Icma.az
close
up
RU
Tədbirdə ümumilikdə təxminən 600 nəfər iştirak edib...

Tədbirdə ümumilikdə təxminən 600 nəfər iştirak edib...

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vyetnamda Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması münasibətilə qəbul təşkil olunub

Vyetnamın ən mötəbər tədbir məkanı və tarixi səhnəsi hesab olunan Hanoy Opera Binasında 28 May – Müstəqillik Günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının qurulmasına həsr edilmiş rəsmi qəbul, daha sonra isə “Azərbaycan klassik musiqisinin inciləri” adlı təntənəli konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam və həyat yoldaşı xanım No Fon Li konsert proqramını izləyiblər. Bu, Vyetnamın tarixində Baş katibin xarici ölkələrin milli günləri münasibətilə təşkil olunan tədbirlərdə ilk belə iştirakıdır.

Tədbirlərdə Vyetnamın dövlət və hökumət nümayəndələri, diplomatik missiya təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri, həmvətənlərimiz, ümumilikdə təxminən 600 nəfər iştirak edib.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 107 il bundan əvvəl müsəlman Şərqində qurulan ilk demokratik parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqil, demokratik dövlət quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi işlər barədə danışıb.

Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd olunaraq, hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Şövqi Mehdizadə Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-8-də Azərbaycana uğurlu dövlət səfəri etdiyini, səfər zamanı Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq münasibətlərinin qurulduğunu vurğulayaraq, səfərin tarixi əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan-Vyetnam ikitərəfli əməkdaşlıq gündəliyi, ölkəmizin COP29-a uğurlu sədrliyi və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumat verilib.

Vyetnam xarici işlər nazirinin müavini Le Anh Tuan 28 Mayın Azərbaycan xalqı və dövləti üçün xüsusi önəm daşıdığını bildirərək, 107 illik dövlət quruculuğu və inkişaf yolunda əldə edilmiş nailiyyətlər münasibətilə Azərbaycan xalqını təbrik edib.

Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin olduğunu deyən vyetnamlı diplomat, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfərindən sonra bu əlaqələrin hər iki ölkənin liderləri və xalqları tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. Minlərlə vyetnamlının Azərbaycanda təhsil alaraq Vyetnamın inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfələr verdiyi qeyd olunub.

Diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bu yana Vyetnam-Azərbaycan əlaqələrində mühüm irəliləyişin əldə olunduğunu deyən Le Anh Tuan müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və təlim sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkib. O, Vyetnam Kommunist Partiyası və Vyetnam dövlətinin Azərbaycanı regionda əsas tərəfdaş hesab etdiyini vurğulayaraq, Azərbaycan xalqının Vyetnamın milli müstəqillik və yenidən birləşmə uğrunda keçmiş mübarizəsində, həmçinin milli quruculuq və inkişaf işində göstərdiyi qiymətli dəstəyini hər zaman xatırladıqlarını qeyd edib. Nazir müavini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin müsbət nəticələrinin məmnunluq doğurduğu və Azərbaycanın Qafqaz regionunda Vyetnamın ilk strateji tərəfdaşına çevrildiyi vurğulayıb.

Sonra xalq artisti, professor Fəxrəddin Kərimovun dirijorluğu və Hanoy Filarmoniya Orkestrinin müşayiəti əsasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə konsert proqramına start verilib. Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri təqdim olunub. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev və Niyazi kimi böyük sənətkarların əsərlərinin yer aldığı konsert proqramı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, eləcə də digər bütün qonaqlar tərəfindən böyük hərarətlə qarşılanıb.

Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Fidan Hacıyeva və vyetnamlı ifaçı Nguyen Khac Hoa tərəfindən, “Salam, Vyetnam” mahnısı isə Fidan Hacıyeva və Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın ifasında Azərbaycan və Vyetnam dillərində səsləndirilib.

Qeyd edək ki, konsertin ərsəyə gəlməsində Azərbaycanın Mədəniyyət Nazirliyi, əsas sponsor qismində “Silk Way West Airlines” şirkəti, eləcə də SOCAR tərəfindən dəstək göstərilib.

Konsertdən sonra Baş katib To Lam səfir Şövqi Mehdizadə ilə söhbət zamanı xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidentinə onun salamlarını çatdırmağı xahiş edib. To Lam, həmçinin ölkəmizə səfərini yada salaraq, səfərin yaxın gələcəkdə müsbət nəticələrinin olacağına əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri