Icma.az
close
up
RU
Təcili tibbi yardımda rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Təcili tibbi yardımda rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Azvision.az-a TƏBİB-dən bildirilib ki, bu çərçivədə yeni çağırış idarəetmə sistemi hazırlanıb və hazırda tətbiq mərhələsindədir. Sistem çağırışların vahid platforma üzərindən idarə olunmasına, ünvanların xəritə üzərində müəyyənləşdirilməsinə, təcili tibbi yardım briqadalarının real vaxt rejimində izlənilməsinə və çağırışlara daha operativ yönləndirilməsinə imkan verəcək.
Yeniliklərdən biri də təcili tibbi yardım briqadalarının planşetlərlə təchiz olunmasıdır. Planşetlər vasitəsilə çağırışların elektron qaydada qəbulu, pasiyentin sağlamlıq vəziyyəti, müayinə nəticələri və göstərilən tibbi yardım barədə məlumatların birbaşa hadisə yerində elektron sistemə daxil edilməsi təmin olunacaq. Bu, tibbi sənədləşmənin rəqəmsallaşdırılmasına, məlumatların operativ ötürülməsinə və tibbi xidmətin davamlılığının gücləndirilməsinə şərait yaradacaq.
Planşetlər vasitəsilə teletibbi konsultasiyaların aparılması da nəzərdə tutulur. Mürəkkəb klinik hallarda təcili tibbi yardım briqadaları müvafiq ixtisaslı həkimlərlə məsafədən konsilium keçirə biləcək. Bu imkan pasiyentlərin vəziyyətinin daha operativ qiymətləndirilməsinə və zəruri tibbi qərarların vaxtında qəbuluna dəstək verəcək.
Eyni zamanda, süni intellekt əsaslı analitik alətlər vasitəsilə çağırışların coğrafi paylanması, intensivliyi və əhalinin sıxlığı təhlil edilərək briqadaların optimal yerləşdirilməsi, resurslardan səmərəli istifadə və yeni təcili tibbi yardım briqada və məntəqələrinin yaradılmasına başlanılmışdır.
Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücüləri naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar. Çağırış ünvanları avtomatik olaraq naviqasiya sisteminə ötürüləcək və optimal hərəkət marşrutunun müəyyənləşdirilməsi mümkün olacaq. Bu yenilik briqadaların hadisə yerinə daha sürətli çatmasına şərait yaradacaq.
Qeyd olunmalıdır ki, sahə üzrə ən uğurlu xarici təcrübələrin öyrənilməsi və tətbiqi üçün beynəlxalq ekspertlərin cəlbi və əməkdaşlıq layihələrinin icrası da yaxın günlərdə nəzərdə tutulur.
TƏBİB-də rəqəmsal texnologiyaların tətbiqi üzrə görülən hazırlıq işlərinə dair yekun iclas keçirilib. İclasda yeni çağırış idarəetmə sisteminin tətbiqinə hazırlıq vəziyyəti, texnoloji həllərin funksionallığı, görülmüş işlərin nəticələri və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Təcili tibbi yardım heyətinin peşəkar hazırlığının gücləndirilməsi məqsədilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində davamlı təlimlərin təşkili, eləcə də təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər çağırış edən vətəndaşlara ilkin yardım üzrə təlimatların göndərilməsi xidmətin keyfiyyətinin daha da artırılmasına xidmət edəcək.
Həyata keçirilən geniş transformasiya tədbirləri çağırışların qəbulundan hadisə yerində tibbi yardımın göstərilməsinədək bütün proseslərin daha effektiv idarə olunmasına, operativ koordinasiyanın gücləndirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, nəticədə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri