Icma.az
close
up
RU
Təəssüf ki, universitet bitirənlər birbaşa MİQ imtahanına girməyə ehtiyat edir AÇIQLAMA

Təəssüf ki, universitet bitirənlər birbaşa MİQ imtahanına girməyə ehtiyat edir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Kimya fənndən keçirilən sertifikasiya imtahanından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirib ki, müəllimlərin bacarıqların yüksək səviyyədə olmamasının səbəbi uzun illər ərzində universitetlərdə kimyanın daha çox nəzəri biliklər əsasında tədris olunmasıdır. 

Bəs bu problemin həlli yolları nələrdir?

Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hazırda ali təhsil müəssisələrində pedaqoji ixtisasların tədrisi qaneedici səviyyədə deyil:

"Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqoji ixtisaslar üzrə hər il məzun verir. Həmin pedaqoji ixtisaslar üzrə məzun olan gənclərimiz təəssüflər olsun ki, ali təhsil müəssisəsini bitirdikdən sonra birbaşa MİQ imtahanına girməyə ehtiyat edir. Niyə? Repetitor hazırlığı olmadan, kursa, hazırlığa getmədən MİQ imtahanında iştirak etməsi mümkünsüz görünür. İştirak edərsə belə, müvəffəq ola bilmir. Çünki bizim ali təhsil müəssisələrinin bir çoxunda nəinki pedaqoji ixtisaslarda, digər ixtisaslarda belə bilik və bacarıqlar kifayət qədər tədris olunmur. Bəzi ali təhsil müəssisələrini çıxmaq lazımdır. Bir çoxunda vəziyyət bu gündədir".

Müsahibimizin sözlərinə görə, mühəndislik ixtisasları üzrə ali təhsil müəssisələrdə heç laboratoriya belə yoxdur:

"Maşın mühəndisliyi, kompüter mühəndisliyi ixtisası var, amma təcrübə keçəcək imkanlar yoxdur. Kimya mühəndisliyi olan müəssisədə buna uyğun kiçik bir zavod olmalıdır. Tələbə təcrübə keçməlidir. Əgər ali təhsil müəssisəsində bu gün pedaqoji ixtisaslarla bağlı belə çətinlik çəkiriksə, digər ixtisasları özünüz düşünün. Hesab edirəm ki, biz keyfiyyətli orta məktəb müəllimlərini təmin etmək istəyiriksə, bu məsələni yalnız Elm və Təhsil Nazirliyinin üzərinə atmamalıyıq. Ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, zavodların, fabriklərin burada böyük rolu var. Kimya ixtisasını bitirib hansısa zavoda təcrübəyə gedərkən zavod onlara qayğı göstərməlidir. Eynilə, bilik və bacarıqları öyrətməlidir. Pedaqoji ixtisaslar üzrə təcrübə proqramlarına xüsusi diqqət yetirilməlidir".

R.Nurəliyev bildirdi ki, boşluqlar olduğu üçün ali təhsili bitirənlərin əksəriyyəti hazırlıqsız MİQ imtahanında iştirak edə bilmirlər.

"Ali təhsil müəssisələrinin verdiyi bilik və bacarıqlar çox passivdir. Hələ də nəzəri biliklər üzərində qalmışıq, praktik bilikləri yetəri qədər öyrədə bilmirik. Biz analiz etsək, görərik ki, xaricdə ali təhsil almaq asan, bitirmək isə çətindir. Bizdə isə təhsili almaq çətin, bitirmək isə asandır. Qəbul olanların 99 faizi ali təhsil müəssisəsini bitirir. Qırmızı diplomla təhsili bitirənlərə baxın, amma təcrübələri əksikdir. Məsələnin həll olunmasını istəyiriksə, bütün qurumlar olaraq çalışmalıyıq", - deyə təhsil eksperti vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri