Icma.az
close
up
RU
Təcili tibbi yardımda gecikmələr, onlayn növbə problemi... RƏSMİ+VİDEO

Təcili tibbi yardımda gecikmələr, onlayn növbə problemi... RƏSMİ+VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri 1200-dən çox çarpayı fondu ilə reanimasiya tədbirlərinə ehtiyacı olan, sağlamlıq halı ağır qiymətləndirilən xəstələrə xidmət göstərilir. Bu çarpayıların 606-sı Bakı və Sumqayıtın, 654-ü isə regionların payına düşür.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Xəzər TV-nin “Xəbər ertəsi” verilişdə bildirib.

Qurum rəsmisi qeyd edib ki, xəstə sayında artım, yoluxucu xəstəliklərin yayılması, pandemiyalar, travmalar, mürəkkəb əməliyyatların çoxalması reanimasiya ehtiyacını artırır. Təkcə 2025-ci ilin may ayında Bakı və Sumqayıt üzrə 70 yeni çarpayı istifadəyə verilib. Bunlardan 40-ı Məhəmmədi Modul Tipli Xəstəxanada yaradılan reanimasiya şöbəsində yerləşir.

Bundan başqa Şəmkir-Tovuz tibbi ərazi bölmələrinə aid 5 rayon xəstəxanasında çalışan 10 həkim və 40 orta tibb işçisi reanimasiya üzrə təlimlərə cəlb olunub. Bu təlimlər davamlı olacaq.

Z.Ədilova xəstəxanalardakı növbə probleminin aradan qaldırılması və elektron növbə sistemi barədə də məlumat verib:

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur.

Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur.

Paytaxtda və Abşeron ərazisində yerləşən 16 tibb müəssisəsində 30-a yaxın, regionlarda isə 23 tibb müəssisəsində 40-dan çox elektron növbə terminalı və monitorlar quraşdırılıb. Son aylarda Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub istifadəyə verildi. Bərdə, Qazax, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Qobustan, Abşeron və digər tibb müəssisələrində də elektron növbə sistemi tətbiq olunur.

Bundan əlavə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevü sistemi fəaliyyətdədir. Mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək”.

TƏBİB rəsmisi təcili tibbi yardımın gecikməsi halları və əsassız çağırışlar barədə də danışıb:

“Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir.

Gün ərzində icra olunan çağırışların sayı 2000-2500 civarında olur. Onların arasında kifayət qədər əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur.

Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çoxluğu ilə əlaqədar gecikmələrin olması da qaçılmazdır.”

Qeyd edək ki, təcili yardım aşağıdakı hallarda çağırışlardan imtina edə bilər:

- Qan təzyiqinin yüngül dəyişməsi (hipertoniya, baş ağrısı və s.)

- Xroniki xəstəliklərin kəskinləşməsi olmayan halları (məsələn, şəkər, osteoxondroz)

- Soyuqdəymə, öskürək, qızdırmasız qrip simptomları

- Uzun müddətdir davam edən ağrılar (kəskin olmayan, həyat üçün təhlükə yaratmayan)

Tibbi nəqliyyat xidməti ilə əlaqəli hallarda:

- Xəstənin planlı olaraq bir tibb müəssisəsindən digərinə köçürülməsi

- Müalicə və müayinəyə aparılma (poliklinikaya, xəstəxanaya)

- Evə yazılma zamanı daşınma

Sosial və ya qeyri-tibbi səbəblərlə çağırış:

- Evdə təzyiq ölçdürmək, iynə vurdurmaq üçün

- Xəstənin tək olması, yaxınlarının olmaması

- Sərxoş şəxslərin səbəbsiz çağırışı.

Aysel,

BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri