Icma.az
close
up
RU
Ermənistanda ictimai rəy dəyişir: Bu dəyişiklik axtarış xarakteri daşıyır

Ermənistanda ictimai rəy dəyişir: Bu dəyişiklik axtarış xarakteri daşıyır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Beynəlxalq Respublika İnstitutunun 2025-ci ildə Ermənistanda keçirdiyi ictimai rəy sorğusunun nəticələri ölkənin daxili siyasi mənzərəsinin kifayət qədər narahat bir tablosunu ortaya qoyur.

Rəqəmlər göstərir ki, Ermənistan cəmiyyəti, xüsusilə də gənc nəsil, həm mövcud hakimiyyətə, həm də müxalif qüvvələrə qarşı dərin inamsızlıq içindədir. Bu isə həm ölkə daxilindəki siyasi sabitliyə, həm də regionda sülh gündəminin davamlılığına birbaşa təsir göstərə biləcək faktor kimi önə çıxır.

Sorğuya əsasən, iştirakçıların 49 faizi ölkənin səhv istiqamətdə irəlilədiyini düşünür. Bu rəqəm özü-özlüyündə narahatlıq doğursa da, daha ciddi məqam odur ki, bu qənaətə gələnlərin əhəmiyyətli hissəsini 18-35 yaşlı gənclər təşkil edir. Bu yaş qrupu eyni zamanda həm ictimai dinamizmin əsas daşıyıcısıdır, həm də gələcək siyasi proseslərin əsas iştirakçılarıdır. Gənclərin 63 faizi hansı partiyanı dəstəkləyəcəyinə qərar verməyib və seçkilərdə iştirak etmək niyyətində deyil. Bu, yalnız passivlik göstəricisi deyil, sistemə olan ümumi inamsızlığın əlamətidir.

Siyasi liderlərə və partiyalara olan etibar da dərin böhran içindədir: Respondentlərin yalnız 13 faizi Baş nazir Nikol Paşinyanı dəstəklədiyini bildirib. Digər siyasi fiqurların dəstəyi isə marjinal səviyyədədir. Ən diqqətçəkən göstərici isə odur ki, 61 faiz heç bir siyasi liderə etibar etmədiyini qeyd edib. Beləliklə, Ermənistanda siyasi sistemin yuxarıdan deyil, cəmiyyətin içindən boşaldığı müşahidə olunur.

Təhlükəsizlik, iqtisadi sabitlik və sosial təminatlar da cəmiyyətin əsas narahatlıqları olaraq qalır. Sorğuda iştirak edənlərin 44 faizi üçün sərhəd təhlükəsizliyi əsas prioritetdir. Bu isə, post-müharibə dövründə Ermənistan cəmiyyətinin geosiyasi reallıqları qəbul etməyə başladığını, lakin bu prosesin hələ də tam formalaşmadığını göstərir.

Azərbaycanla sülh müqaviləsinə münasibət də ziddiyyətlidir. Ümumi göstəricilərə görə, 47 faiz sülhü dəstəkləyir, 40 faiz isə qarşı çıxır. Lakin yaş üzrə təhlil göstərir ki, yaşlı nəslin 58 faizi sülhün tərəfdarı olduğu halda, gənclərin yalnız 38 faizi bunu dəstəkləyir və 48 faizi əleyhinədir. Bu isə uzunmüddətli perspektivdə təhlükəli siqnaldır: Gənclər mövcud diplomatik xəttə inanmır, onu dəstəkləmir və alternativ güc mərkəzlərinin formalaşmasına daha açıqdır. Bu da həm Ermənistan hökuməti, həm də Azərbaycan üçün önəmli strateji məsələdir.

Sorğunun başqa bir maraqlı nəticəsi respondentlərin hökumətdən gözləntiləri ilə bağlıdır. Əhalinin əsas istəkləri - sülh yaratmaq, sərhəd təhlükəsizliyini təmin etmək, ordunu gücləndirmək və xarici siyasəti dəyişmək - birbaşa Azərbaycanla sülh gündəmi ilə bağlıdır. Başqa sözlə, cəmiyyət bu məsələdə konkret addımlar gözləyir. Bu isə Paşinyan hökuməti üçün həm imkan, həm də məsuliyyət yaradır.

Azərbaycan tərəfi üçün bu nəticələr strateji əhəmiyyət daşıyır. Ermənistan cəmiyyətində, xüsusilə gənclər arasında sülhə qarşı skeptik yanaşmaların mövcudluğu göstərir ki, hazırkı siyasi razılaşmaların uzunmüddətli təminatı yalnız hökumətlə deyil, cəmiyyətlə - xüsusən də gələcək siyasi elita olacaq gənclərlə ünsiyyət və mexanizmlərlə mümkündür. Prezident İlham Əliyevin Ermənistanın Konstitusiyasında dəyişikliklərlə bağlı israrı, yəni Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasını hüquqi müstəviyə daşımaq tələbi, məhz bu sosial-mənəvi reallıqlara əsaslanır. Çünki “dəmir-beton zəmanət” dedikdə nəzərdə tutulan təkcə sənəd deyil, həm də gələcək nəsillərin bu sənədi qəbul etməsi və yaşatmasıdır.

Nəticə olaraq, Respublikaçı İnstitutun sorğusu bir daha sübut edir ki, Ermənistanda ictimai rəy dəyişir, lakin bu dəyişiklik istiqamət yox, axtarış xarakteri daşıyır. Hökumət və siyasi qüvvələr bu axtarışı düzgün kanallara yönəldə bilməsə, cəmiyyətdəki etimad böhranı daha da dərinləşə bilər. Azərbaycan isə bu reallığı düzgün oxuyaraq həm sülh prosesində, həm də regional sabitlik siyasətində strateji üstünlük əldə edə bilər.

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri