Icma.az
close
up
RU
® AYNA rəhbərliyi Milli Biznesin İnkişafı Forumunun altıncı xüsusi sessiyasında iştirak edib

® AYNA rəhbərliyi Milli Biznesin İnkişafı Forumunun altıncı xüsusi sessiyasında iştirak edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda “Biz islahatlara hazırıq” şüarı altında “Nəqliyyatın dayanıqlı inkişafı və infrastrukturunun təkmilləşdirilməsinə dair sahibkarlarla sual və təkliflərin müzakirəsi” mövzusuna həsr olunmuş Milli Biznesin İnkişafı Forumunun altıncı xüsusi sessiyası təşkil edilib.

Forum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbirin açılış mərasimində Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək forumun mahiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar barədə geniş məlumat təqdim edib.

Sonra çıxış edən Telman Əliyev “Caspian Energy Club”ın fəaliyyəti, onun yerli və beynəlxalq miqyasda rolu, həmçinin Milli Biznesin İnkişafı Forumunun dövlət və biznes arasında qarşılıqlı anlayış və əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət etdiyini və bu təşəbbüsün regional iqtisadi inkişafı baxımından əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Panel müzakirələrində Milli Biznesin İnkişafı Forumunun fəxri qonağı AYNA-nın İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov, həmçinin Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov, İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov, Taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyev, Parklanmanın təşkili departamentinin direktoru Samir Cəlladov və Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov spiker qismində çıxış ediblər.

Rəsmi hissədə çıxış edən nümayəndələr yol infrastrukturunun yenilənməsi, ictimai nəqliyyatın optimallaşdırılması, parklanma sahəsində yeni yanaşmalar, yük və sərnişin daşımalarının rəqəmsallaşdırılması, eləcə də həyata keçirilən islahatlarla bağlı ətraflı məlumat veriblər. Sahibkarların müraciətləri əsasında problemlər və təklif olunan həll yolları müzakirə olunub.

Sessiyanın sonunda forum iştirakçılarına “Caspian Energy Club” tərəfindən fəxri üzvlük sertifikatları təqdim olunub.

Daha sonra interaktiv dialoq formatında davam edən müzakirələrdə sahibkarlar nəqliyyat infrastrukturunda qarşılaşdıqları inzibati və texniki maneələri, prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə bağlı tövsiyələrini AYNA nümayəndələrinin diqqətinə çatdırıblar. Tədbir ənənəvi “networking” üçün nəzərdə tutulmuş çay-kofe fasiləsi ilə başa çatıb. Bu hissədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbər heyəti və müxtəlif idarələrin rəhbərləri və özəl sektor nümayəndələri arasında qeyri-rəsmi şəraitdə daha açıq fikir mübadiləsi aparılıb, tərəfdaşlıq imkanları nəzərdən keçirilib və mövcud problemlərin həlli üçün ortaq yanaşmalar müzakirə olunub.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir.

Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri