Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər RƏSMİ
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər.
TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS vasitəsilə izlənilməsi və hadisə yerinə optimal marşrutun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, çağırış edən şəxsin təcili tibbi yardım avtomobilinin hərəkətini mobil telefon vasitəsilə izləməsi beynəlxalq təcrübədə tətbiq olunan həllərdən biridir:
"Gələcək mərhələlərdə texniki imkanlar, məlumat təhlükəsizliyi və xidmətin əməliyyat xüsusiyyətləri nəzərə alınmaqla belə bir funksiyanın tətbiqi imkanları qiymətləndirilə bilər.
Hazırda əsas prioritet çağırışların düzgün yönləndirilməsi və təcili tibbi yardım briqadasının hadisə yerinə çatma müddətinin maksimum dərəcədə azaldılmasıdır".
Qeyd edək ki, Banqladeş, Böyük Britaniya, Avstraliya və dünyanın bir sıra digər ölkələrində çağırışçıların ambulansların hərəkətini izləməsinə imkan verən GPS sistemləri artıq tətbiq olunur.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















