Icma.az
close
up
RU
® Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası təşkil olunub

® Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası təşkil olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Biz islahatlara hazırıq!” şüarı ilə Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası baş tutub. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupu çərçivəsində təşkil olunub.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumda 150-dən çox iştirakçı bir araya gələrək ölkənin komunal infrastrukturunun inkişafı və təkmilləşdirilməsi mövzusunu müzakirə ediblər. Müzakirələr əsnasında qaz, elektrik enerjisi və su təchizatı sahələrində mövcud çətinliklər, innovativ həllər, dövlət-özəl sektor əməkdaşlığı imkanları iştirakçıların diqqətinə çatdırılıb.

Forumda dövlət qurumlarının nümayəndələri, o cümlədən "Azəriqaz" İB, "Azərişıq" ASC və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbər şəxsləri, eləcə də böyük, orta və kiçik şirkətlərin sahibkarları və rəhbərləri iştirak ediblər. Forumun əsas məqsədi dövlət və özəl sektorları arasında səmərəli dialoqu gücləndirmək, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaratmaq, sahibkarlıq fəaliyyətində üzə çıxan çətinliklərin açıq müzakirəsini təmin etmək və bu problemlərin həll yollarını müəyyənləşdirmək olub.

Açılış mərasimində Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək iştirakçılara tədbir haqqında ətraflı məlumat təqdim edib. Sonra Telman Əliyevin və tədbirin beynəlxalq tərəfdaşlarından biri olan “Sensemi DMCC Dubai” şirkətinin Azərbaycan filialının inzibati məsələlər üzrə direktor müavini Məhəmmədrıza Farahaninin çıxışları dinlənilib.

Panel müzakirələrində “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov, “Azəriqaz “ İB-nin Baş direktorunun birinci müavini Nail Abdullayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müavini Cabbar Cabbarlı müasir çağırışlar, xidmət keyfiyyəti və özəl sektorla əməkdaşlıq imkanlarını müzakirə ediblər, müvafiq sahələr üzrə yenilikləri, cari vəziyyəti və perspektivləri iştirakçıların diqqətinə çatdırıblar.

Sessiyanın ikinci hissəsi qapalı formatda davam edib. Bu mərhələdə keçirilən interaktiv sual-cavab sessiyası zamanı “Azərişıq” ASC, “Azəriqaz” İB və ADSEA nümayəndələri rəqəmsallaşma sahəsində atılan mühüm addımlar barədə məlumat veriblər. Xüsusilə, tətbiq edilən müasir texnoloji həllər, vətəndaşlara və sahibkarlara göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlar və elektron xidmət platformalarında tətbiq edilən yeniliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, rəqəmsal platformalarda üzə çıxan bəzi texniki və prosedur məsələlər də iştirakçıların diqqətini cəlb edib və ətraflı müzakirəyə səbəb olub.

Qapalı müzakirələr zamanı sahibkarların fərdi müraciətləri dinlənilib, problemlər üzrə təhlillər və konstruktiv müzakirələr aparılıb. Əldə olunan nəticələr əsasında bir sıra məsələlərin operativ həlli üçün təkliflər irəli sürülüb. Həmin məsələlərin daha ətraflı araşdırılması məqsədilə müvafiq dövlət qurumları ilə görüşlər təyin olunub.

Tədbirin sonunda təqdimatçılara və iştirakçı dövlət qurumlarının nümayəndələrinə təşəkkürnamələr, bir sıra şirkət rəhbərlərinə isə “Caspian Energy Club”ın rəsmi üzvlük statusunu təsdiq edən sertifikatlar verilib.

Forumunun sonunda iştirakçılara “networking” üçün çay-kofe mərasimi təşkil edilib. Bu hissədə forumda iştirak edən özəl sektor nümayəndələri fəxri qonaqlarla qeyri-rəsmi şəraitdə səmimi müzakirələr apararaq əməkdaşlıq perspektivlərini müəyyən edib, həmçinin fəaliyyətlərini asanlaşdıra bilən təklifləri dövlət rəsmilərinin diqqətinə çatdırıb və bu barədə müzakirə ediblər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri