Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Təcili tibbi yardımda çağırışlarplanşetlərlə qəbul ediləcək

Təcili tibbi yardımda çağırışlarplanşetlərlə qəbul ediləcək

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


TƏBİB tərəfindən təcili tibbi yardım xidmətinin operativliyinin və keyfiyyətinin artırılması, çağırışların idarə olunmasının təkmilləşdirilməsi məqsədilə müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, bu çərçivədə yeni çağırış idarəetmə sistemi hazırlanıb və hazırda tətbiq mərhələsindədir. Sistem çağırışların vahid platforma üzərindən idarə olunmasına, ünvanların xəritə üzərində müəyyənləşdirilməsinə, təcili tibbi yardım briqadalarının real vaxt rejimində izlənilməsinə və çağırışlara daha operativ yönləndirilməsinə imkan verəcək.

Təcili tibbi yardım briqadaları planşetlərlə təchiz olunacaq

Yeniliklərdən biri də təcili tibbi yardım briqadalarının planşetlərlə təchiz olunmasıdır.

TƏBİB-dən verilən məlumata görə, planşetlər vasitəsilə çağırışların elektron qaydada qəbulu, pasiyentin sağlamlıq vəziyyəti, müayinə nəticələri və göstərilən tibbi yardım barədə məlumatların birbaşa hadisə yerində elektron sistemə daxil edilməsi təmin olunacaq. Bu, tibbi sənədləşmənin rəqəmsallaşdırılmasına, məlumatların operativ ötürülməsinə və tibbi xidmətin davamlılığının gücləndirilməsinə şərait yaradacaq.

Planşetlər vasitəsilə teletibbi konsultasiyaların aparılması da nəzərdə tutulur. Mürəkkəb klinik hallarda təcili tibbi yardım briqadaları müvafiq ixtisaslı həkimlərlə məsafədən konsilium keçirə biləcək. Bu imkan pasiyentlərin vəziyyətinin daha operativ qiymətləndirilməsinə və zəruri tibbi qərarların vaxtında qəbuluna dəstək verəcək.

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə start verildi

Süni intellekt əsaslı analitik alətlər vasitəsilə çağırışların coğrafi paylanması, intensivliyi və əhalinin sıxlığı təhlil edilərək briqadaların optimal yerləşdirilməsi, resurslardan səmərəli istifadə və yeni təcili tibbi yardım briqada və məntəqələrinin yaradılmasına başlanılmışdır.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücüləri naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar. Çağırış ünvanları avtomatik olaraq naviqasiya sisteminə ötürüləcək və optimal hərəkət marşrutunun müəyyənləşdirilməsi mümkün olacaq. Bu yenilik briqadaların hadisə yerinə daha sürətli çatmasına şərait yaradacaq.

Qeyd olunmalıdır ki, sahə üzrə ən uğurlu xarici təcrübələrin öyrənilməsi və tətbiqi üçün beynəlxalq ekspertlərin cəlbi və əməkdaşlıq layihələrinin icrası da yaxın günlərdə nəzərdə tutulur.

Təcili tibbi yardımda yeni çağırış idarəetmə sisteminin tətbiqinə başlanılır

TƏBİB-də rəqəmsal texnologiyaların tətbiqi üzrə görülən hazırlıq işlərinə dair yekun iclas keçirilib.

İclasda yeni çağırış idarəetmə sisteminin tətbiqinə hazırlıq vəziyyəti, texnoloji həllərin funksionallığı, görülmüş işlərin nəticələri və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Təcili tibbi yardım heyətinin peşəkar hazırlığının gücləndirilməsi məqsədilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində davamlı təlimlərin təşkili, eləcə də təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər çağırış edən vətəndaşlara ilkin yardım üzrə təlimatların göndərilməsi xidmətin keyfiyyətinin daha da artırılmasına xidmət edəcək.

Həyata keçirilən geniş transformasiya tədbirləri çağırışların qəbulundan hadisə yerində tibbi yardımın göstərilməsinədək bütün proseslərin daha effektiv idarə olunmasına, operativ koordinasiyanın gücləndirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, nəticədə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri