Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi mövzusunda tədbir keçirildi
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edib.
İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, “İqlim üzrə Bakı Dialoqu Təşəbbüsü” təşviq olunub.
Qeyd edək ki, cari ilin 28 oktyabr tarixində Azərbaycanda “Dayanıqlılıın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” layihəsi Global İqlim Fondu tərəfindən təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















