Icma.az
close
up
RU
ABŞ generalı Kelloqun qızı atasının Rusiyanın Ukraynaya təcavüzü haqda necə xəbərdarlıq etdiyini açıqladı...

ABŞ generalı Kelloqun qızı atasının Rusiyanın Ukraynaya təcavüzü haqda necə xəbərdarlıq etdiyini açıqladı...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloqun qızı, Amerika xeyriyyə fondu olan "Vezerman" Fondunun rəhbəri Meqan Mobbs Ukrayna haqqında ilk dəfə məktəb layihəsi vasitəsilə məlumat əldə etdiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Mobbs etiraf edib ki, o, hələ 10 yaşında ikən Ukraynaya aşiq olub. İbtidai məktəbdə ona və həmyaşıdlarına ölkə seçmək və bu barədə sinif üçün təqdimat etmək tapşırılıb. Kelloqun qızı Ukraynanı seçib.

“Bu, 1996 və ya 1997-ci illər idi. O vaxtlar ABŞ-da Ukraynadan “Avropanın çörək səbəti”, “gənc, yeni ölkə” kimi tipik ifadələrlə danışırdılar. Mən bu ölkə haqda təqdimatı etdim və yadımdadır ki,  o vaxt düşünürdüm: “Bura nə qədər gözəl ölkədir". Qarşıda o qədər imkanlar var ki... Onun dənizə çıxışı var, taxılı var, insanların da gözəl qiyafələri var, saçlarında güllər var. Mən buna heyran oldum. Bu, ortaya çıxan yeni bir şey ideyası, böyük bir şeyin vədi idi", - deyə Meqan bildirib.

O xatırladıb ki, 2022-ci ilin fevral ayının əvvəlində  Ukrayna ilə sərhəddəki rus qoşunları artmağa başlayanda televiziyada hər bir ekspert işğalı proqnozlaşdırırdı və “Üç gündə Kiyev alınacaq” ifadəsi populyarlıq qazanmışdı.

"Əlbəttə, geriyə baxanda bunu demək asandır. Amma Ukraynanın müqavimət göstərəcəyini bilirdim", - deyə Meqan Mobbs deyir. O, atasının da bu fikri bölüşdüyünü vurğulayır.

"Atam "Fox News"-un aparıcısı Con Robertslə danışdı. Bu, efirdə müsahibə yox, şəxsi söhbət idi. Atam ona dedi: "Bax, Con, Rusiyanın Ukraynaya bu təcavüzü baş verəcək." 

O vaxt digər ekspertlər bunun baş verməyəcəyini deyirdilər”. Bəziləri təcavüzün olacağını, lakin Ukraynanın yıxılacağını, digərləri isə təcavüzün olmayacağını, bunun Rusiyanın sadəcə təcavüzkar davranışı olduğunu söyləyirdi. Atam pərdə arxasında yeganə şəxs idi ki,  xəritəni çıxarıb Con Robertsə göstərdi və dedi: “Təcavüz olacaq, burada  bunu təsdiq edən bütün indikatorlar, bütün hərbi əlamətlər var”. “Ukrayna müqavimət göstərəcək” deyən də o idi”, - deyə ABŞ prezidentinin xüsusi nümayəndəsinin qızı vurğulayıb.

Xatırladaq ki,  15 avqust Alyaska görüşündən sonra Kelloqun qızı Meqan Mobbs ABŞ əsgərlərini Alyaskada Putin üçün qırmızı xalça sərməyə məcbur edənlərin cəzalandırılmasını istəmişdi...

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri