Icma.az
close
up
RU
Zəfərə aparan yol: Vətən müharibəsinin dördüncü günü

Zəfərə aparan yol: Vətən müharibəsinin dördüncü günü

Icma.az, Oxu.az saytına istinadən bildirir.

30 sentyabr 2020-ci il - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin dördüncü günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Oxu.Az xatırladır ki, həmin gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşür və düşmənə haqq davamızının məntiqi nəticə ilə yekunlaşacağının mesajını verir:

"Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".

Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən ilk üç gündə olduğu kimi, müharibənin dördüncü günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.

Günün birinci yarısında Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, itirilmiş mövqelərini geri qaytarmaq üçün Madagiz (Suqovuşan) istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib:

"Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədi ilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir. Bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir".

Günün ikinci yarısında isə Müdafiə Nazirliyi növbəti məlumatı yararaq bildirir ki, qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağıdıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar edilərək atəş zərbəsi ilə məhv edilib.

Təbii ki, bu, müharibənin dördüncü gününü də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olduğunu göstərir və qələbəmizin növbəti təntənəsi kimi yadda qalır

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri