Icma.az
close
up
RU
Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? Köhnə casusun yeni “tapşırığı”

Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? Köhnə casusun yeni “tapşırığı”

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər yutub platformasında Azərbaycanın təhlükəsizlik orqanları və onların fəaliyyəti ilə bağlı davamlı olaraq neqativ məzmunlu müzakirələr aparılır. Bu müzakirələrin təşkilatçısı isə  Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Belçikada “siyasi mühacir” həyatı yaşayan Arif Məmmədovdur. “Qafqazinfo” xəbər verir ki, Arif Məmmədov və ya Arif Şahmarlı adı ilə tanınan “keçmiş diplomat” öz yutub kanalında müntəzəm olaraq videokontent paylaşır və canlı yayımlar açır. Bu canlı yayımların əvəzolunmaz qonaqları isə Arif Məmmədovun yaxın silahdaşları olan Tofiq Əliyev və Emil Süleymanov adlı şəxslərdir. 

Adıçəkilən hər iki şəxs müzakirələrdə Arif Məmmədovdan daha çox canfəşanlıq nümayiş etdirir, Azərbaycan Respublikası, ölkəmizin xüsusi xidmət orqanlarının fəaliyyət metodları, iş prinsipləri, əməkdaşların savad və təhsil səviyyələri barədə olduqca mənfi fikirlər səsləndirirlər. Bu cür radikal və əsassız çıxışlar haqlı olaraq bu şəxslərin kimliyi, onların həqiqi məqsədləri barədə suallar yaradır. 

Arif Məmmədovun təxribatçı şəbəkəsi

Hər iki şəxs haqqında apardığımız araşdırma onların fəaliyyəti və bu fəaliyyətin arxasındakı həqiqi səbəbləri ortaya çıxarır. Aydın olur ki, Arif Məmmədovun canlı efirlərinin daimi qonaqları olan bu şəxslər - Tofiq Ağarza oğlu Əliyev və Emil Əhməd oğlu Süleymanov təhlükəsizlik orqanlarının sabiq əməkdaşlarıdır. Yeri gəlmişkən, bir vaxtlar SSRİ hərbi kəşfiyyatının şinelindən çıxmış Arif Məmmədovun ətrafına özü ilə oxşar keçmişə və xarakterə sahib şəxsləri topladığı bəlli olur. 

76 yaşlı Tofiq Əliyev hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayır. O, 1974-1992-ci illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb, 32 il əvvəl isə xəstəliyi ilə əlaqədar istefaya buraxılıb.

61 yaşlı Emil Süleymanov isə hazırda həmkarından fərqli qütbdə, Rusiyada yaşayır. O, gəncliyindən etibarən təhlükəsizlik orqanlarına aid müxtəlif strukturlarda çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. Emil Süleymanov işdən çıxarıldıqdan sonra fəaliyyətini biznes sahəsində davam etdirmək istəsə də, daha sonra naməlum səbəbdən qərarını dəyişib və ölkədə qalmağa qərar verib. Qısa müddət sonra o, öz fəaliyyətini Heydər Əliyev adına beynəlxalq hava limanında Aviasiya Təhlükəsizliyi İdarəsində davam etdirib. Burada rəis vəzifəsində çalışan Emil Süleymanov, 2008-ci ildə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Onun ittiham olunduğu maddələr Emil Süleymanovun kimliyini və hansı əməllərin icraçısı olduğunu başa düşmək üçün yetərlidir. Ağır Cinayətlər Məhkəməsinin 13.06.2008-ci il tarixli hökmü ilə Emil Süleymanov Məcəllənin 274 (Dövlətə xəyanət), 308.1 (Büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə), 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 155 (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 228.1 və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, polkovnik hərbi rütbəsindən də məhrum edilib.

Emil Süleymanovun “casusluq” karyerası – İstintaq materialları nə deyir?

Sözügedən cinayət işinin istintaq materialları isə Emil Süleymanov haqqında daha dərin mətləblərdən xəbər verir. Məlum olur ki, Emil Süleymanov 1992-ci ilin dekabrında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə baş əməliyyat müvəkkili vəzifəsinə keçirilib. O, daha sonra bu idarədə şöbə rəisi vəzifəsinə qədər yüksəlib. Həmin vaxt əvvəlki rəisi, yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin Severmorsk şəhərində fəaliyyət göstərən 7-ci operativ eskadrası üzrə xüsusi şöbənin rəisi polkovnik Yuriy Sukalenko Emil Süleymanova Azərbaycanda işlədiyi müddətdə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrinin kəsilməməsini, lazım olanda onların maraqlarına xidmət göstərməsini təklif edib. Emil Süleymanov da bu təklifi qəbul edib. 

Bundan sonra, yəni 1993-2007-ci illərdə Emil Süleymanovun casusluq formasında xarici dövlətin nümayəndələrinin tapşırıqları əsasında mütəmadi olaraq Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə kəşfiyyat xarakterli məlumatları toplayaraq Rusiyanın xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub. Dövlətə xəyanətə görə 15 il cəza çəkən Emil Süleymanov hazırda Azərbaycana qarşı fəaliyyətlərin mərkəzində yer alan şəxslərdən biridir. 

Azərbaycana qarşı uğursuz “diplomat” təxribatı

Bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdə fəaliyyət göstərən 92 diplomatı birgə bəyanat imzalayıb. Diplomatlar açıq şəkildə dövlət qərarlarına və vahid siyasi xəttə qarşı çıxdıqlarını bəyan ediblər. Lakin hadisələrin gedişi bu bəyanatın qonşu Gürcüstanda siyasi sabitliyi və legitim sistemi hədəf alan, həmçinin xarici qüvvələrin maraqlarına xidmət edən təxribat olduğunu göstərib.

Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycanda da oxşar təxribat cəhdlərinin qarşısı alınıb. Arif Məmmədov kimi “keçmiş diplomat” olan Emin İbrahimov və Ramiz Vəliyev (kod adı “Cavanşir”) dövlət əleyhinə təxribatçı fəaliyyətləri səbəbi ilə həbs edilib. İstintaq metariallarında Emin İbrahimovun FETÖ və PKK ilə sıx əlaqələrə malik olduğu, Ramiz Vəliyevin isə xaricdəki “söyüş müxalifəti”nin maliyyələşməsində yaxından iştirak etdiyi məlum olub. Hətta “keçmiş diplomat”ların öz təxribatçı məqsədlərini koordinasiya etmək üçün xüsusi internet səhifə və məxfi mesajlaşma platformalarından istifadə etdikləri də müəyyən edilib. 

“Keçmiş diplomatlar”la bağlı hadisələrin təhlili Arif Məmmədovun və onun nəzarətindəki casus qrupunun tək olmadığını, onların əslində daha böyük bir təxribat şəbəkəsinin tərkib hissəsi olduqlarını göstərir. Arif Məmmədov, Emin İbrahimov və Ramiz Vəliyevin eyni dövrdə və paralel şəkildə fəallaşmaları, hər 3 şəxsin dövlətin təməl sütunları olan təhlükəsizlik orqanlarını, siyasi elita və siyasi qərarvermə mexanizmlərini hədəf almaları bu planın əsas istiqamətləri olub.

Görülən tədbirlər nəticəsində bu təxribatçı şəbəkənin ölkə içərisindəki qanadı sıradan çıxarılıb. Lakin Arif Məmmədov, Tofiq Əliyev və Emil Süleymanovun daxil olduğu digər şəbəkə öz mənfur əməllərini davam etdirir. Bu şəxslərin və onların timsalında digərlərinin əməlləri dövlətimizə və xalqımıza düşmən mövqedə olan, xaricdən maliyyələşən və xarici ölkələrin təsir dairəsində olan şəxslərin çirkin əməllərindən çəkinmədiyini bir daha ortaya qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see159

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see127

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see112

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see112

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see111

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see111

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri