Icma.az
close
up
RU
Təhlükə hər addımda mövcuddur SƏDR DANIŞDI

Təhlükə hər addımda mövcuddur SƏDR DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Mina problemi, partlamamış hərbi sursat problemi bizi hər an narahat edir. Çünki ermənilər çox böyük ərazilərə mina basdırıblar, həmçinin döyüş sursatları da geniş sahələrdə yayılıb. Vaxtilə döyüşlərin getdiyi bu torpaqlarda partlamamış sursatlar torpağın 3, 4, hətta 5 metr dərinliyinə düşüb. Bunları tapmaq və zərərsizləşdirmək olduqca çətin və mürəkkəb prosesdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, artıq 44 günlük müharibədən sonra mina və partlamamış sursatlardan zərər çəkənlərin sayı 400 nəfəri keçib. Həftə praktiki olaraq bir nəfər mina partlaması nəticəsində xəsarət alır və bu vəziyyət bizi ciddi şəkildə narahat edir: "Mülki şəxslərlə yanaşı, əraziyə səfər edənlər, orada işləyənlər, hətta mina təmizləyən əməkdaşlar da bu təhlükə ilə üzləşirlər.

Ermənilər mina xəritələrini təqdim etmək istəmir. Bu, birinci problemdir. İkinci problem isə mina təmizləmənin çox ağır və çətin bir iş olmasıdır. Ərazi çox genişdir və hər sahənin tam şəkildə təmizlənməsi uzun zaman və resurs tələb edir. Digər ciddi problem isə insanların maarifləndirmə proqramlarına əməl etməməsidir. Bəzi şəxslər mina təhlükəsi olan ərazilərə daxil olurlar, baxmayaraq ki, həmin yerlərdə “Mina təhlükəsi” xəbərdarlıq lövhələri, qırmızı üçbucaqlı nişanlar və göy taxta işarələr qoyulub. Bütün bu xəbərdarlıqlara rəğmən insanlar həmin ərazilərə daxil olaraq təhlükə ilə üzləşirlər.
Son baş verən hadisədə təəssüf ki, mina təmizləmə komandasının üzvü həlak oldu. Bu da göstərir ki, düşmən minaları olduqca hiyləgər və qeyri-standart üsullarla basdırıb. Minaların aşkarlanması və zərərsizləşdirilməsi çox çətin və təhlükəli olur.

Təsəvvür edin ki, Suqovuşan-Talış istiqamətində bir kvadrat metrdə 7-8, bəzən hətta 10 mina aşkar olunub. Bu, çox böyük faciədir və düşmənin bu əraziləri nə dərəcədə amansız şəkildə minaladığını göstərir. Mina təmizləyən əməkdaşlar nə qədər peşəkar və ehtiyatlı olsalar da, bəzən torpağın altına gizlədilmiş bu təhlükəli düşmənin qurbanına çevrilirlər. Təəssüf ki, bu hələ də davam edir. Maarifləndirmə işlərinə daha da ciddi yanaşmalıyıq. Dünya dövlətlərini mina təmizləmə və maarifləndirmə işlərinə maliyyə ayırmağa cəlb etməliyik. Bu istiqamətdə müəyyən işlər görülür, amma davamlı və ardıcıl şəkildə aparılmalıdır. Təəssüf ki, bu hal təkrarlana bilər, çünki ərazi geniş şəkildə çirkləndirilib və düşmən minalama prosesini çox mürəkkəb şəkildə həyata keçirib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri