Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? AÇIQLAMA

MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son vaxtlar ölkə ictimaiyyətində və təhsil çevrələrində geniş müzakirə olunan məsələlərdən biri də Müəllimlərin İşə Qəbulu (MİQ) mexanizminin ali təhsil müəssisələrinə də tətbiq olunması ilə bağlı səsləndirilən təkliflərdir. İddia olunur ki, əgər universitetlərdə də MİQ formatına uyğun mərkəzləşdirilmiş imtahan keçirilsə, bu, ali məktəblərə müəllim qəbulu prosesində şəffaflığı və obyektivliyi artıra bilər.

Onların fikrincə, ali məktəblərdə müəllim seçimi bəzi hallarda qapalı qərarlarla, şəxsi tanışlıqlara və daxili təsirlərə əsaslanır. Bu səbəbdən də mərkəzləşdirilmiş bir sistemin tətbiqi şəxsi münasibətlərin rolunu azalda, tədris heyətinin formalaşdırılmasında ədalətli yarış mühiti yarada bilər. Eyni zamanda, belə bir sistem universitetlərdə də bilik və bacarıq əsasında kadr seçiminin aparılması üçün vahid meyar formalaşdıra bilər.

Digər arqumentlərə görə, ali məktəblərdə çalışan müəllimlərin böyük qismi uzun müddət dəyişmədən fəaliyyət göstərir və bu sahədə dövri yenilənmə yoxdur. MİQ tipli mexanizm isə həm yeni kadrların sistemə daxil olmasına, həm də tədrisin keyfiyyətinin ölçülə bilən formada qiymətləndirilməsinə imkan verə bilər.

Bununla belə, bu ideyaya qarşı çıxanlar da az deyil. Onlar bildirirlər ki, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq ixtisaslaşmış, elmi-tədqiqat yönümlü və akademik azadlığa əsaslanan bir strukturdur. MİQ isə əsasən standart bilikləri ölçən test mərhələsinə və inzibati qərarlara söykəndiyi üçün universitet mühitinə uyğun gəlmir.

MİQ özünün tam doğrultmur

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda orta ümumi təhsil sistemində müəllimlərin işə qəbulu Müəllimlərin İşə Qəbulu mexanizmi vasitəsilə həyata keçirilir və bu sistemin müəyyən faydaları olsa da, onun ali təhsil müəssisələrinə tətbiqi doğru yanaşma deyil:

“Bu gün orta ümumi təhsil sektorunda işləmək istəyən müəllim kadrları MİQ imtahanına cəlb olunur. Bu proses 4 mərhələdən ibarətdir və yalnız bir hissəsi test imtahanıdır. Digər mərhələlər daha çox formal xarakter daşıyır, lakin ümumi nəticəyə müəyyən qədər təsir göstərir. Ən vacib və nəticəyə birbaşa təsir edən hissə isə vakant yer seçimi mərhələsidir. Bu sistem ideal olmasa da, hazırda mövcudluğu zəruridir və müəllimlərin böyük əksəriyyəti bu yolla işlə təmin olunur.”

Lakin Elmin Nuri qeyd edib ki, MİQ-in orta məktəblərdə tətbiq olunması, bu sistemin ali məktəblər üçün də uyğun olduğu anlamına gəlmir:

“MİQ heç də unikal və bütün təhsil pillələrinə tətbiq edilə biləcək bir model deyil. Onun universitetlərdə tətbiqi ilə bağlı təkliflər ciddi şəkildə nəzərdən keçirilməlidir. Universitetlərin strukturu, ixtisaslaşma səviyyəsi və tədris məqsədləri bir-birindən fərqləndiyinə görə, mərkəzləşdirilmiş imtahan sisteminin burada tətbiqi düzgün deyil.”

MİQ nazirlik tərəfindən keçirilməməlidir

O həmçinin qeyd edib ki, MİQ sisteminin özü də mübahisəli məqamlarla müşayiət olunur:

“Əslində, mərkəzləşdirilmiş işə qəbul imtahanı dünyada geniş yayılmış bir model deyil. Finlandiya, Estoniya, Sidney kimi ölkələrdə müəllimlərin işə qəbulu çox daha çətin və çoxşaxəli sistemlə həyata keçirilir. Amma həmin ölkələrdə bu prosesi ya məktəbin özü, ya da inzibati idarəetmə orqanı həyata keçirir. Bizdə isə MİQ bir qədər gözləmə rejimi yaradır – yəni çoxsaylı namizədin uzun müddət sistemdən kənarda qalması müşahidə olunur.”

Elmin Nuri yekunda bildirib ki, MİQ sistemi, müəyyən mənada ehtiyacdan doğsa da, faydalılıq baxımından ali təhsil sistemi üçün uyğun deyil:

“Universitetlər fərqli yönümlərə malik, elmi-tədris prioritetləri olan strukturlardır. Onların hamısına eyni imtahan modelini tətbiq etmək nə effektiv, nə də məqsədəuyğundur. Bu baxımdan, ali təhsil müəssisələrində MİQ-ə bənzər bir sistemin tətbiqi zəruri deyil və bu, əksinə, sistemin səmərəliliyinə zərər verə bilər.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri