Icma.az
close
up
RU
TƏDQİQATÇILIQ VƏ İCTİMAİ RƏY

TƏDQİQATÇILIQ VƏ İCTİMAİ RƏY

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tural İsmayılov, 

STM-in sektor müdiri

Cağdaş dünyada tədqiqat anlayışının spektrləri daha çoxmənalı və genişdir. Bu gün istənilən bir sahədə təkcə mövcud olanı situasiyanı analiz etmək üçün deyil, eyni zamanda gələcək yönümlü proqnozlar, nəticələr əldə etmək üçün tədqiqatlara və ictimai rəy sorğularına böyük əhəmiyyət verilir.

Elmi tədqiqatda süni intellektin imkanlarının genişlənməsi ilə qısa müddətdə daha keyfiyyətli məhsullar ortaya çıxır, bütövlükdə sosial elmlərin cəmiyyətlərin həyatlarına təsiri genişlənir.

Tədqiqatçılıq təkcə konkret elmi-metodoloji sahələri deyil, bütün sosiumu yenidən təkmilləşdirir.

Bu prizmadan yanaşanda da siyasətdə tədqiqat əsaslı idarəetmə, incəsənətdə tədqiqatçı baxışları, hətta sosial münasibətlər fonunda tədqiqatçı kimi analiz və müqayisə üsullu davranış modelləri formalaşdırılır.

Beyin mərkəzləri həm də vətəndaş cəmiyyəti ilə siyasətçilər arasında körpü rolunu oynayır, çünki onlar məlumatları başa düşülən və əlçatan edir. Siyasət və strategiyalar hazırlayan beyin mərkəzləri qərar qəbuletmə proseslərinə təsir etməklə cəmiyyəti daha demokratik və iştirakçı edir. İctimai rəyin öyrənilməsinin ən vacib faktorlarından biri də böhranlı vəziyyətlərə qarşı daha çevik müdaxilə imkanları yaratmasıdır. İctimai rəyin öncədən tədqiq edilməsi xaotik hərəki nizamsızlıqların qarşısını almış olur.

Bir neçə il öncə aparılan statik hesablamalarda məlum oldu Şimali Amerikada 2500-ə yaxın, Avropada isə 3000-dən yuxarı beyin mərkəzi fəaliyyət göstərir. Son zamanlar Asiya qitəsində beyin mərkəzlərinin sayı artaraq 2020-ci idə 3500-ə çatmışdı. Bu gün ən çox beyin mərkəzləri ABŞ-dadır, ikinci yerdə isə beyin mərkəzlərinin sayı ilə öyünə biləcək Çin gəlir. Sonrakı yerləri Hindistan, Böyük Britaniya və Cənubi Koreya kimi ölkələr tutur.

“Think Tank State of Sector” hesabatına əsasən beyin mərkəzlərinin 49%-i sosial siyasət sahəsində tədqiqatlar aparır, sosioloji sorğular həyata keçirir.

Fəaliyyət sahələri ilə bağlı digər mühüm məlumat tək beyin mərkəzinin məşğul olduğu mövzuların sayıdır. Eyni hesabata görə, beyin mərkəzlərinin yarısı üç və ya daha çox sahədə iş aparır. Beləliklə, bir daha aydın olur ki, beyin mərkəzləri təkcə bir fokus sahəyə əsla yönəlmir, onun fəaliyyət prizması çoxceşidli olub, alternativ sahələrdə də cəmiyyətin mövqelərini öyrənməyə yardımçı olur.

Ölkəmiz hazırda müxtəlif beynəlxalq platformaların müzakirələrində ən yüksək səviyyədə təmsil olunur. Hər il Davos Forumunda, Münxen Təhlükəsizlik Konfransında və başqa vacib müzakirə platformalarında Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə ehtiyac duyulur, Azərbaycanın baxışı diqqət mərkəzində yer alır. Həmçinin ölkəmizdə ənənəvi hal alan Qlobal Bakı Forumları, Şuşadakı tədbirlər, 2024-cü sonunda COP 29 çərçivəsində müxtəlif tədqiqat mərkəzlərinin görüşləri, müzakirələri Azərbaycanın beyin mərkəzi ölkəsi kimi yeni bir imicini formalaşdırıb.

Bakıda 2022-ci ildə beyin mərkəzlərinin I Forumu keçirilib. Forumda vurğulanıb ki, ABŞ-ın Pensilvaniya Universitetinin "Global Go To Think Tank" 2020-ci il hesabatına görə, dünyada 11 min 175 beyin mərkəzi mövcuddur.

Yeri gəlmişkən ölkəmizdəki vacib beyin mərkəzləri indi bir vahid platformada birləşiblər. Beyin Mərkəzlərinin Ortaq Platforması (think-tanks.az) mövcuddur. 2024-cü ilin oktyabr ayında Azərbaycan Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirildi və bu sahədə inkişafla bağlı faydalı müzakirələr aparıldı.

Ölkəmizdə uğurla fəaliyyət göstərən beyin mərkəzlərindən biri olan Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradılıb. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatların təşkilində peşəkar yanaşma tətbiq olunur. Sorğular, adətən, ümummilli səviyyədə keçirilir. Tədqiqatın məqsədi və hədəf qrupundan asılı olaraq respondent seçimində müxtəlif yanaşmalar tətbiq olunur. Respondentlərin seçimində sosial-demoqrafik göstəricilərə xüsusi diqqət yetirilərək, proporsionallıq təmin edilir. Sorğulara respondent seçimində təsadüfi seçmə metodundan istifadə edilir ki, bu da hədəf qrupuna aid hər bir vətəndaşa bərabər səviyyədə iştirak imkanı verir. Müsahibələr və fokus qrupların təşkilində isə qeyri-təsadüfi seçmə metodu ilə müəyyən meyarlara cavab verən respondentlər seçilir. STM tərəfindən aparılan sorğular üzbəüz, telefon və onlayn formada olmaqla müxtəlif üsullarla keçirilir. Genişmiqyaslı tədqiqatlardan öncə sorğu anketlərinin yoxlanılması məqsədilə sınaq tədqiqatları keçirilir. Sınaq sorğularından alınan nəticələr əsasında sorğu anketində müvafiq dəyişikliklər edilir. Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunur, anonimlik təmin edilir.

Hesabat və arayışlarda ölkənin ictimai-siyasi gündəmini təşkil edən aktual proseslərin vəziyyəti, problemlərin çıxış yolları və proqnozlar əksini tapıb. 6 il ərzində Mərkəzin gördüyü işlərin statistikasına qısa nəzər yetirməyimiz də vacibdir.

2019-2024-cü illərdə 145-dən çox analitik hesabat və təhlil, icmal sənədi, 800-dən artıq arayış, tədqiqat, təhlil və təklif sənədi, 143 sosioloji sosioloji tədqiqat, sorğu layihələri, 13 kitab layihəsi, 190-dan artıq elmi məqalə, 800-dən çox analitik şərh, dəyərləndirmə yazıları, 180-dən elmi konfrans, vebinar, 120-dən çox görüşlər Mərkəz tərəfindən həyata keçirilib. Mərkəzin 132 mindən artıq respondenti olub, mediada Mərkəz əməkdaşlarının 12 mindən çox çıxış və müsahibəsi yayılıb. Eyni zamanda 21 əməkdaşlıq memorandumu imzalanıb və STM ESOMAR-ın üzvüdür.

Bundan sonrakı dövrdə də STM və digər beyin mərkəzlərimiz Azərbaycanda tədqiqatçı yanaşmanın vacib nöqtəsi kimi fəaliyyətlərini davam etdirəcəklər. Azərbaycanda beyin mərkəzlərinin inkişafı üçün hər bir mənada yüksək mühit, motivasiyaedici amillər mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see346

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see255

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see254

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see251

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see224

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see213

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see203

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see191

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see191

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see185

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see177

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see176

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see176

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see176

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see172

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see170

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see165

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see159

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri