Icma.az
close
up
RU
Təhlükəli obyektlərin siyahısı TƏSDİQLƏNDİ

Təhlükəli obyektlərin siyahısı TƏSDİQLƏNDİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhlükə potensiallı obyektlərin Siyahısı təsdiq edilib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu sənəd əhali, habelə ətraf mühit üçün təhlükə yaradan maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir.

Qərara əsasən, təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:

-partlayıcı və pirotexniki maddələrin, qazların, tezalışan mayelərin, tezalışan bərk maddələrin və materialların, oksidləşdirici maddələrin və üzvi peroksidlərin, zəhərli və yoluxucu maddələrin, nüvə və digər radioaktiv materialların, o cümlədən nüvə xammalının, korroziyaedici (aşındırcı) maddələrin, müxtəlif təhlükəli maddələrin və məmulatların (təhlükəli yüklərin 9-cu sinfinə aid) alınması, istifadə edilməsi, emal olunması, istehsalı, saxlanılması, nəqli, məhv edilməsi və basdırılması ilə məşğul olan obyektlər;
-işçi təzyiqi 0,07 meqapaskaldan (0,7 kqq/sm2) çox olan buxar qazanları, buxar kəmərləri və təzyiq altında işləyən tutumları, temperaturu 115°C-dən çox olan suqızdırıcı qazanları və isti su kəmərləri, işçi temperaturu 0,07 meqapaskal təzyiqdə qaynama temperaturundan yüksək olan digər maye qazanları və kəmərləri, gücü
saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanaları olan obyektlər;
-stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmləri, eskalatorları, kanat yolları, mexanikləşdirilmiş attraksionları, funikulyorları və liftləri, o cümlədən körpülü, portal və qülləli kranları, vışkaları, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yolları olan obyektlər, avtonəqliyyat vasitələrinin qaldırılması üçün xüsusi hazırlanmış meydançalarda quraşdırılmış qaldırıcı qurğular;

qara və əlvan metalların əridilməsi, ərintilərin alınması və metalyayma sahələri üzrə:

-dəmir filizi xammalının, çuqunun, poladın (poladın və dəmirin birbaşa alınması da daxil edilməklə), briket, okatış, lyünkeritlərin və ekzotermik qarışıqların, ferroərintilərin, tökmə, metalyayma materialların istehsalı obyektləri;
-giltorpaq (bişirmə və alüminium zavodlarında kalsiumlaşdırma), alüminium (kriolitin flotasiyası və regenerasiyası da daxil olmaqla), kristal silisium, elektrotermik silumin, nikel, kobalt, mis, sink, qurğuşun, qalay, titan, maqnezium, molibden, civə, yarımkeçirici materiallar, bərk ərintilər, nəcib metallar, toz halında olan metalların istehsalı obyektləri;
dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması üzrə:

* “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində göstərilən bir və ya daha çox əlamətə (təhlükəlilik əlamətlərinə) malik müəssisə və ya onun sahəsi, meydançası, həmçinin digər obyektlər nəzərdə tutulur.

-filiz, qeyri-filiz və yanar faydalı qazıntıların (neft və digər karbohidrogen qazlarından başqa) emalı və zənginləşdirilməsi, daş kömür, liqnit, torf və onların tullantıları və törəmələrindən (koks, yarımkoks, qatran, pek və s.) alınan bərk və qaz halında yanacaq növlərinin hasilatı, emalı, saxlanması və istifadəsi ilə məşğul olan şaxtalar, mədənlər, karxanalar, duz yataqları (sulu və quru), zənginləşdirmə və digər texnoloji təyinatlı obyektlər;
-toztörədən texnoloji obyektlər, bərk dispers məhsulları nəql edən obyektləri;
-müalicə və təsərrüfat əhəmiyyətli maye-mineral resursların hasilatı və istifadəsi obyektləri, mineral məhsulların emalı obyektləri;
-şlam və faydalı qazıntıların saxlanılması üçün anbarlar;
-sənaye əhəmiyyətli partlayış işləri aparılan obyektlər, partladıcı materiallar saxlanılan anbarlar və onları daşıyan nəqliyyat vasitələri;
-su tərkibli və sadə dənəvərlənmiş partlayıcı maddələrin istehsalı və sənaye partlayış məmulatları hazırlayan obyektlər;
-partladıcı materiallardan və məmulatlardan elmi, tədris, təcrübi və bu tipli məqsədlər üçün istifadə edilən elmi tədqiqat institutlarının laboratoriyaları;
-partlayıcı materialların sınaqdan keçirilməsi və məhv edilməsi üçün nəzərdə tutulan sınaq poliqonları;
-faydalı qazıntıların çıxarılması nəticəsində yaranan tullantıxanalar; beton, kərpic, asfalt və yapışdırıcı materialların istehsalı obyektləri;

neft-qazçıxarma sənayesi və geoloji kəşfiyyat işləri üzrə:

-geoloji kəşfiyyat işlərində istifadə olunan dağ-mədən kompleksləri;
-neft, qaz, qaz-kondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri;
-neft, qaz, qaz-kondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft yataqlarının işlənilməsi ilə bağlı qazma, istismar, geofiziki tədqiqatlar və lay təzyiqinin saxlanılması obyektləri;
-mədəndaxili və mədənlərarası neft, qaz və lay suyunun yığılması, hazırlanması və nəqli obyektləri;
-neftin, qazın və qaz-kondensatın kompleks hazırlanması və separasiyası məntəqələri, nasos və kompressor stansiyaları, rezervuar-çən parkları, dənizdə neftçıxarma kompleksləri;
-dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları, o cümlədən üzən qazma platformaları;
-quyuların fondu;
-qaz-lift kompressor stansiyaları;

təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması üzrə:

-təhlükəli yüklərin dəmiryol vasitəsilə daşınmasında istifadə olunan sisternlər, vaqonlar və konteynerlər;
-təhlükəli yüklərin doldurulma və boşaldılma məntəqələri;
-təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi obyektləri;
-hava limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması obyektləri (hava gəmiləri istisna olmaqla);
-dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri;
-dəniz limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, boşaldılması və doldurulması obyektləri;
-avtonəqliyyat vasitəsilə təhlükəli yüklərin daşınması ilə məşğul olan nəqliyyat vasitələri və yükləmə-boşaltma məntəqələri;

üzvi tərkibli xammalların qəbulu, saxlanılması, istehsalı və emalı sahələri üzrə:

-taxılın və digər dənli bitkilərin qurğu və avadanlıqlarla təchiz olunmuş elevator siloslarında, terminallarında və yerüstü anbarlarda saxlanılması obyektləri;
-istehsal gücü 500 kq/saatdan çox olan un və qarışıq yem istehsalı obyektləri;
-texnoloji proses zamanı partlayış təhlükəli tоz-hava qarışığı yaranan buğda, arpa, çоvdar, vələmir, qarğıdalı, düyü, günəbaxan tumları, qarabaşaq, paxlalı dənli bitkilər, şəkər tоzu, tütün, çay, pambıq, tekstil, maya (solod), eləcə də ağac, taxta və digər bitki mənşəli üzvi tərkibli хammalların və materialların qəbulu, qurudulması, təmizlənməsi, çeşidlənməsi, qablaşdırılması və emalı оbyektləri;

kimya, neft-kimya, neft və qaz emalı sahələri üzrə:

-neft və neft məhsullarının, neft qazlarının, müxtəlif növ karbohidrogenlərin, koksun (karbonla zənginləşdirilmə, kokslama, kokslamanın kimyəvi məhsullarının tutulması və emalı), bitumun və neft emalının digər komponentlərinin, o cümlədən bitumlu süxurlardan alınan məhsulların, təbii bitumun və asfaltın, bitumlu və neftli şistlərin, bitumlu qumların, asfaltenlərin və asfalt süxurlarının, təbii asfalta, təbii bituma, neft bitumuna, mineral qatranlarla və ya mineral qatran peklərinə əsaslanan bitumlu qarışıqların (bitumlu mastikalar, asfalt yol örtükləri), yağların yüksək temperaturda distillə edilməsindən alınan digər məhsulların, neft-qaz emalının və neft-kimya məhsullarının digər növlərinin, müxtəlif növ üzvi maddələrin, kauçuk, şin, texniki rezin, şistlərin və texniki karbonun, kimyəvi liflərin, polimer materialların və plastik kütlələrin, sintetik rəngləyicilərin, lak-boyaların, məişət kimya məhsullarının istehsalı obyektləri;
-qəza vaxtı tezalışan qaz püskürmələri (buxarları) yaranan texnoloji obyektlər, neft və neft məhsulları anbarları, doldurma-boşaltma stansiyaları, tezalışan sıxılmış qazların nəqliyyat sistemləri;
-partlayış xüsusiyyəti daşıyan maye və ya bərk məhsulların alınması və emalı ilə bağlı obyektlər;
-neft məhsulları tullantılarının təkrar emalı, təmizlənməsi və qaz halı alan tullantıları yandıran və utilizasiya (yenidən istifadə) edən obyektlər;
-ayrıca yerləşən nasos, kompressor və soyuducu stansiyalar;
-xammal, yarımməhsul və hazır məhsul anbarları;
-sutəmizləyici qurğular, sənaye kanalizasiyası və təkrar su təminatı obyektləri;
-ammonyak ilə işləyən soyutma sistemləri obyektləri;
-kimyəvi laboratoriyalar;
-yanacaqdoldurma məntəqələri;
-pestisidlərin və ammonium nitrat tərkibli aqrokimyəvi maddələrin istehsalı, saxlanılması, emalı, satışı, daşınması, zərərsizləşdirilməsi və məhv edilməsi
obyektləri;
-kükürd istehsalı, saxlanılması, emalı obyektləri;

qaz təchizatı sahəsi üzrə:

-şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin, həmçinin yaşayış məskənləri arasındakı qaz kəmərləri;
-təbii və mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilən sənaye, kənd təsərrüfatı və digər istehsalat təyinatlı obyektlərin qaz kəmərləri və qaz qurğuları;
-qazdoldurucu stansiyalar və məntəqələr, stasionar və blok-modul tipli avtomobil qazdoldurma stansiyaları, mayeləşdirilmiş karbohidrogen qazının çən və qrup halında balonlarda saxlanılması və istifadəsi obyektləri, qazın istehsalı və emalı müəssisələri, qaz məhsullarının saxlanılması, sıxılmış və maye qazın satışı məntəqələri;
-qaztənzimləyici məntəqələr və qaztənzimləyici qurğular;
-yeraltı qaz kəmərlərinin və qaz tutumlarının korroziyadan elektrokimyəvi mühafizə qurğuları;
-təhlükəsizlik, tənzimləmə və müdafiə qurğuları, həmçinin qazın paylanması və istifadəsi üzrə texnoloji proseslərin avtomatik idarəetmə sistemləri;
-. mərkəzləşdirilmiş istilik stansiyalarının, istehsalat, istehsalat-istilik və istilik qazanxanalarının qaz kəmərləri və qaz qurğuları;
-. metalların qaz alovu ilə işlənməsi üçün nəzərdə tutulmuş stasionar qurğular;
-. istilik-elektrik stansiyalarının və qaz-aqreqatlı modul tipli elektrik stansiyalarının qaz kəmərləri və qaz qurğuları;

magistral boru kəmərləri sahəsi üzrə:

-. neft, qaz boru kəmərləri və onların üzərindəki qurğu və avadanlıqlar, diametri 1000 mm-dən artıq olan magistral su və kanalizasiya kəmərləri;
-. magistral neft-qaz boru kəmərlərinin istismarı ilə əlaqədar neftvurma və qaz-kompressor stansiyaları, kondensatın saxlanılması və qazsızlaşdırılması üçün çənlər, neftin və neft məhsullarının, kondensatın və maye karbohidrogenlərin yeraltı anbarları, kompressor və qazpaylayıcı stansiyalar, neft və neft məhsullarının qızdırılma məntəqələri;
-. modul tipli qazpaylayıcı stansiyalar, kompressor stansiyalarının soyuducu qurğuları, qazqızdırıcı qurğular, qazquruducu qurğular, impuls hava çənləri, yağ filtr qurğuları, qaz separasiya qurğuları, həmçinin neft və neft məhsullarının saxlanılması üçün çənlər, yeraltı qazsaxlama anbarları, hidrat əmələgəlmənin qarşısının alınması üçün dozalayıcı nasoslar, odorant qurğuları, magistral neft-qaz boru kəmərlərinin təmizləyici qurğularının buraxılış və qəbul qovşaqları, korroziyadan elektrokimyəvi mühafizə qurğuları;

elektroenergetika üzrə:

-. su və istilik elektrik stansiyaları;
-. yüksəkgərginlikli elektrik xətləri və qurğuları;

toztutma, aspirasiya və ventilyasiya sistemləri olan obyektlər, o cümlədən gücü 4 (dörd) kilovat, 1500 dövr/dəqiqədən artıq olan aspirasiya qurğuları;
ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;
dövlət əhəmiyyətli hidrotexniki qurğular.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri