Təcili tibbi yardım avtomobillərindən ibarət qəbiristanlıq la bağlı RƏSMİ AÇIQLAMA
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Təcili tibbi yardım (TTY) avtomobillərindən ibarət "qəbiristanlıq" görənlərin təəccübünə səbəb olub.
Oxu.Az xəbər verir ki, həmin TTY avtomobillərinin istismara yararsız olduğu bildirilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bir sıra stansiya və bölmələrinin həyətində istifadədən kənarda olan ambulanslar mövcuddur.
"Qeyd edək ki, ölkə üzrə təcili tibbi yardım stansiyalarında monitorinq aparılır. Bu proses çərçivəsində bir sıra bölmələrin həyətində park edilmiş və istifadədən çıxarılmış ambulansların balansdan silinməsi istiqamətində işlərə başlanılıb. Artıq 76 ədəd sanitar avtomobilin balansdan çıxarılması üçün müvafiq quruma müraciət olunub və təhvil-təslim prosesi davam etdirilir. Bundan əlavə, bəzi ambulanslar da texniki xidmət göstərilməsi məqsədilə şəhər və rayon üzrə tibb müəssisələrinə təhvil veriləcək.
COP29 zamanı ölkəmizə gətirilən elektrik mühərrikli təcili tibbi yardım avtomobillərinin istifadəyə verilməsi məqsədilə hazırda təhvil-təslim prosesi həyata keçirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















