Icma.az
close
up
RU
® “Təhlükəli yüklərin daşınması” mövzusunda sahibkarlarla görüş Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

® “Təhlükəli yüklərin daşınması” mövzusunda sahibkarlarla görüş Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov Bakıda keçirilən Milli Biznesin İnkişafı Forumunun yeddinci xüsusi sessiyasında fəxri qonaq qismində iştirak edib.

“Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınmasına dair sahibkarlarla görüş” mövzusunda keçirilən sessiya “Biz islahatlara hazırıq” şüarı altında baş tutub. Tədbir “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının təşkilatçılığı, eləcə də Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Tədbir haqqında “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumun açılış mərasimində Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək, forumun məqsədləri, sahibkarlar üçün yaradılmış imkanlar və dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətindən danışıb. Daha sonra Telman Əliyev “Caspian Energy Club”un yerli və beynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüsləri təqdim edərək, bu kimi görüşlərin dövlət qurumları ilə biznes strukturları arasında qarşılıqlı etimadın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Forumun fəxri qonağı, Agentliyin rəis müavini İsmayıl Nəsirov çıxışında təhlükəli yüklərlə məşğul olan sahibkarlıq subyektləri ilə daim dialoqun saxlanılmasının və qarşılıqlı məlumat mübadiləsinin təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir çərçivəsində ona “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.

Sessiya çərçivəsində təhlükəli yüklərin daşınmasına nəzarətlə bağlı təqdimatlar da olub. Təhlükəli yüklərin hava və dəniz nəqliyyatı ilə daşınmasına nəzarət üzrə müfəttiş Təbriz İdazadə hava nəqliyyatında nəzarət mexanizmləri və tələb olunan sənədləşmə prosedurları, eləcə də dəniz nəqliyyatında yüklərin düzgün saxlanılması, yüklənməsi və boşaldılması qaydalarından bəhs edib.

Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasına nəzarət üzrə müfəttiş Asəf Pirverdiyev isə çıxışında quru yollarla daşınma prosesində istifadə olunan nəqliyyat vasitələrinin istehsalı, texniki təchizatı və istismarında tətbiq olunan təhlükəsizlik şərtləri barədə geniş məlumat verib. O, bu sahədə mövcud praktiki təcrübələri də tədbir iştirakçıları ilə bölüşüb.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

∙ “Caspian Energy Club”

∙ “Caspian Energy Club International”

∙ “Caspian Energy Event Group”

∙ “Caspian Energy International Media Group”

∙ “Award Organizers Group”

∙ “Caspian Energy Research Group”

∙ “Caspian Energy Entertainment Group”

∙ “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da

tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri