Icma.az
close
up
RU
® Milli Biznesin İnkişafı Forumunun məhkəmə sisteminə həsr olunmuş dördüncü xüsusi sessiyası təşkil olunub

® Milli Biznesin İnkişafı Forumunun məhkəmə sisteminə həsr olunmuş dördüncü xüsusi sessiyası təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakıda “Biz islahatlara hazırıq” şüarı altında “Mübahisələrin həlli və məhkəmə sisteminin inkişafına dair sahibkarlarla görüş” mövzusuna həsr olunmuş Milli Biznesin İnkişafı Forumunun dördüncü xüsusi sessiyası keçirilib.

Forum Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun çərçivəsində təşkil olunub.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumun açılışında Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək iştirakçılara forum və onun məqsədi haqqında ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqləri ilə çıxış edərək, forumun və forumda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, ölkənin məhkəmə sistemində aparılan dərin islahatların ilkin nəticələri ilə bağlı fikirlərini bölüşüblər.

Milli Biznesin İnkişafı Forumunun dördüncü xüsusi sessiyasının panel müzakirələrində məhkəmə sisteminin inkişafı, mübahisələrin həlli və hüququn aliliyi ilə bağlı müxtəlif aktual məsələlər geniş şəkildə müzakirə olunub. İştirakçılar məhkəmə və hüquq sistemində mövcud olan boşluqların aradan qaldırılması, mübahisələrin səmərəli və ədalətli həlli üçün beynəlxalq təcrübələr barədə geniş müzakirələr aparıblar. Panelin məqsədi Azərbaycanın hüquq sisteminin mövcud vəziyyətini daha da təkmilləşdirmək və biznes mühitinin inkişafını dəstəkləmək olub.

Forum çərçivəsində çıxış edən və tədbirin təşkilinə töhfə verən fəxri qonaqlara xüsusi təşəkkür sertifikatları təqdim olundub.

Sessiyanın sonunda forum iştirakçıları arasında interaktiv və açıq dialoq təşkil olunub.

Sahibkarlar Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Dövlət Vergi Xidməti və digər rəsmi qurumların nümayəndələri ilə sual və təklifləri müzakirə ediblər.

Milli Biznesin İnkişafı Forumunun sonunda "networking" üçün ənənəvi çay-kofe mərasimi təşkil edilib. Bu mərasim özəl sektor nümayəndələrinə dövlət qurumlarının rəhbərləri və idarə rəisləri ilə qeyri-rəsmi şəraitdə səmimi müzakirələr aparmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün müstəsna fürsət yaradıb.

“Caspian Energy Club” haqqında qısa məlumat

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb.

“Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.

“Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri