Icma.az
close
up
RU
Hamilə qadınların iş saatı azaldılır? Deputatdan AÇIQLAMA

Hamilə qadınların iş saatı azaldılır? Deputatdan AÇIQLAMA

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Rusiyada hamilə qadınların iş rejiminin yüngülləşdirilməsi ilə bağlı yeni təşəbbüs gündəmə gətirilib.
“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının deputatları Baş nazirin müavini Tatyana Qolikovaya müraciət edərək hamilə qadınların iş gününün 8 saatdan 6 saata endirilməsi və əməkhaqlarının tam ödənilməsi barədə təklif irəli sürüblər.
Deputatların fikrincə, bu dəyişiklik həm fiziki, həm də psixoloji yüklənməni azaldaraq hamiləlik dövrünün daha rahat keçməsinə şərait yaradacaq.
Onların sözlərinə görə, hazırda bir çox iş yerlərində hamilə qadınların vəziyyəti nəzərə alınmır, bəzən isə işəgötürənlər onları işdən uzaqlaşdırmağa çalışır.
Təklifdə qeyd olunur ki, ölkədə azalan doğum səviyyəsi belə addımlarla müsbət təsirlənə bilər. Çünki gələcək anaların dəstəklənməsi qadınların ailə qurmaq və uşaq dünyaya gətirmək istəyini gücləndirəcək.
Bundan başqa, deputatlar hamilə qadınlara istənilən mərhələdə dekret məzuniyyəti götürmək hüququ verən ayrıca qanun layihəsini də Dövlət Dumasına təqdim ediblər. Məqsəd isə həm sosial, həm də demoqrafik vəziyyəti yaxşılaşdırmaqdır.
Oxşar təcrübə ölkəmizdə də tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkil Elşad Musayev bildirdi ki, hamilə qadınlar münasibət çox həssas məsələdir:
“Həm doğum səviyyəsini qaldırmaq, həm də sağlam nəsil yetişdirmək üçün inkişaf etmiş ölkələrdə böyük güzəştlər nəzərdə tutulub. Bizim Əmək Məcəlləsində də hamilə və süd verən analara müəyyən güzəştlər var. Məsələn Əmək Məcəlləsinin 125-ci maddəsinə görə hamilə və doğuşa görə qadınlara məzuniyyətlər verilir”.
Müsahibimiz əlavə edib ki, bəzi qadınların qanunvericilik barədə ətraflı məlumatları olmadığına görə bəzən onların hüquqları pozulur:
“Hesab edirəm ki, ilk növbədə qanunvericiliyin yaratdığı imkanlar cəmiyyətimizdə geniş təşviq edilməlidir. Eyni zamanda beynəlxalq təcrübə də öyrənilməlidir. Bu mənada Rusiyadakı hamilə qadınların iş gününün 8 saatdan 6 saata endirilməsi və əməkhaqlarının tam ödənilməsi barədə təşəbbüs çox maraqlıdır.
 

Nəzərə alaq ki, bizim Əmək Məcəlləsinin 91-ci maddəsində tövsif olunur ki, südəmər uşağı olan analar həftədə 36 saat işləməlidir. Hesab edirəm ki, həftəlik iş saatının həcmini 30 saata qədər azaltmaq olar. Bu da südəmər körpəsi olan qadınlara əlavə imkanlar açar.


Həftəlik iş saatının azaldılmasını hamilə qadınlara da şamil etmək olar. Bir sözlə hamilə və südəmər körpəsi olan qadınlara qayğı göstərmək bizim borcumuzdur. Təbii ki, dövlətin də bu kateqoriyadan olan qadınlara həssas yanaşması var. Yəqin ki, bundan sonra da hamilə qadınlara qayğı keyfiyyətcə yeni mərhələdə davam edəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Sentyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri