Icma.az
close
up
RU
Təcili şəkildə özümüzü yığışdırmağın vaxtı çatıb, ya da...

Təcili şəkildə özümüzü yığışdırmağın vaxtı çatıb, ya da...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar dil məsələsi məni çox narahat edir. Dilimiz hədsiz dərəcədə eybəcərləşir. Buna səbəb bir cümlə içərisində bir neçə xarici dildən olan sözlərdən istifadə edərək danışmağımızdır. 

Təəssüf ki, buna yol verənlərdən biri də özüməm, amma bacardığım qədər daha düzgün danışmağa və sosial şəbəkələrdə öz sözlərimizdən istifadə edərək yazmağa çalışıram.
Məsələn, bu obyekt adlarının ingiliscə yazılması nəyə gərəkdir? Mənası nədir? Tutaq ki, hansısa turist ölkəmizə gəlib bir bərbərə gedəcək. Bunun üçün elə obyektin şüşəsinə yapışdırılan qayçı-daraq simvollarını görmək kifayət edir. Ya da restorandırsa, bunu içəridəki masalara baxanda başa düşmək mümkündür. İş yerimizə yaxın yerdə bir çayxana var, adı da "Chaidan"dır. Axı niyə?

Dünən bir qadın salonu gördüm, adı "Bakhımlı hair" idi. "Bakhımlı" yazılışı heç bir dilə uyğun deyil.

Mətbəx mebelləri mağazası var, adı da "Cookna mebel". İndi ad ingiliscə olanda obyekt "bomba" olur?
Bəs o qədər turist ölkəyə bizim mədəniyyətimizi, milliliyimizi görməyə gəlmir? 21-ci əsrdir, yeri gəlsə, texnologiyanın üstünlüklərindən istifadə etməklə xarici ölkəni dil bilmədən rahat gəzmək olur. 
Nədənsə mənə elə gəlir ki, bizim qədər öz dilinə hörmət etməyən millət yoxdur. 
Bir dəfə İtaliyada yaşayan bir azərbaycanlı xanımdan müsahibə almışdım. İngilis dilini əla bilir, amma deyir ki, burada əsas məsələ italyancanı yüksək səviyyədə bilməkdir. Əgər bir vakansiya varsa, sən də namizədlər sırasındasansa, italyan dilini bilənin şansı daha yüksəkdir. Səhv etmirəmsə, almanlar da xaricilərin onların dilini bilib-bilməməsinə çox diqqət yetirir.

Bir bizik xarici görən kimi, öz dilimizi dəyişməyə çalışan. Bəxtiyar Vahabzadənin də dediyi kimi:

Bir zaman rusca idi bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə,

İtin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə...

***

Mənim anamın ali təhsili yoxdur, marketlərdən birində kassir işləyir. İşlədiyi ərazidə İraqdan, Hindistandan, Pakistandan gəlib burada oxuyan tələbələr qalır. Çoxu dilimizi bilmir və güman ki, ingilis dilində təhsil alırlar. Eləcə məhsulları alıb göstərməklə birtəhər dil tapırmışlar. Axırda tələbələrdən biri başlayıb ki, bəs siz niyə ingilis dilini bilmirsiniz? Anam da onu başa salıb ki, mənim dövlətimə gələn sizsiniz, bizim dilimizi siz öyrənin. Hələ onlara azərbaycanca bir-iki söz də öyrədib.
Bunları niyə dedim? Ali təhsili olan, təhsilin müxtəlif mərhələlərində dəfələrlə dil imtahanı verən, dil daşıyıcısı olan bəzi şəxslərin bu dövlətin dilinin qorunmasına anam qədər qatqısı yoxdur.

O gün yol gəlirəm, bir nəfər yanımdan keçəndə danışır. Deyir “umrumda deyil”. Efirdə ekspert deyir ki, “sən kiminlə dans etdiyinin farkında deyilsən”.

***
Sosial şəbəkələrdə fenomen olan bir xanım var. Deməli, bu xanım türkiyəlidir. Polşada təhsil alanda azərbaycanlı ilə tanış olub və onun eşqinə bura köçüb. Bəlkə də Bakıya köçdüyü bir il deyil, başlayıb təmiz Azərbaycan dilində danışmağa. Ola bilsin ki, əvvəlcə mətn hazırlayır, sonra onu oxuyub səsləndirir, amma bunun özü elə çox gözəldir. Bura gəlib və dərhal bizim dildə danışmağa başlaması mənə çox yaxşı təsir edir, halbuki bizdə bir çox türkiyəli qardaşlarımız buna ehtiyac görmür, çünki hamı onları rahat başa düşür. Təbii ki, bizimkilər ora gedəndə məhz onların dilində danışır. Vallah-billah, dilimizi qardaş Türkiyədə çox da yaxşı başa düşürlər. Çünki çox sözlərimiz ortaqdır.
Hə, yaxşı, bəzi sözlər var ki, axır vaxtlar dilimizə daxil olub, qarşılığını tapa bilmirik. Bir məsələ də var ki, bəzi xarici dillərdə bir neçə sözdən ibarət bir fikri bildirən qısa sözlər var. 

Məsələn, “Fernweh” sözünün mənası almancadan tərcümədə uzaq yerlərə getmək istəyini ifadə edir. Düzdür, bu söz bidə işlədilmir, amma bu nümunədə olduğu kimi bəzən hansısa xarici sözlər bizə qısa olduğu üçün daha rahat gəlir. Amma bunun üçün “milli kimlik” adlanan dilimizi bu qədər korlamağa dəyərmi?

Bəlli məsələdir ki, dilimizi korlayan amillər sosial şəbəkələr, baxdığımız seriallar və ən başlıcası isə dilimizə olan laqeydliyimizdir.

Özümüzü yığışdırmağın vaxtı çatıb. Ya da daha gözəl ifadə ilə desək, papağımızı qabağımıza qoyub fikirləşməyin vaxtı çatıb.

Dil öyrənək, başqa bir ölkədə qarşımızadakını başa salmaq üçün, iş əlaqələri üçün danışaq. Yeri gələndə xarici dildə fikrimizi çatdıraq, amma qurban olum, bu ölkədə yaşayırıqsa, dilimizi korlamayaq.

Billurə Yunus
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri