloq qeyd etdi ki, Azərbaycanda da bu tendensiya getdikcə güclənir və vəziyyətin qarşısını almaq üçün genişmiqyaslı dövlət proqramı hazırlanmalıdır: “Bu proqram ailə dəyərlərinin qorunmasına, gənclərin ailə qurmasına və çoxuşaqlılığa marağın artırılmasına xidmət etməlidir. Bir millətin davamlılığı üçün normal ailə modelində ən azı üç uşaq olmalıdır. Bir və ya iki uşaqlı ailə modelinə keçid isə əhalinin azalmasına, qocalmasına və demoqrafik problemlərə səbəb olur”.

E.Bayramlı əlavə edib ki, yeni ailə quran gənclərə güzəştli şərtlərlə mənzil almaq imkanı yaradılması əsas addımlardan biri olmalıdır: “Bununla yanaşı, işlə təminat, sosial güzəştlər və uşaq pulu kimi dövlət dəstəyi mexanizmlərinin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Bu cür proqramlar bir sıra ölkələrdə uğurla tətbiq olunur və real nəticələr verir. Hətta bəzi ölkələrdə uzunmüddətli – məsələn, 20 il evli qalan ailələrə dövlət tərəfindən xüsusi pul mükafatları təqdim olunur ki, bu da ailələrin qorunmasına və boşanmaların azalmasına xidmət edir".

Sosioloq sonda vurğulayıb ki, bu sahədə işlər həm dövlət, həm cəmiyyət, həm də media tərəfindən paralel şəkildə aparılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Yanvar 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri