TƏCİLİ: 17 ölkə İrana görə birləşdi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran və ABŞ arasında bölgədə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın imzalanmasından sonra 17 dövlət Tehrana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını dəstəklədiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Böyük Britaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı birgə bəyanat ölkənin rəsmi internet səhifəsində dərc olunub.
Bildirilib ki, ilkin mərhələdə sənəd Böyük Britaniya, Fransa, Almaniya və İtaliya tərəfindən imzalanıb. Daha sonra Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da bəyanata qoşulub.
Birgə bəyanatda qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı aydın və beynəlxalq səviyyədə yoxlanıla bilən addımlar atacağı təqdirdə, İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların ləğvi məsələsinə baxıla bilər.
Sənəddə vurğulanır ki, sanksiyaların yumşaldılması və ya aradan qaldırılması İranın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsindən asılı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















