Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək YENİ QAYDALAR
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Təhlükəli malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Texniki tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə görə, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək.
Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 27 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















