Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paris, 27 oktyabr, AZƏRTAC
Fransanın Ruan şəhərində keçirilən nümayişdən sonra qeydə alınan zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb.
AZƏRTAC xəbər verir ki, Ruan prokuroru Sebastyən Qalluanın sözlərinə görə, nümayiş dağıldıqdan sonra şəhərin mərkəzində ifrat sağ və sol qrupların nümayəndələri arasında toqquşmalar baş verib.
Fransanın “Blast” media orqanının X sosial şəbəkəsində paylaşdığı videoda maskalı şəxslərin yerdə uzanan bir kişiyə zərbələr endirdiyi görünür. Kadrlarda təxminən on polis əməkdaşının zərərçəkənə nəzarət etmək üçün qrupun arasından keçdiyi, hücum edənlərin isə millətçi şüarlar səsləndirərək ərazidən uzaqlaşdığı əks olunub.
Sena-Maritim departamentindən sosialist deputat Florans Eruen-Löte və Ruanın sosialist meri Nikola Meyer-Rossinyol şəhərdə ifrat sağçı qruplarla əlaqələndirilən hücumların artmasından narahatlıqlarını bildiriblər.
Onlar Fransanın Baş naziri Sebastyən Lokörnüyə müraciət edərək, “Les Normaux” və “L’Action française” də daxil olmaqla, bir sıra ifrat sağçı təşkilatın buraxılmasını tələb ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 27 Oktyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















