Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Tramp faktoru BBC ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı TƏHLİL

Tramp faktoru BBC ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı TƏHLİL

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BBC-nin ABŞ Prezidenti Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan yeni faktlar bu media qurumunun illərdir tənqid olunan qərəzli redaksiya xəttinin təsadüfi deyil, sistemli xarakter daşıdığını bir daha üzə çıxarıb. İddiaların mənbəyi isə BBC-nin özünün keçmiş əməkdaşı – jurnalist Maykl Preskott tərəfindən Direktorlar Şurasına ünvanlanmış mektubdur. Preskott sənəddə açıq şəkildə bildirir ki, 2021-ci il 6 yanvar hadisələrindən əvvəl Donald Trampın çıxışı BBC tərəfindən bilərəkdən kontekstdən çıxarılıb, xronologiya pozulub və çıxışın hissələri seçmə şəkildə kəsilərək prezidentin sözlərinə fərqli məna verilib. Bu, sadəcə redaksiya səhvi deyil – ictimai rəyi formalaşdırmaq məqsədilə aparılmış siyasi yönümlü montajdır.

ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt də ittihamları daha kəskin formada təsdiqləyərək BBC-ni “solçu təbliğat maşını” və “tamamilə saxta media” adlandırıb. Onun sözlərinə görə, yayımlanan video qərəzli şəkildə hazırlanmış, Trampın ritorikasını radikal göstərmək üçün montaj edilmiş materialdır və BBC-nin uzun müddətdir davam edən ideoloji mövqeyinin növbəti sübutudur. Media ekspertləri isə hesab edirlər ki, kontekstin dəyişdirilməsi, ardıcıllığın pozulması və selektiv kadrların istifadəsi BBC-nin obyektivlik iddiasını ciddi şəkildə sual altına qoyur.

Eyni metodologiya Azərbaycana qarşı: Vətən müharibəsi dövründə yönləndirilmiş informasiya xətti

BBC-nin Trampla bağlı tətbiq etdiyi bu manipulyativ metodologiya əvvəllər Azərbaycana qarşı dəfələrlə istifadə olunub. Xüsusilə Vətən müharibəsi dövründə Qərb mediasında, o cümlədən BBC-nin publikalarında Azərbaycanın mövqeyinin ya yumşaldıldığı, ya da tamamilə gözdən salındığı açıq şəkildə müşahidə olunurdu. Ermənistanın Gəncə, Bərdə və Tərtərə raket hücumları zamanı mülki əhalinin qətlə yetirilməsi kimi faktlar BBC reportajlarında ya natamam, ya da ikinci dərəcəli mövzu kimi təqdim edilirdi. Bu isə informasiya balansının pozulmasından daha çox siyasi manipulyasiya kimi qiymətləndirilirdi.

Bu informasiya boşluğunu jurnalistlər də qərəzli şəkildə doldururdu. Kanadalı “jurnalist” Neil Hauer müharibə günlərində bölgəyə gəlmədən əvvəl artıq BBC-nin Gəncə barədə reportajını “nifrətlə” tənqid edir, yəni mövqeyini faktlardan deyil, ideoloji qəlibdən çıxış edərək formalaşdırırdı. Onun hazırladığı materiallar müharibə zamanı yalan məlumat yaydığı sübuta yetirilmiş “WarGonzo” kanalına əsaslanırdı. Daha sonra BBC-yə verdiyi müsahibədə Xankəndidəki vəziyyəti geniş təsvir etsə də, Ermənistanın Azərbaycan şəhərlərini raketlə hədəfə alması barədə bir kəlmə belə deməməsi isə qərəzin nə qədər məqsədli olduğunu aydın göstərirdi.

Dezinformasiyanın strukturu: seçmə faktlar, birtərəfli mənbələr və siyasi manipulyasiya

Hauer-in istifadə etdiyi “mənbələrin Stepanakertdəki yaxşı məlumatlı şəxslər olması” onun məlumatlarının etibarsızlığını tam təsdiqləyirdi. Yalnız bir tərəfi təmsil edən, təsdiqlənməmiş iddiaları “vahid həqiqət” kimi təqdim etmək müasir jurnalistika standartlarına tamamilə ziddir. Bütün bu nümunələr – BBC-nin Trampın çıxışını manipulyasiya etməsi, Vətən müharibəsi dövründə Azərbaycana qarşı yönləndirilmiş informasiya siyasəti və Hauer kimi şəxslərin bu xətti gücləndirməsi – göstərir ki, problem ayrı-ayrı jurnalistlərdə yox, BBC-nin redaksiya mədəniyyətinin özündədir.

Bu səbəbdən də Azərbaycanda fəaliyyəti dayandırılmış BBC nümayəndəliyinin bəzi əməkdaşlarının yenidən ölkə daxilində “jurnalist fəaliyyəti” adı altında sorğular göndərməsi və araşdırmalar aparması qanunsuzdur. Medianın İnkişafı Agentliyinin açıqlamasına görə, BBC-nin Azərbaycanda fəaliyyətinə icazə verən beynəlxalq müqavilə yoxdur, nümayəndəlik hüquqi reyestrdən çıxarılıb və əməkdaşların akkreditasiyası ləğv edilib. Bu isə BBC tərəfindən aparılan hər hansı informasiya toplanmasının milli qanunvericiliyə zidd olması deməkdir.

Tramp çıxışının təhrif edilməsi BBC-nin Azərbaycana qarşı illərdir apardığı informasiya savaşını təsdiq etdi

BBC-nin Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan faktlar qurumun informasiya siyasətində qərəzin təsadüfi deyil, sistemli olduğunu sübut edir. Bu ifşa bir daha göstərir ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı qurulan informasiya narrativləri də eyni metodlarla hazırlanıb: kontekstin dəyişdirilməsi, faktların seçmə şəkildə təqdim edilməsi, birtərəfli mənbələrə əsaslanma və siyasi məqsədli montajlar.

Bu gün Trampın çıxışının manipulyasiya edilməsi ilə bağlı qalmaqal həm beynəlxalq media mühitinin ciddi problemlərlə üzləşdiyini, həm də Azərbaycanın illərdir bütün beynəlxalq platformalarda səsləndirdiyi şikayətlərin tamamilə əsaslı olduğunu sübut edir. Yəni BBC-nin öz içindən gələn ifşa göstərir ki, qurumun informasiya siyasəti obyektivlik prinsiplərinə yox, siyasi yönümlü media mühəndisliyinə əsaslanır.

Beləliklə, Tramp hadisəsi yalnız ABŞ siyasi sistemində deyil, beynəlxalq informasiya mühitində də dərin iz buraxır: BBC-nin təhrif mexanizmi açıq şəkildə ortaya qoyulur və bu mexanizmin Azərbaycana qarşı illərdir necə işlədiyi tam aydın görünür.

Bu reallıq informasiya təhlükəsizliyinin və obyektiv jurnalistikanın qorunması üçün ciddi islahatlara ehtiyac olduğunu bir daha göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri