Icma.az
close
up
RU
Təhlükəsiz qida üçün heyvan sağlamlığının qorunması mövzusunda tədbir keçirilib

Təhlükəsiz qida üçün heyvan sağlamlığının qorunması mövzusunda tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 6 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə əməkdaşlığı çərçivəsində “Təhlükəsiz Qida üçün Heyvan Sağlamlığının Qorunması – Elm və Təcrübənin vəhdəti” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə və müəllim heyəti, beynəlxalq tərəfdaşlar və Türkiyənin Uludağ Universitetinin virusologiya üzrə alimləri, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, eləcə də baytar həkimlər iştirak ediblər.

ADAU-nun rektoru Zəfər Qurbanov tədbirin mövzusunun müasir dövrümüz üçün aktual olduğunu bildirib.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev isə Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatının digər istiqamətləri ilə yanaşı, baytarlıq sahəsində də əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Bildirib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir.

Gənc mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təhsil və sahə təcrübəsinin vəhdəti ilə peşəkar kadrların formalaşdırılması tədbirdə əsas müzakirə mövzularından biri olub. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi vacib hesab edilib.

FAO-nun milli eksperti Elşad Rzayev “Regionda yoluxucu heyvan xəstəlikləri- Təhlükələr və həll yolları”, Türkiyənin Uludağ universitetinin kafedra müdiri Kadir Yeşilbağ “Virus xəstəlikləri - Biotəhlükəsizlik, Diaqnostika və peyvəndləmə”, Azərbaycan Dövlət Aqrar universitetinin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova “Virus xəstəliklərin qarşısının alınması strategiyaları” mövzuları üzrə təqdimatla çıxış ediblər.

Onlar qlobal çağırışlara cavab vermək üçün elm, təhsil və beynəlxalq təcrübənin vəhdətinin vacibliyini vurğulayıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri